Blogda axtar

Müəllif

 Seyran Heydər oğlu Əliyev


Seyran Heydər oğlu Əliyev 1978-ci il yanvarın 10-da Lənkəran rayon Boladi kəndində anadan olmuşdur. 1995-ci il də Lənkəran rayon Boladi kənd 2 saylı orta məktəbini bitirərək M.Ə.Rəsulzadə adina Bakı Dövlət Universitetinin “Fizika” fakultəsinə qəbul olunmuşdur. 1999- cu ildə M.Ə.Rəsulzadə adina Bakı Dövlət Universitetinin “Fizika” fakultəsini bitirmişdir. 1999-cu ildə Bakı İxtiraçılar və Səmərələşdiricilər məktəbində Kompyuter kursunu bitirərək mütəxəssis diplomuna layiq görülmüşdür. 1999-cu ildən təyinat ilə Lənkəran rayon Boladi kənd 1 saylı tam orta məktəbində Fizika müəllimi kimi fəaliyyətə başlamışdır. 1999-2001 ci illerdə Ağdam döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində Leytnant rutbəsi ilə hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlki iş yerinə bərpa olunmuşdur. 2008-ci il dekabr ayında İNTEL GƏLƏCƏK UÇÜN TƏHSİL kursunu keçərək treninqçi statusunu almışdır. 2009-cu il yanvar ayından Boladi kənd 1 saylı tam orta məktəbində İNTEL GƏLƏCƏK UÇÜNTƏHSİL treninqini keçirir. 2012-ci ildə Lənkəran rayon Fizika-Riyaziyyatfənni üzrə  “Dayaq məntəqəsinin” rəhbəri seçilmişdir. 2012 -ci il də AMİ-də Öyrədənlər öyrədəni kursunu keçərək “Öyrədənlərıin öyrədilməsi” sertifikatını almışdır.  2012-ci ildə “Ən yaxşı videoresursların hazırlanması” müsabiqəsində 1-ci yeri tutduğuna görə Təhsil Nazirliyində Diplomla təltif olunmuşdur. 2013-cü ildə Təhsil problemləri qəzetində “ Fizikanın tədrisində İKT-dən istifadə” mövzusunda məqaləsi dərc olunmuşdur. 2013-cü ildə Vergilər Nazirliyi ilə Təhsil nazirliyinin birgə keçirtdiyi Vergi dostları lahiyəsinin iştirakçısı və “Vergi dostları”şəbəkəsinin üzvüdür. 2013-cü ildə Kurikulum kursunu keçərək  kursun I dərəcə Sertifikatını almışdır. 2014 cü ildə “Ulu zirvə” qəzeti tərəfindən Fəxri diploma layiq görülmüşdür. 2015-ci il dekabr ayında keçirilən V ''Elektron Təhsil'' Respublika müsabiqəsi ''Müəllimlərin Bloqları'' nominasıyasında fərqlənməyə görə diplomuna layiq görülmüşdür. 2016-ci ildə    VII ''Elektron Təhsil'' Respublika müsabiqəsində  'Təhsilə ən yaxşı İnternet  resursu'' nominasıyasında    II Yeri qazanmışır. 2017-ci ildə STEM müəllimi  sertifikatı almışdır.  2019-cu ildə Sabahın alimləri lX Respublika müsabiqəsinin iştirakçı sertifikatını qazanmışdır. 2020-ci ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə lV qrant müsabiqəsi»  qalibi  olmuşdur. 2021-ci ildə "Gənclər və İdman Nazirliyinin keçirtdiyi "İdeya var" elmi yaradıcılıq müsabiqəsində “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri” nominasiyası üzrə hazırladığı layihə lll yeri qazanmışdır. 2022-ci ildə Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqəsinin qalibi olmuşdur. 2022-ci ildə Beynəlxalq STEAM Azərbaycan festivalının (SAF 2022) " İnnovativ sərgi" nominasiyası üzrə qalib olmuşdur. 2023-cü ildə Elm və Təhsil naziri tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. 2024-cü ildə elmi rəhbəri olduğu komanda Sabahın alımləri Xlll Respublika müsabiüəsinin qalibi olmuşdur. 2017-ci ildən 2022-ci ilə qədər ikinci iş yeri olaraq Kaspi Hazırlıq Kursunda Fizika müəllimi işləmişdir.  Ehtiyatda olan zabitdir.

2022-ci ildə Ümumtəhsil məktəblərinin direktorluq vəzifəsinə işə qəbul imtahanında (DİQ)  45 bal toplayaraq rayon birincisi olmuşdur. 2022-ci il dekabr ayından 2024-cü il mart ayına qədər Lənkəran rayonu Boladi  kənd N.Axundov adına 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini icra etmişdir.  DİQ müsabiqəsinin bütün mərhələlərini uğurla keçdiyi üçün  2024-cü il 5 mart tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə   Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta məktəbin direktoru təyin edilmişdir.

Комментариев нет:

Отправить комментарий