Blogda axtar

MİQ müsahibə sualları

 

1. Niyə məhz müəllim olmaq istəyirsiniz ? 
Cavab:
Müəllimlik peşələr arasında çox böyük iddiaya malik olanıdır.  Çünki burada öyrətmək iddiası var. Kimə, nəyi, necə öyrətməkdən, başqasının övladını öz övladı kimi yetişdirməkdən söhbət gedir. 

 

2. Şagirdlərlə işləməyin hansı çətinlikləri ola bilər ? 
Cavab:
Hər bir şagird fərqli ailədə fərqli mühitdə böyüyür. Buna görə onlarin düşüncələri maraqlari təlabatları da fərqli olur. Şagirdlərlə işləməyin tək çətinliyi onlarin maraqlarına uyğun təlim metodu seçməkdə ola bilər. 

 

3. Şagirdləri qiymətləndirmək istəsəniz hansı kriteriyalara görə qiymətləndirərsiniz ? 
Cavab:
dinləmə, izah etmə, qavrama. 

 

4. Özünüzü kiməsə təsvir etsəydiniz necə təsvir edərdiniz ? 
Cavab:
Özünüzü qətiyyən tərifləmirsiz sadəcə səbrli  olduğunuzu və uşaqlarla işləməyi sevdiyinizi deyirsiz. 

 

5. Şagirdlərin tədrisində hansı boşluqları görürsünüz və bunu necə aradan qaldırarsınız ? 
Cavab:
Şagirdlərin tədrisində gördüyüm boşluq şagird maraqlarının ön planda olmamasıdır. Onlarin potensial imkanları və şəxsi maraqları nəzərə alınarsa daha effektiv nəticə əldə etmək mümkündür. 

 

6. İxtisasınızla bağlı nələri oxuyursunuz ? Hansı yeniliklərlə tanışsınız ? Hansı resurslardan istifadə edirsiniz ?
Cavab:
Universitetdə ixtisasinizla bağli oxuduğunuz kitabları deyə bilərsiz.  

 

7. Sinifdə nadinc(Sinifdə səs küy salır, dərsi pozur və s.) şagirdi necə ələ alarsınız? Hansı metodlardan istifadə edərsiniz ? 
Cavab:
Şagirdin diqqətini cəlb edəcək tapşırıqlar tərtib edərəm. Daha çox rollu oyunlar karusel akvarium kimi üsullardan istifadə edərəm. 

 

8. Siz şagirdlərə dərsi necə tədris edərsiniz ki, hər bir şagird individual olaraq dərsi anlasın ? Nəzərə alsaq ki, hər bir şagird müxtəlif dünyagörüşü və fərqli mühitdən gəlir. 
Cavab:
Daha qisa və aydin cümlələrdən istifadə edərəm. Həmçinin müxtəlif resurslardan(video görüntülər əlavə ədəbiyyatlar vəsaitlər şəkillərdən və s.)  istifadə edərəm. 

 

9. Məktəbə Sizin hansı töhfəniz dəyə bilər? Niyə  məhz Sizi seçək?
 Cavab:
Şagirdlərin mövcud potensial imkanlarini bilik səviyyələrini daha da qaldıracağıma və məktəbin tədris nailiyyətlərini yüksəldəyəcəyimə inanıram. 

 

10. Təsəvvür edin ki, müəlliməsiniz və dərsiniz 1 saata başlamalıdır. Dərsdən öncə hansı hazırlıqları görərsiniz ? 
Cavab:
Dərsin gündəlik planlaşdırmasını apararam.  

 

11. Sizin fikrinizcə sinifdə şagirlərlə hansı mühiti  qurulmalıdır? Bürokratik ciddi rejim yoxsa sərbəstlik?
Cavab:
Uşaqları nə qədər sıxsaq, o qədər dərsdən uzaqlaşarlar. Ona görə sərbəst rejim ən məsləhətlisidir.  

 

12. Şagirdləri öyrənməyə necə həvəsləndirərsiniz ? Oxumaq həvəsi olmayan, hər gün dərsə hazırlıqsız  gələn şagird üçün hansı qərarları verərsiniz? 
Cavab:
Dərsə hər gün hazırlıqsız gələn şagirdə hər dərs fərqli təlim üsulundan istifadə edərəm. Qrup və ya cütlərlə yox fərdi məşğul olaram. Yenə hazırlıqsız olarsa valideyni ile əlaqə saxlayaram. 

 

13. Şagirdiniz sizə sevdiyi desə siz hansı cavabı verərdiniz? 
Cavab:
Bütün şagirdləri sevdiyim kimi onu da sevdiyimi deyərəm. Şagirdlərimin hamısinı eyni səviyyədə sevdiyimi hiss etdirərəm. 

 

14. Seçdiniz vakant yer rayon mərkəzindən xeyli uzaqda yerləşir. Siz ora necə gedəcəksiniz? 
Cavab:
Kirayə qalacağınızı deyə bilərsiniz 

 

15.  Əgər sinifdəki şagirdlərin 3-ü saqqız çeynəyərsə nə edərsiniz? 
Cavab:
Əvvəl şagirdləri utandirmamaq üçün saqqız çeynəyənlərin adlarını çəkmədən dərsdə saqqız çeynəməməli olduğunu bildirərəm. Davam etsələr  adlarını çəkib hərəkətlərinin yanlış olduğunu və birdə təkrarlamamalarını deyərəm. 

 

16. Müəllim hansı qabiliyyətlərə malik olmalıdır ? 
Cavab:
Təşkilatçılıq, peşəkarliq, rəhbərlik..və s. 

 

17. Dərs oxumayan şagirdi necə həvəsləndirə bilərsiniz ? 
Cavab:
Dərsə hər gün hazırliqsız gələn şagirdə hər dərs  fərqli təlim üsulundan istifadə edərəm. Qrup və ya cütlərlə yox fərdi məşğul olaram. Yenə hazırlıqsız olarsa valideyni ilə əlaqə saxlayaram. 

 

18. Kurikulumun bizim təhsil sistemimizə hansı  faydalarını deyə bilərsiniz? 
Cavab:
Şagirdyönümlülük əsas müsbət cəhətlərindən biridir. Qiymətləndirmə standartlarının olması qiymətləndirmənin tədrisin hər mərhələsində aparılmasi təhsilimizi inkişaf etdirir. 

 

19. Təhsilimiz gələcəyi haqqında nə deyə bilərsiniz ? 
Cavab:
Təhsilimiz kurikulum sisteminin tətbiqindən sonra  hər gün daha da inkişaf edir. Kurikuluma təriflər 

 

20. Azərbaycanın işğal olunmuş rayonları hansılardı ? 
Cavab:
Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Zəngilan, Ağdərə, Xocavənd, Xankəndi

 

21.  Azərbaycan müstəqilliyini neşənci ildə qazanmışdır ? 
Cavab:
18 oktyabr 1991-ci il 

 

22. Sinifdəki şagird(lər) sizi əsəbləşdirsə ilk olaraq  kimə müraciət edərsiniz? Yaxud şagirdi necə cəzalandırarsınız ? 
Cavab:
Ilk növbədə şagirdin özü ilə danışaram. Söhbətimizdən nəticə çixarmasa valideyni ilə danışaram. Şagirdə cəza vermərəm sadəcə xəbərdarlıqdan sonra direktorla danışaram. 

 

23. Qiymətləndirmə nəyə əsasən aparılır ? 
Cavab:
Qiymətləndirmə meyarlariıa əsasən. 

 

24. Kurikulum nədir ? 
Cavab:
Kurikulum sözünün lüğəti mənası “yol” , “istiqamət” , “qaçış” , “kurs” və “elm” deməkdir. Kurikulum – təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. 

 

25. Təhsil Nazirimiz Kimdir ? 
Cavab: Emin Əmrullayev

 

26. Ən son Prezident seçkiləri nə vaxt olub ? 
Cavab: 11 aprel 2018-ci il 

 

27. Azərbaycanda ilk Vitse – Prezident kimdir ? 
Cavab: Mehriban Əliyeva 

 

28. Keçmiş Təhsil Naziri Mikayıl Cabbarov Təhsildə hansı yenilikləri etdi ? 
Cavab: Müəllimlərin diaqnostik qiymətləndirilməsi oldu, müəllimlərin əmək haqqı qalxdı, müəllimlər kurslara cəlb edildi. 

 

29. Şagirdyönümlülük nədir? 
Cavab:
Təhsil sahəsində fəaliyyətlərin təhsilalanlıarın mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir. 

 

30. Qiymətləndirmə növləri hansılardır? 
Cavab:
Qiymətləndirmənin 3 növü var:  - Diaqnostik qiymətləndirmə - jurnalda qeyd olunmur. Müəllimin qeyd dəftərində öz əksini tapır. Əsasən 1) dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində; 2) şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə; 3) sinif dəyişdikdə və digər zəruri hallarda bu qiymətləndirmədən istifadə olunur.  - Formativ qiymətləndirmə - gündəlik qiymətləndirmədir. Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir.  - Summativ qiymətləndirmə - Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Bu qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. 

 

31. Kompyuteri Bilirsizmi ? 
Cavab:
Bəli, lazımi proqramları öyrənmişəm. Ən əsası Word və Power point proqramları mənim üçün əsasdır. Çünki dərsləri şagirdlərə slayd şəkildə keçməyi planlaşdırıram. 

 

32. Qrup işində lideri kim seçir ? 
Cavab:
Şagirdlər özləri 

 

33. Müasir sözünün sinonimi nədir ? 
Cavab:
Çağdaş 

 

34. Ordumuzun son dövrlərdəki uğurları ? 
Cavab:
Aprel döyüşləri, Gunnut əməliyyatı və ll Qarabağ (Vətən) müharibəsi

 

35. Kurikulumun strukturu nədir ? 
Cavab:
Fənnin məzmunu( fənnin məqsədi, məzmun xətti, standartlar,alt standartlar), təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, qiymətləndirmə standartları, qiymətləndirmə növləri, üsulları və vasitələri aiddir. 

 

36. 2019-cu il nə ili kimi elan olunub ? 
Cavab: Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə Nəsimi ili elan etdi. 

 

37. Böyük Summativ Qiymətləndirmə kim tərəfindən keçirilir ? 
Cavab:
Məktəb rəhbərliyi 

 

38. Azərbaycanın İlk xalq şairi kimdir ? 
Cavab:
Səməd vurğun 

 

39. Referendum nədir və en son ne zaman keçirilib ? 
Cavab: Referendum Umumxalq səsvermə deməkdir. Ən son 2016-cı il sentyabr ayında keçirilib. 

 

40. Kurikulumda dərs zamanı kim əsas götürülür ? 
Cavab:
Şagird 

 

41. Müasir dövr yazıçılarımızdan kimləri tanıyırsınız ? 
Cavab:
Çingiz Abdullayev, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Əli Vəliyev 

 

42. İlk Qadın Milli Qəhrəmanımız kimdir ?
Cavab:
Gültəkin Əsgərova 

 

43. Qırmızı rəng nəyi ifadə edir ? 
Cavab:
Qırmızı rəng Müasirliyi, Demokratiyanı əks etdirir 

 

44. Debat nədir ? 
Cavab:
Şagirdlər iki qrupa bölünür. Bir qrup şagird məsələnin leyhinə, biri isə əleyhinə danışır. Və bu qruplar 3-cü tərəfi inandırmağa çalışır. 

 

45. Himnimizin sözləri və musiqisi kimə aiddir ? 
Cavab:
sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov 

 

46. Ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətləri kollektivinizə hansı formada çatdırırsınız? 
Cavab:
Pedaqoji Şuranın iclaslarında çatdırıla bilər. Bundan başqa fərdi və kollektiv görüşlərdə, tədbirlərdə vurğulana bilər 

 

47. Azərbaycan hansı dövlətlərlə daha sıx mədəni-iqtisadi münasibətlər qurmuşdur? 
Cavab:
Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Pakistan, Belarusiya  

 

48. Yaddaşın hansı növləri var? 
Cavab:
Yaddaşın növləri  - Vizual, yəni görmə yaddaşı  - Eşitmə yaddaşı  - Hərəkət  - Toxunma 

 

49. Qiymətləndirməyə nə qədər vaxt sərf olunur? 
Cavab:
3 dəqiqə 

 

50. H1, H2 nədir? 
Cavab:
H – həvəsləndirmə deməkdir. Həvəsləndirmə rayon mərkəzindən uzaq kəndlərə aiddir. Həmin məktəblər uzaq olduğu üçün nazirlik əlavə pul verir.  - H1 1-ci istiqamət rayon mərkəzindən 20 km-dək olan məsafəni bildirir, maaşa əlavə 60 azndir.  - H2 isə 2-ci istiqamət raayon mərkəzindən 20 km-dən uzaq məsafəni bildirir, maaşa əlavə 160 azn verilir. 

 

51. Kurikulum portalı nədir? 
Cavab: Portal 2010-cu ildə yaradılmışdır. Portalda kurikulumlar üzrə tədqiqatlarının nəticələri, müəllimlər üçün resurslar, Kurikulum Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar yerləşdirilmişdir. 

 

52. Makro və mikro idraki bacarıqlar nələrdir? 
Cavab:
Düşünmə vərdişləri iki yerə bölünür: mikro vərdişlər və makro vərdişlər  Mikro vərdişlər: tətbiq və təhlil  Makro vərdişlər: problemi həll etmə, qərar qəbul etmə və nəticə çıxarma 

 

53. Destruksiya nədir? 
Cavab:
Qırılma, pozulma mənasını daşıyır. Dərsin pozulması deməkdir.  (Kimya fənnindən gələn bir termindir) 

 

54. Harada erməni vəhşiliyinin izləri var? 
Cavab:
Reallıqla yanaşsaq, əksər nəticələr erməni vəhşiliyinin sübutudur: Şəhidlərimiz; Çingiz Mustafayevin canı bahasına çəkdiyi Xocalı soyqırımı lentləri; veteranlar; məcburi köçkünlər; Quba memorial abidəsi; Şəhidlər Xiyabanı; Gəncə, Bərdə və Tərtər şəhərlərinə atılan bombalar nəticəsində həyatını itirmiş mülki şəxslər və s. 

 

55. Hiperaktiv şagird dedikdə nə başa düşürsünüz ? 
Cavab:
Həddindən artıq dəcəl, yerində dayanmayan, ağlı yaxşı inkişaf etmiş, sadəcə olaraq onu özünə sərf edən şeylər üçün istifadə edən, sinfin hərarətini yüksəldən şagirddir. Onlarla ciddi və çox səmimi olmadan aramla danışmaq lazımdır. Onlar bilməlidir ki, hər zaman nəzəriniz onlardadır. 

 

56. Fəal təlimin mərhələləri hansılardır ? 
Cavab:
Motivasiya, Tədqiqatın aparılması, Məlumat mübadiləsi, Məlumatın müzakirəsi və təşkili, Ümumiləşdirmə və nəticələrin çıxarılmması, Yaradıcı tətbiqetmə, Qiymətləndirmə və Refleksiya 

 

57. BİBÖ sözünün açılışı nədir? 
Cavab:
Bildiklərimiz, istəyirik bilək, öyrəndiklərimiz.  

 

58. Təhlil fəal dərsin hansı mərhələsinə uyğun gəlir? 
Cavab:
İnformasiyanın müzakirəsi və təşkili mərhələsinə 

 

59. Taksonomiya nədir? 
Cavab:
Zəncirvari, iyerarxiya qaydası ilə düzülüş. Sadədən mürəkkbə doğru idrak bacarıqlarının düzülüşü. 

 

60. Azərbaycanın Milli Qəhrəmanı olan jurnalistlərdən kimi tanıyırsınız? 
Cavab:
Alı Mustafa oğlu Mustafayev (1952-1991)- telejurnalist.  Salatın Əziz qızı Əsgərova (1961-1991) – jurnalist, "Молодежь Азербайджана" qəzetinin müxbiri. Çingiz Fuad oğlu Mustafayev (19601992)— telejurnalist. 

 

61. Dərs keçdiyiniz zaman sinif otağının pəncərəsindən sinifə quş girərsə, nə edərdiniz ? 
Cavab:
1-2 dəqiqəlik uşaqlarla quşa baxıb zövq alaram, həmin anı uşaqlara yaşadıb, xatirə kimi beyinlərində qalmasına imkan yaradaram, sonra isə dərsimizə davam etməliik deyib, quşu çıxararam. 

 

62. Əgər valideyn gəlib sizi sinifdə şagirdlərin yanında təhqir edərsə, nə edərdiniz ? 
Cavab:
Valideynin birbaşa sinfə daxil olma ixtiyarı yoxdu.  Mədəni rəftar edib, nəzərinə çatdırmaq lazımdır ki, bura məktəbdir, əks təqdirdə, başa düşməsə, məktəb müdriyyəti ilə bu məsələni həll etmək lazımdır. 

 

63. Uşaq sinifdə qussa nə edərsiz ? 
Cavab:
Uşaqlara sakit durmağı, yoldaşına heçnə olmamış kimi rəftar eləməyi, ona kömək olmağın lazım olduğunu başa salmaq, xadiməçini çağırıb sinfi təmizləməsini xahiş etmək, onun bu vəziyyətə görə pis olmasının qarşısını almaq üçün əlindən gələni etmək, valideynə xəbər verib şagirdi gəlib aparmasını demək və dərsə qaldığın yerdən davam etmək lazımdır. 

 

64. Sinifdə səs-küy olarsa, şagirdləri necə ələ alarsınız ? 
Cavab:
Çalışaram çox səs-küylü sinfi öyrədici maraqlı oyun ilə ələ alım. Ən əsası ən nadınc uşağı ələ almaq lazımdır. Onu da ələ almaq üçün onun nəyə marağı olduğunu onunla qısa söhbətdən öyrənmək mümkündür.

 

65. Təlim formaları hansılardır ? 
Cavab:
Dörd iş forması vardır : kollektiv ilə iş, qruplarla iş (kiçik qruplarla iş, böyük qruplarla iş), cütlərlə iş, fərdi iş.

 

66.  2018-ci il Respublikamızda nə ili elan olunmuşdur ?
Cavab: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

 

67.  Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilat hansıdır ?
Cavab:
Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilat İslam Konfransı Təşkilatıdır (İKT). Respublikamız bu beynəlxaq təşkilata 8 dekabr 1991-ci il tarixində qəbul olunmuşdur.

 

68.  Birləşmiş Millətlər Təşkilatının hazırkı Baş Katibi kimdir ?
Cavab:
BMT-nin hazırkı Baş Katibi Portuqaliyadan olan Antonio Guterresdir. Antonio Guterres 1995-2002-ci il tarixlərində Portuqaliyanın Baş naziri vəzifəsində çalışmışdır. Antonio Guterres indiyə qədər BMT-nin Baş Katibi olmuş yeganə insandır ki, hökumət  rəhbəri (Baş nazir) olmuşdur. Bununla yanaşı o BMT yarandıqdan sonra anadan olmuş (1949) ilk Baş katibdir.

 

69.  2018-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu nə qədərdir?
Cavab:
“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.

 

 

70.  İşğal  olunmuş  ərazilərimizlə  bağlı  BMT-nin  Təhlükəsizlik Şurası hansı qətnamələri qəbul etmişdir ?
Cavab:
Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələr. Qəbul edilmiş 4 qətnamənin hamısında insan hüquqlarının pozulması, xüsusilə çoxlu sayda Azərbaycan vətəndaşının öz yurd-yuvalarından köçürülməsi də daxil olmaqla, mülki vətəndaşlara qarşı hücum və məskunlaşmış ərazilərin bombalanması faktına istinad edilmişdir.

 

71.  2017-ci ildə ölkəmizdə hansı beynəlxalq səviyyəli idman yarışı keçirilmişdir ?
Cavab:
12-22 may 2017-ci il tarixlərində ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

 

72.  Qadın Milli Qəhrəmanlarımız hansılardır ?
Cavab:
Qadın Milli Qəhrəmanlarımız Gültəkin Məlik qızı Əsgərova və Salatın Əziz qızı Əsgərovadır.

 

73.  Milli mətbuatımızın əsası kim tərəfindən, nə zaman və hansı mətbu orqanla qoyulmuşdur ?
Cavab:
Milli mətbuatımızın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci il tarixində “Əkinçi” qəzeti ilə qyulmuşdur. Qəzetin cəmi 56 sayı işıq üzü görmüşdür.

 

74.  Hazırda Azərbaycan Respublikasının xarici dövlət borcu nə qədərdir ?
Cavab:
Azərbaycan Respublikasının xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları təşkil edir. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərt öhdəliklər daxildir.

 

75.  ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri kimlərdir və hansı ölkələri təmsil edirlər ?
Cavab:
ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferdir (ABŞ).

 

76.  Sonuncu işğal olunan rayonumuz hansıdır və erməni qəsbkarları tərəfindən hansı tarixdə işğal edilmişdir ?
Cavab:
Sonuncu işğal olunan rayonumuz Zəngilandır və 29 oktyabr 1993-cü il tarixində erməni qəsbkarları tərəfindən işğal olunmuşdur.

 

77.  2017-ci ildə Azərbaycanda nə qədər yeni iş yeri açılmışdır ?
Cavab:
2017-ci ildə Azərbaycanda 221 min yeni iş yeri açılmışdır ki, onun da 177 mini daimi iş yeri olmuşdur.

  

78.  Azərbaycan Respublikasının Prezidenti hər il yanvar ayının sonunda hansı məşhur Forumda iştirak edir ?
Cavab:
Azərbaycan Respublikasının Prezidenti hər il yanvar ayının sonunda İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.

 

79.  BMT-nin Təhlükəsizlik Şurasının (United Nations Security Council) neçə daimi üzvü vardır və hansılardır ?
Cavab: BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi  üzvü  vardır: ABŞ, Fransa,  İngiltərə, Çin və Rusiya.

 

80.  2017-ci ilin yekunlarına əsasən Azərbaycanda işsizlik neçə faiz təşkil etmişdir?
Cavab:
2017-ci ilin yekunlarına əsasən Azərbaycanda işsizlik 5 faiz təşkil etmişdir.

 

81.  06 sentyabr 2017-ci il tarixində ABŞ-ın Koliforniya ştatının Berkli şəhərində dünyasını dəyişmiş, “Qeyri-səlis məntiq” və “Qeyri-səlis çoxluqlar” nəzəriyyələrinin müəllifi hansı dünya şöhrətli alimimizdir ?
Cavab:
Lütfi Zadə (Lütfəli Rəhim oğlu Əsgərzadə).

 

 

82.  Hansı tarixi hadisə Azərbaycanın son dövrlər regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addım hesab olunur ?
Cavab:
09 yanvar 2018-ci il tarixində Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı.

 

83.  Azərbaycan və Ermənistan arasında ataşkəsin əldə olunmasına, cəbhədə aktiv hərbi əməliyyatların aparılmasının dayandırılmasına hansı sənədlə nail olunmuşdur ?
Cavab:
Azərbaycan və Ermənistan arasında ataşkəsin əldə olunmasına, cəbhədə aktiv hərbi əməliyyatların aparılmasının dayandırılmasına “Bişkek protokolu” ilə nail olunmuşdur. “Bişkek protokolu” 08 may 1994-cü il tarixində tərəflər tərəfindən imzalanmış, 12 may 1994- cü il tarixində qüvvəyə minmişdir.

 

84.  Azərbaycan muğamı neçənci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir ?
Cavab:
Azərbaycan muğamı 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

 

85.  2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş obyektlərimiz hansılardır ?
Cavab:
“Azərbaycan aşıq sənəti” və “Novruz bayramı”.

 

86.  Azərbaycanın 91 nəfər ziyalısı nə zaman “Səs” qəzeti  vasitəsilə  Ümummilli lider Heydər Əliyevə müraciət edərək onu böyük siyasətə çağırmışdır ?
Cavab:
16 oktybar 1992-ci il.

 

87.  Azərbaycan  Xalq  Cumhuriyyəti  dövründə  neçə  hökumət kabineti formalaşdırılmışdır ?
Cavab:
Azərbaycan Xalq Cumhuriyyəti dövründə 5 hökumət kabineti formalaşdırılmışdır.

 

88.  Azərbaycan Xalq Cumhuriyyəti dövründə 1-ci, 2-ci və 3-cü hökumət kabinetləri kim tərəfindən formalaşdırılmışdır ?
Cavab:
Fətəli Xan Xoyski tərəfindən.

 

89.  Azərbaycan Xalq Cumhuriyyəti dövründə 4-cü və 5-ci hökumət kabinetləri kim tərəfindən formalaşdırılmışdır ?
Cavab:
Nəsib Bəy Yusifbəyli tərəfindən.

 

90.  2017-ci ilin nəticələrinə görə ölkəmizin ixrac və qeyri-neft ixracı müvafiq olaraq neçə faiz artmışdır ?
Cavab:
2017-ci ildə ixracımız 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artmışdır.

 

91.  2017-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş obyektimiz hansıdır ?
Cavab: “Dolma hazırlama və paylaşma ənənəsi”

 

92.  Azərbaycanın  Respublikası  BMT-yə    zaman tam hüquqlu üzv qəbul edilmişdir ?
Cavab: 02 mart 1992-ci il.

 

93.  Ümumilli lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində Azərbaycan Ali Sovetinin sədri seçilməsi tariximizə hansı gün kimi daxil olmuşdur ?
Cavab: Milli Qurtuluş Günü.

 

94  Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə dünya miqyasında neçənci yerdə qərarlaşıb ?
Cavab: 35-ci yerdə.

 

 

95.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi neçə seqmentdən ibarətdir ?
Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 3 seqmentdən ibarətdir: Cənubi Qafqaz Qaz Boru Kəməri (South Caucasus Pipeline), Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP), TransAdriatik Qaz Boru Kəməri Layihəsi (Trans- Adriatic Pipeline-TAP).

 

96  Dövlətlərarası münasibətləri tənzimləməyə xidmət edən beynəlxalq qurumun təşkili sahəsində mühüm addım olan BMT-nin təsis konfransı nə zaman keçirilmişdir ?
Cavab:
24 oktyabr 1945-ci il tarixində.

 

97.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi neçə ölkəni əhatə edir ?
Cavab:
Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 6 ölkəni əhatə edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya.

 

98.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazın neçənci ildə çatdırılması planlaşdırılır ?
Cavab:
Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazın 2020-ci ildə çatdırılması planlaşdırılır.

 

99.  BMT-nin baş qərargahı hansı şəhərdə yerləşir ?
Cavab:
BMT-nin baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.

 

100.  BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) veto hüququ olmasının mahiyyəti nədən ibarətdir ?
Cavab:
Təhlükəsizlik Şurasına daimi üzvü olan ölkələrdən biri müzakirə edilən qətnamənin əleyhinə səs verərsə qətnamə qəbul olunmur.

 

101.  Müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlament seçkiləri nə zaman keçirilmişdir ?
Cavab:
12 noyabr 1995-ci il.

 

102.  2016-cı ildə hansı obyekt Azərbaycan, İran, Qazaxıstan, Qırğısıztan və Türkiyənin müştərək obyekt kimi YUNESKO-nun qeyrimaddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir ?
Cavab:
Lavaş hazırlama və paylaşma ənənəsi.

 

103.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu nə qədərdir ?
Cavab:
Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu 3500 km-dən artıqdır.

 

104. Azərbaycan Respublikası nə zaman BMT-nin Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü seçilmişdir ?
Cavab:
Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilmişdir.

 

105.  Şimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası neçənci idə qoyulmuşdur və təşkilatın hazırda neçə üzvü vardır ?
Cavab:
Şimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası 04 aprel 1949-cu ildə qoyulmuşdur və hazırda təşkilatın 29 üzvü vardır.  

 

106.  Azərbaycanın ilk obyekti neçənci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir və bu hansı obyektdir ?
Cavab:
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş ilk obyektimiz Azərbaycan muğamıdır və bu Siyahıya 2008-ci ildə daxil olunmuşdur.

 

107.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri nə qədər qiymətləndirilir ?
Cavab:
Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri 45 milyard ABŞ dolları qiymətləndirilir.

 

108.  YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na daxil edilmiş maddi irs nümunələrimiz hansılardır ?
Cavab:
YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na 2 maddi irs nümunəmiz daxil edilmişdir: “Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər” və “Qobustan qayaüstü incəsənət nümunələri”.

 

109.  BMT-nin əsas (prinsipial) orqanları hansılardır ?
Cavab: BMT-nin əsas (prinsipial) orqanları BMT-nin Baş Məclisi, BMT-nin Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.

 

110.  14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaradılmış və NATO-ya qarşı istiqamətlənmiş olan hərbi ittifaq necə adlanırdı ?
Cavab:
Varşava Müqaviləsi Təşkilatı.

 

111.  Dünya memarlığının incilərindən sayılan, müasir Bakının rəmzlərindən biri hesab olunan, müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malik olan Heydər Əliyev Mərkəzinin açılışı nə zaman olmuşdur ?
Cavab:
10 may 2012-ci il.

 

112.  Rəsmi açılışı 10 may 2012-ci il tarixində olmuş Heydər Əliyev Mərkəzinin memarı kimdir ?
Cavab:
Heydər Əliyev Mərkəzinin memarı böyük britaniyalı arxitektor, Pritzker mükafatını almış ilk qadın-memar Zaha Hadiddir.

 

113.  Heydər Əliyev Mərkəzinin memarı böyük britaniyalı arxitektor, Pritzker mükafatını almış ilk qadın-memar Zaha Hadidin daha hansı məşhur əsərləri var ?
Cavab:
Zaha Hadidin məşhur əsərləri sırasında Romadakı Milli İncəsənət Muzeyi, BMW-nin Leyptsiqdəki (Almaniya) zavodunun mərkəzi binası, Strasburqdakı (Fransa) Noenheim-North vağzalı və avtodayanacağının binası, London Arxitektur Fondunun binası və s. var.

 

114.  “Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər” YUNESKO-nun  “Ümumdünya  İrs Siyahısı”na nə zaman daxil edilmişdir ?
Cavab:
2000-ci ildə.

 

115.  1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən Avroviziya Mahnı Müsabiqəsinə (Eurovision Song Contest) Azərbaycan neçənci ildə ev sahibliyi etmişdir ?
Cavab:
2012-ci ildə.

 

116.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Türkiyənin qərb sərhədlərindən Yunanıstan və Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər olan seqmenti necə adlanır ?
Cavab:
Trans-Adriatik Qaz Boru Kəməri Layihəsi (Trans-Adriatic PipelineTAP).

 

117.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinə kimi olan seqmenti necə adlanır ?
Cavab:
Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP).

 

118.  Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian PipelineTANAP) layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin BOTAŞ və TPAO şirkətləri müvafiq olaraq neçə faiz paya malikdirlər ?
Cavab:
Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP) layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdirlər.

 

119.  “Qobustan qayaüstü incəsənət nümunələri” YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na nə zaman daxil edilmişdir ?
Cavab:
2007-ci ildə.

 

120.  Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından Türkiyənin şərq sərhədlərinədək olan seqmenti necə adlanır ?
Cavab:
Cənubi Qafqaz Qaz Boru Kəməri (South Caucasus Pipeline).

 

121.  1963-cü ildən bəri hər ilin fevral ayında keçirilən, beynəlxalq təhlükəsizlik siyasəti mövzusunda ən böyük platforma olan konfrans necə adlanır ?
Cavab:
Münhen Təhlükəsizlik Konfransı.

 

122.  Azərbaycan  BMT-nin  Təhlükəsizlik  Şurasına    zaman  sədrlik etmişdir ?
Cavab:
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına 01 may – 01 iyun  2012-ci  il  tarixlərində sədrlik etmişdir. Azərbaycan estafeti 01 may 2012-ci il tarixində ABŞ-dan almış, 01 iyun 2012-ci il tarixində Çinə ötürmüşdür.

 

123.  Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman hansı mühüm sənədlər qəbul edilmişdir ?
Cavab:
“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə Təhlükəsizlik Şurasının 13 açıq, 16 qapalı iclası keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.

 

124.  II Dünya müharibəsi nə zaman başlamışdır ?
Cavab:
II Dünya müharibəsi 01 sentyabr 1939-cu il tarixində Almaniyanın Polşaya hücumu ilə başlamışdır.

 

125.  II Dünya müharibəsi  illərində  Almaniyanın Qafqaza hücum planı necə adlanırdı ?
Cavab:
II Dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı “Edelveys” adlanırdı. “Edelveys” çoxillik çiçək növüdür.

 

 

126.  II Dünya müharibəsi zamanı neçə nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ?
Cavab:
II Dünya müharibəsi zamanı 121 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

 

127.  II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş  ilk azərbaycanlı kim olmuşdur və o hansı şücaətinə görə bu ada layiq görülmüşdür ?
Cavab:
II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı İsrafil Məmmədov olmuşdur və o bu ada Novqorod yaxınlığında Pustinka kəndi uğrunda döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdür.

 

128.  02 may 1945-ci ildə Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə hansı azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ?
Cavab:
Yusif Sadıqov.

 

129.  2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı kim olmuşdur ?
Cavab:
Həzi Aslanov.

 

130.  2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı Həzi Aslanova bu ad ikinci dəfə neçənci ildə verilmişdir ?
Cavab:
1991-ci ildə.

 

131.  1904-1907-ci illərdə İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbisiyasi blok necə adlanırdı ?
Cavab:
Antanta

 

132.  Hər hansı bir məsələnin həlli üçün iştirakçıların hamısının səs verməsi, ümumi razılığa gəlməsi necə adlanır ?
Cavab:
Konsensus.

 

133.  BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı necə adlanır ?
Cavab:
YUNESKO (UNESCO)

 

134.  Azərbaycan xalıqının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə əlaqədar yubiley tədbirləri Bakıda neçənci ildə keçirilmişdir ?
Cavab:
2000-ci ildə.

 

135.  BMT-nin Sənayenin İnkişafı üzrə Təşkilatı necə adlanır ?
Cavab:
YUNIDO (UNIDO - United Nations İndustrial Development Organization)

 

136.  BMT-nin Uşaq Fondu necə adlanır ?
Cavab:
YUNİSEF (UNİSEF - United Nations International Children’s Emergency Fund)

 

137.  Ölkəmizin daxil olduğu ilk Avropa təşkilatı hansıdır ?
Cavab:
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)

 

138.  Azərbaycan  Avropada  Təhlükəsizlik  və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə nə zaman qəbul olunmuşdur ?
Cavab:
30 yanvar 1992-ci ildə.

 

139.  01 yanvar  1995-ci il  tarixinədək Avropada  Təhlükəsizlik    Əməkdaşlıq Təşkilatı (ATƏT) necə adlanırdı ?
Cavab:
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM).

 

140.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) əsası nə zaman qoyulmuşdur ?
Cavab:
3 iyul 1973-cü il.

 

141.  Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – hazırkı ATƏT) Paris Xartiyasına nə zaman qoşulmuşdur ?
Cavab:
Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.

 

142.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Budapeşt Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir ?
Cavab:
05-06 dekabr 1994-cü il.

 

143.  Hansı sammitin (zirvə toplantısının) nəticələrinə əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) çevrilmişdir ?
Cavab:
Budapeşt Sammiti (Zirvə toplantısı).

 

144.  ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi nə zaman təsis olunmuşdur və 01 yanvar 1997-ci ildən bu vəzifəni kim icra edir ?
Cavab:
ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk  Konfransının  müzakirəsində  olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi 28 avqust 1995-ci ildə  təsis olunmuşdur və  01 yanvar 1997-ci ildən bu vəzifəni səfir Anjek Kasprşik (Polşa) icra edir.

 

145.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Lissabon Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir ?
Cavab:
02-03 dekabr 1996-cı il.

 

146.  ATƏT-in Minsk Qrupunun tərkibinə daxil olan ölkələr hansılardır ?
Cavab:
ATƏT-in Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya və Fransa daxildir.

 

147.  1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində hansı ölkələr başçılıq edirlər ?
Cavab:
1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

 

148.  Avropada  Təhlükəsizlik  və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) İstanbul Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir ?
Cavab:
18-19 noyabr 1999-cu il.

 

149.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Bakı  Ofisi nə zaman açılmışdır ?
Cavab:
ATƏT-in Bakı Ofisi 18 iyul 2000-ci ildə açılmışdır.

 

150.  ATƏT-in hazırkı Fəaliyətdə olan Sədri kimdir ?
 Cavab:
Ancelino Alfano (İtaliya).

 

151.  Azərbaycan BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-ya (UNESCO) nə zaman üzv qəbul olunmuşdur ?
Cavab:
03 iyul 1992-ci il.

 

152.  BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun (UNESCO) hazırda neçə üzvü vardır ?
Cavab: Hazırda 195 ölkə BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun (UNESCO) üzvüdür.

 

153.  07 noyabr 2003-cü ildə Azərbaycanın hansı qeri-maddi mədəni irs nümunəsi YUNESKO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur ?
Cavab: 07 noyabr 2003-cü il Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur.

 

154.  İslam Əməkdaşlıq Təşkilatının (əvvəlki İslam Konfransı Təşkilatı) əsası nə zaman qoyulmuşdur ?
Cavab: Təşkilat 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır.

 

155.  İslam Konfransı Təşkilatı (İKT) 28 iyun 2011-ci ildən necə adlanmağa başladı ?
 Cavab: İslam Əməkdaşlıq Təşkilatı (İƏT).

 

156.  İslam Əməkdaşlıq Təşkilatının (İƏT-nin) Nizamnaməsinə görə bu təşkilata üzv olmaq üçün əsas şərt nədən ibarətdir ?
Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv olmaq istəyən ölkə müsəlman ölkəsi olmalıdır.

 

157.  Hazırda  İslam  Əməkdaşlıq  Təşkilatının  (İƏT-nin)  neçə üzvü vardır ?
Cavab: Hazırda 57 ölkə İƏT-ə üzvdür.

 

158.  Dünya neft  və qaz ehtiyatının müvafiq olaraq neçə faizi İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir ?
Cavab: Dünya neft ehtiyatının 70%-i, qaz ehtiyatının isə 50%-i İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir.

 

159.  Dünya əhalisinin hansı hissəsi  İslam  Əməkdaşlıq  Təşkilatına (İƏT-ə) üzv olan ölkələrin vətəndaşlarıdır ?
Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv ölkələrin əhalisinin sayı 1.6 mlrd. nəfərdir.

 

160.  Hansı  təşkilatı  “müsəlman  dünyasının  kollektiv  səsi” adlandırırlar ?
Cavab: İslam Əməkdaşlıq Təşkilatını (İƏT).

 

161.  İslam Əməkdaşlıq Təşkilatının (İƏT-in) rəsmi dilləri hansılardır ?
Cavab: Ərəb, ingilis və fransız dilləri.

 

162.  İslam  Əmək  Təşkilatının  (İƏT-in)  mənzil-qərargahı  harada yerləşir ?
Cavab: Səudiyyə Ərəbistanının Ciddə şəhərində.

 

163.  1972-ci ildə  qəbul  olunmuş  nizamnaməyə  görə,  İKT-nin  ali  orqanı nədir ?
Cavab: İKT-nin ali orqanı üç ildə bir dəfə çağrılan dövlət və hökumət başçılarının Konfransıdır.

 

164.  Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva nə zaman İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan İSESKOnun (ISESCO) xoşməramlı səfiri adına layiq görülmüşdür ?
Cavab: 23 noyabr 2006-cı il.

 

165.  İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan İSESKO-nun (ISESCO) xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın kimdir ?
Cavab: Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva.

 

166.  Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva hansı fəaliyyətinə görə İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm vəMədəniyyət Təşkilatı olan İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür ?
Cavab: Sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə.

 

167.  2017-ci il Respublikamızda nə ili elan edilmişdir ?
Cavab: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir.

 

168.  2016-cı il Respublikamızda nə ili elan edilmişdir ?
Cavab: Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir.

 

169.  Multikulturalizmin nəzəri əsasını nə təşkil edir ?
Cavab:   Multikulturalizmin   nəzəri   əsasını   liberalizm, xüsusən  də liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir.

 

170.  Multikulturalizmlə liberalizm arasındakı mövcud ən mühüm fərq nədən ibarətdir ?
Cavab: Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir

 

171.  İzolyasionizm nədir ?
Cavab: İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar.

 

172.  Assimilyasiya nədir ?
Cavab: İzolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil  olanların mədəniyyətlərinin əridilməsini  nəzərdə tutur.

 

173.  Aparteid nədir ?
Cavab:  Müəyyən qrup   adamların  assimilyasına  mane olmaq  məqsədilə  onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.

 

174.  20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə necə adlanır ?
Cavab: “Əsrin müqaviləsi”.

 

175.  20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə (Əsrin müqaviləsi) Bakının hansı məkanında imzalanmışdı ?
Cavab: Gülüstan sarayında.

 

176.  20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilənin (Əsrin müqaviləsinin) ümumi dəyəri nəqədər idi ?
Cavab: 7.4 mlrd. ABŞ dolları.

 

177.  “Əsrin müqaviləsi”nin həcmi nə qədər idi və neçə dildə tərtib olunmuşdur ?
Cavab: “Əsrin müqviləsi”nin ümumi həcmi 400 səhifə idi və 4 dildə tərtib olunmuşdur.

 

178.  “Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət hansı idi ?
Cavab: “Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) idi və 20 faiz paya sahib idi.

 

179.  “Əsrin müqaviləsi”ndə dünyanın neçə ölkəsinin neft şirkəti iştirak edirdi ?
Cavab: “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin neft şirkəti (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) iştirak edirdi.

 

180.  “Əsrin müqaviləsi”ndə dünyanın neçə məşhur neft şirkəti iştirak edirdi və bunlar hansı şirkətlər idi ?
Cavab: “Əsrin müqaviləsi”ndə dünyanın 13 məşhur neft şirkəti iştirak edirdi: “Amoko”, “BP”, “MakDermott”, “Yunokal”, “ARDNŞ”, “Lukoyl”, “Statoyl”, “Ekson”, “Türk Petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko” və “Delta”.

 

181.  İnvestisiya nədir ?
Cavab: Ölkə daxilində və xaricində iqtisadiyyat sahələrinə uzun müddətə qoyulan sərmayə (kapital) investisiya adlanır.

 

182.  Bütün dünyanı özünə vətən hesab edən, milli adət və mədəniyyətdən imtina edən təlim forması necə adlanır?
Cavab: Kosmopolit.

 

183.  Lokaut (Lockout) nədir ?
Cavab: Sahibkarın qəsdən müəssisəni bağlayıb işçiləri kütləvi şəkildə işdən çıxarması. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən lokaut qadağandır.

 

184.  Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər ilin hansı günü ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü“ kimi qeyd olunur ?
Cavab: 23 iyun.

 

185.  Ölkəmizdə “Dövlət Qulluqçularının Peşə Bayramı Günü“nün məhz 23 iyun tarixində qeyd olunması nə ilə bağlıdır ?
Cavab: Çünki BMT-nin Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli Qərarına əsasən  hər dünyada 23 iyun “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” kimi qeyd olunur.

 

186.  Böyük Britaniyada 23 iyun 2016-cı il tarixində keçirilmiş referenduma əsasən Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi necə adlanır ?
Cavab: Breksit (Brexit).

 

187.  Torpaqlarımız  erməni  qəsbkarları  tərəfindən  hansı  tarixlərdə işğal edilmişdir (qan yaddaşımız) ?
Cavab: Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür. 1988- 1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri: Dağlıq Qarabağ: Xankəndi şəhəri: işğal tarixi – 26 dekabr 1991-ci il;  Ağdərə rayonu: işğal rayonu – 07 iyul 1993-cü il;  Xocalı rayonu: işğal tarixi – 26 fevral 1992-ci il;  Şuşa şəhəri: işğal tarixi – 8 may 1992-ci il; Xocavənd rayonu: işğal tarixi – 2 oktyabr 1992-ci il. Qeyd: Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv  etmək  haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə  verilmişdir. Dağlıq Qarabağ ətrafındakı 7 rayon:  Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il; Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il;  Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il; Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il;  Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il;  Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il; Zəngilan rayonu: işğal tarixi – 29 oktyabr 1993-cü il.

 

188.  23 avqust 1993-cü ildə - eyni gündə erməni qəsbkarları tərəfindən işğala məruz qalmış rayonlarımız hansılardır ?
Cavab: Cəbrayıl və Füzuli rayonları.

 

189.  Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq müvafiq olaraq necə adlandırıldılar ?
Cavab: Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Stepanakert, Mardakert və Martuni şəhərləri müvafiq olaraq Xankəndi, Ağdərə və Xocavənd şəhərləri adlandırıldılar.

 

190.  2 aprel 2016-cı il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən hansı yüksəklik “Dördgünlük müharibə” zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib ?
Cavab: Lələtəpə yüksəkliyi.

 

191.  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi nə zaman və hansı əməliyyat zamanı erməni işğalından azad edilib ?
Cavab: Kənd 1994-cü ildə “Horadiz əməliyyatı” zamanı işğaldan azad olunub.

 

192.  1993-ci ilin dekabrından başlamış 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edən “Horadiz əməliyyatı” zamanı hansı yaşayış məntəqələrimiz azad olunmuşdur ?
Cavab: “Horadiz əməliyyatı” zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun daha 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

 

193.  Azərbaycan Ordusunun 1994-cü ilin “qış kampaniyası”nda keçirdiyi ən uğurlu əməliyyat hansı olub ?
Cavab: “Horadiz əməliyyatı”.

 

194.  “Horadiz əməliyyatı”nda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür ?
Cavab: 8 nəfər.

 

195.  Avropa İttifaqının Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə 1991-ci ildən həyata keçirdiyi proqram necə adlanır ?
Cavab: TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) proqramı.

 

196.  Avropa İttifaqının 1993-cü ildən Avropa İttifaqını və Şərqi Avropa, Qafqaz, Mərkəzi Avropanın 14 ölkəsini əhatə edən beynəlxalq nəqliyyat proqramı necə adlanır ?
Cavab: TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) proqramı.

 

197.  TRACECA proqramının məqsədi nədir ?
Cavab: Proqramın məqsədi Qara Dəniz hövzəsi, Cənubi  Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrini gücləndirməkdir.

 

198.  Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsində əsas məqsəd nə idi ?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir.

 

199.  Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu və ötürmə gücü nə qədərdir ?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu 980 km-dir, ötürmə gücü isə ildə 20 mlrd. kubmetrədəkdir.

 

200.  Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz nə zaman vurulmuşdur ?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur.

 

201.  Azərbaycan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməli nə zaman qoyulmuşdur ?
Cavab: 21 noyabr 2007-ci il.

 

202.  Bakı-Tbilisi-Qars dəmiryolu xətti nə zaman istismara verilmişdir ?
Cavab: 30 oktyabr 2017-ci il.

 

203.  Bakı-Tbilisi-Qars dəmiryolu xətti uzunluğu nə qədərdir ?
Cavab: 826 km.

 

204.  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilkin mərhələdə sərnişin və yük daşıma gücü nə qədərdir ?
Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq gücünə malikdir.

 

205.  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji olaraq potensial sərnişin və yük daşıma gücü ildə nə qədərdir ?
Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji olaraq ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var.  

 

206.  Bakı-Tbilisi-Qars dəmir  yolu xəttinin işə düşməsinin yükdaşımalar sahəsində əsas səmərəliliyi nədən ibarətdir ?
Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi nəticəsində Çin, Hinsistan və bir  çox Asiya ölkələrindən başlayaraq Avropa ölkələrinə yükdaşımaların həm vaxtı azalacaq, həm də yüklər çox rahatıqla və risksiz mənzil başına çatdırılacaq.

 

207.  Azərbaycan Respublikasının bayram günləri hansılardır ?
Cavab: Yeni il bayramı (yanvarın 1 və 2-si); Qadınlar günü (martın 8-i); Faşizm üzərində Qələbə günü (mayın 9-u); Respublika günü (mayın 28-i); Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i); Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); Dövlət müstəqilliyi günü (oktyabrın 18-i); Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (noyabrın 9-u); Konstitusiya günü (noyabrın 12-si); Milli Dirçəliş günü (noyabrın 17-si); Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i); Novruz bayramı - beş gün; Qurban bayramı - iki gün; Ramazan bayramı - iki gün.

 

208.  Hansı bayramların keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur ?
Cavab: Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti  il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

 

 

 

209.  Azərbaycan Respublikasında iş günü hesab olunmayan bayram günləri hansılardır ?
Cavab: Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində Qələbə günü, Respublika günü, Azərbaycan xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri    günü  hesab edilmir.

 

210.  Azərbaycan Respublikasında    günü hesab olunan bayram günləri hansılardır ?
Cavab: Dövlət müstəqilliyi günü, Konstitusiya günü və Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.

 

 

211.  Azərbaycan Respublikasında hansı dini bayram günləri qeyd olunur ?
Cavab: Ramazan bayramı və Qurban bayramı.

 

212.  1975-ci il “Beynəlxalq Qadın İli”ndə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününün hər ilin hansı günündə qeyd olunmasını qərara alıb ?
Cavab: 1975-ci il “Beynəlxalq Qadın İli”ndə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününün hər il martın 8-də qeyd olunmasını qərara alıb.

 

213.  Son illər ərzində Respublikamızda hansı illər elan olunmuşdur ?
Cavab:  2020-ci il – “Könüllülər ili” 2019-cu il – “Nəsimi ili” 2018-ci il – “Azərbaycan Xalq Cümhuriyyəti ili”;  2017-ci il – “İslam Həmrəyliyi ili”; 2016-cı il – “Multikulturalizm ili”;  2015-ci il – “Kənd Təsərrüfatıiİli”;  2014-cü il – “Sənaye ili”; 2013-cü il – “İnformasiya-Kommunikasiya Texnologiyaları ili”;  2012-ci il – “İdman ili”;  2011-ci il – “Turizm ili”;  2010-cu il – “Ekologiya ili”;  2009-cu il – “Uşaq ili”

 

214.  Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul olunub? 
Cavab: 12 noyabr 1995-ci ildə 

 

215.  Təhsil  hüququ  Konstitusiyanın  hansı  maddəsində  nəzərdə tutulub ? 
Cavab: 42-ci maddəsi 

 

216.  Rusdilli məktəblərdə rəsmi və vahid nümunəvi sənədlər hansı dildə tərtib edilir ? 
Cavab: yalnız Azərbaycan dilində 

 

217.  Müsahibə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətləri necə tənzimlənir ? 
Cavab: müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. 

 

218. Azərbaycan Əlifbası və Azərbaycan dili Günü nə vaxt elan edilmişdir? 
Cavab: Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti H. Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında  Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. 

 

219.  Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti nə zaman fəaliyyətə başlamışdır və Parlamentin sədr və sədrin birinci müavini kimlər seçilmişdir?
Cavab: Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin birinci iclası 7 dekabr 1918-ci il tarixində keçirilmişdir və Parlamentin sədri Əlimərdanbəy Topçubaşov, sədrin birinci müavini isə Həsənbəy Ağayev seçilmişdir.

 

220.  Əmək  müqaviləsinin  işçi  tərəfindən  ləğv  edilməsi  qaydası necədir ? 
Cavab: işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər 

 

221.  Evlərdə, xəstəxanada və ya sanatoriyada І - V sinif şagirdləri ilə fərdi və ya qrup halında dərs aparan müəllimlərə yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilmirmi? 
Cavab: ödənilmir 

 

222.  Təhsil Nazirliyinin kollegiyasının fəaliyyəti nədən ibarətdir?  Cavab: kollegiya öz iclaslarında təhsillə bağlı aktual məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir 

 

223. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəsisələrində iş rejiminin tənzimlənməsi haqqında fərmanı nə vaxt qəbul olunub? 
Cavab: 17 may 2003-cü il 

 

224. Ən yaxşı ümumi təhsil müəsisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəsisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı nə vaxt qəbul olunub? 
Cavab: 25 fevral 2008-ci il 

 

225. 1578-ci ildə osmanlıların Azərbaycana hucumu zamanı turklər  hansı şəhəri ələ kecirməklə Şimali Azərbaycana faktiki olaraq sahib oldular ? 
Cavab: Şirvan 

 

226. Təlim amilləri dedikdə nə başa düşülür? 
Cavab: Təlim prosesinin gedişinə və nəticələrinə təsir edən səbəblər 

 

227. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar hansılardır ? 
Cavab: işəgötürən tərəfindən hamilə , habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 

 

228. Təhsil Nazirliyinin strukturu kim tərəfindən müəyyən edilir? 
Cavab: Azərbaycan Respublikasi Prezidenti 

 

229. Elmi idrakın hansı səviyyəsi təcrübi faktları ünmumiləşdirərək konsepsiyalar hazırlayır ? 
Cavab: nəzəri 

 

230. Əmək kitabçasında əvəzçilik üzrə əmək fəaliyyəti haqqında qeydlər aparılırmı ? 
Cavab: əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. 

 

231. Təfəkkürün neçə forması var və hansılardır? 
Cavab: məfhim, hökm, əqli nəticə 

 

232. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günüdür ? 
Cavab: illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər və pedaqoji işçilərinin , tərbiyəçilərin , təlimatçıların , dərnək və musiqi rəhbərlərinin , konsertmeysterlərin, akkompaniatorların , xormeysterlərin və başqa musiqi işçilərinin. 

 

233. Hansı məzuniyyət ödənişli təhsil məzuniyyəti deyil ? 
Cavab: dövlət imtahanlarına və diplom işini hazırlamaq üçün verilən məzuniyət 

 

234. İlin “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi yenidən həmin müsabiqədə iştirak edə bilərmi?
Cavab: mükafat alan müəllim mükafat aldığı ildən 4 il keçdikdən sonra iştirak edə bilər 

 

235. İnsan fəaliyyətinin ən qüvvətli motivi nədir? 
Cavab: peşə fəaliyyəti 

 

236. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin müddəti 42 təqvim günüdür ? 
Cavab: uşaq evlərini,məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinin, tərbiyəçilərinin, musiqi rəhbərlərinin, praktik psixoloqların. 

 

237. Azərbaycan Respublikası Prezidentinin 2011 – 2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Sərəncamı nə vaxt qəbul olunub? 
Cavab: 11 iyul 2011-ci ildə 

 

238. Təhsil Nazirliyinin kollegiyasının sayını və şəxsi tərkibini kim təsdiq edir? 
Cavab: nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur 

 

239. Təhsil məzuniyyətlərinin müddəti nə qədərdir ? 
Cavab: ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü , qalan kurslarda 40 təavim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət verilir. 

 

240. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri nə qədərdir ? 
Cavab: ailə , məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək. 

 

241. Yeni sosial rola, rəhbər vəzifəsinə başlama hansı çətinliklərlə müşayiət olunur? 
Cavab: Psixoloji – pedaqoji 

 

242. Uşaq  hüquqlarını  müdafiə  edən  orqanlar,  birliklər    təşkilatlar hansıdır ? 
Cavab: Azərbaycan Respublikasında Uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti , , məhkəmə və prokurorluq orqanları , bələdiyyələr , habelə ictimai birliklər , həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. 

 

243. Mаrаq insаnı nəyə təhrik еdir ? 
Cavab: оbyеkti ətrаflı qаvrаmаğа, dərindən öyrənməyə 

 

244. Xüsusi təhsil almaq hüququnu təsbit edən sənədlər hansılardır ? 
Cavab: xüsusi təhsil almaq hüququ psixoloji - tibbi pedaqoji komissiya, yetkinlik yaşına çatana isə tibbi-sosial ekspert komissiyası tərəfindən verilən sənədlə təsdiq olunur. 

 

245. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”sinin təsdiq edilməsi barədə fərman nə vaxt qəbul olunub? 
Cavab: 1 mart 2005-ci il 

 

246. Dаvrаnış zаmаnı diqqətin pаylаnmаsı ən çоx hаnsı mütəxəssislərə lаzımdır ? 
Cavab: müəllim, rəhbər, iqtisаdçı, təyyаrəçi 

 

247. Xüsusi təhsil müəssisələrində siniflərin komplekləşdirilməsi nə vaxt başa çatır? 
Cavab: dərslər oktyabr ayının 1-də başlamalıdır, ancaq psixoloji-tibbipedaqoji komissiyalarının qərarı ilə xüsusi təhsil müəssisələrinə il ərzində şagird qəbul edilə bilər 

 

248. Pedaqogika necə elmdir ? 
Cavab: həm nəzəri, həm də tətbiqi elmdir. 

 

249. Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nə vaxt qəbul olunub? 
Cavab: 4 sentyabr 2007-ci il 

 

250. İntеllеkt sözünün mənаsı nədir? 
Cavab: dərkеtmə, bаşаdüşmə 

 

251. Kurikulumun mahiyyəti nədən ibarətdir? 
Cavab: Təhsil pillələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir 

 

252. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər “ən yaxşı müəllim” müsabiqəsində iştirak edə bilərlərmi? 
Cavab: iştirak edə bilməzlər 

 

253. Sinif rəhbəri haqqında əsasnamə ? 
Cavab: 5 mart 2009-cu il

 

254. “Ən yaxşı müəllim” müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarəti hansı qurum həyta keçirir?
Cavab: tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi 

 

255. Təhsil sahəsində İslahat ?  Cavab: 15 iyun 1999-cu il   256. Təlim nədir ? 
Cavab: müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlər qazanmağa yönəlmiş pedaqoji prosesdir. 

 

257. İlin “Ən yaxşı müəllimi” müsabiqəsi neçə mərhələdə təşkil edilir və qalib hansı mərhələdə və necə müəyyən edilir? 
Cavab: müsabiqə 3 mərhələdə təşkil edilir və qalib 3-cü mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllim seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir 

 

258. Ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası ? 
Cavab: 13 yanvar 2009-cu il

 

259. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiyanın yeni tərkibi kimlərdən ibarətdir? 
Cavab: Komissiyanın sədri: PA-nın rəhbəri, Komissiyanın üzvləri: Baş nazirin müavini, EA-nın prezidenti, PA-nin Humanitar siyasət şöbəsinin müdiri, Təhsil Naziri, Ədliyyə Naziri, Sənaye və İqtisadiyyat naziri, Maliyyə Naziri, Gənclər və idman naziri, TQDK-nın sədri 

 

260. Sinif rəhbəri haqqında əsasnamə ? 
Cavab: 5 mart 2009-cu il

 

261. Evdə təhsilin təşkili qaydalarına görə gündəlik dərslərin miqdarı I pillədə, II və III pillədə neçə saat olmalıdır? 
Cavab: I pillədə 2 saat, II və III pillədə 3 saatdan çox ola bilməz 

 

262. Xüsusi təhsil müəsisələri haqqında Əsasnaməyə görə kor və zəif görən şəxslər üçün internat tipli xüsusi təhsil müəsisələrində təhsil müddəti neçə ildir? 
Cavab: 12 il 

 

263. Qeyri standart dərslər ? 
Cavab: yarış dərsləri, fantaziya dərsləri, dialoq dərsləri, məsləhət dərsləri.  

264. “Təhsil haqqında” Azərbaycan Respublikadsının Qanunu neçə maddədən ibarətdir ? 
Cavab: 47 maddə 

 

 

265. Yaradıcılıq məzuniyyətlərinin müddətləri nə qədərdir ? 
Cavab: işləməklə yanaşı doktoranturada təhsil alan ( o cümlədən doktoranturaya daxil olmaq üçün ) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir. 

 

266. Xüsusi təhsil siniflərində şagirdlərin orta sıxlığı nə qədər olmalıdır? 
Cavab: orta sıxlıq 8-10 nəfər götürülür 

 

267. Azərbaycan Respublikasında fasiləsiz pedoqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası hansı məqsədlə hazırlanmış və nə vaxtdan bu yöndə əməli işlər başlanmışdır? 
Cavab: təhsil sektorunun bütün sahələrinin səriştəli, yüksək peşəkarlığa malik pedoqoji kadrlarla təmin edilməsi və ümumi təhsilin keyfiyyətinin artırılması məqsədilə hazırlanmış və 2007-ci ildən bu yöndə işlər başlanmışdır 

 

268. Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə verilən arayışda nə yazılır? 
Cavab: arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır 

 

269. Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, məsələ necə həll edilir? 
Cavab: sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında) verilir 

 

270. Ümumtəhsil məktəblərində sinif (qrup) rəhbərliyinə görə əlavə haqlar hansı qaydada ödənilir?
Cavab: І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində; V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində 

 

271. Müəllim iki sinifdə sinif rəhbərliyi apara bilərmi? 
Cavab: məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər  

 

272. Təhsil islahatları hansı illəri əhatə edir ? 
Cavab: 1999 - 2013-cü illər 

 

273. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur ? 
Cavab: beynəlxalq hüquq normaları 

 

274. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında Dövlət Təhsil sistemi hansı xarakter daşıyır ? 
Cavab: dünyəvi 

 

275. Kimlərə siyasi sığınacaq verilir ? 
Cavab: qaçqınlara 

 

276. Kimlər tətil edə bilməzlər ? 
Cavab: qüvvələrdə və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər 

 

277. Dövlət dili haqqında qərar nə vaxt qəbul edilib ? 
Cavab: 27 iyun 1918-ci ildə 

 

278. Azərbaycan Milli Qəhrəmanı adına ilk dəfə layiq görülən şəxslərdən kimləri tanıyırsınız ? 
Cavab: Azərbaycan Milli Qəhrəmanı adına ilk dəfə layiq görülən şəxslərdən  Seyidov Məhərrəm Mirəziz oğlu—Naxçıvan MR Şərur RDİŞ nəzdində mühafizə şöbəsinin baş inspektoru, milis kapitanı.  Əliyev İlham Müzəffər oğlu—Nizami (Gəncə şəhəri) RDİŞ cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, milis leytenantı.  Kovalyov Yuri Petroviç—XTMD milis starşinası.  Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu—Şəki ŞDİŞ sahə inspektoru, milis baş leytenantı.  Hacıyev Əlif Lətif oğlu—Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi, milis mayoru.  Məmmədov Səfərəli Qurban oğlu—Ağdam RDİŞ vzvod komandiri, milis leytenantı.  Əliyev Yusif Əliyusif oğlu—Bakı şəhəri Dİİ PQKA 3-cü rotasının milis nəfəri, sıravi.  Hüseynov Vüqar Tofiq oğlu—XTMD milis nəfəri, milis baş serjantı.  Quliyev Nofəl Zahid oğlu—XTMD milis nəfəri, milis starşinası.  Abbasov Mehdi Yusif oğlu—XTMD rota komandiri, milis baş leytenantı.  Müslümov Valeh Əlirza oğlu—XTMD milis nəfəri, milis serjantı. 

 

279. Azərbaycanın Milli Qəhrəmanı olan jurnalistlərdən kimi tanıyırsınız? 
Cavab: Azərbaycanın Milli Qəhrəmanı olan jurnalistlərdən  Alı Mustafa oğlu Mustafayev (1952-1991)- telejurnalist.  Salatın Əziz qızı Əsgərova (1961-1991) – jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri.  Çingiz Fuad oğlu Mustafayev (1960-1992)— telejurnalist. 

 

280. Azərbaycan kapitalını təmsil edən görkəmli nümayəndələr kimlərdir ? 
Cavab: Azərbaycan kapitalını təmsil edən görkəmli nümayəndələr  - Hacı Zeynalabdin Tağıyev  - Şəmsi Əsədullayev  - Musa Nağıyev 

 

281.  I Dünya müharibəsi illərində Müqəddəs Georgi ordeni ilə təltif edilən Azərbaycan hərbiçiləri kimlərdir ? 
Cavab: Müqəddəs Georgi ordeni ilə təltif edilən Azərbaycan hərbiçiləri  - Teymur Novruzov  - Fərrux ağa Qayıbov (ilk azərbaycanlı təyyarəçi)  - Qalib Vəkilov  - Tərlan Əliyarbəyov 

 

282. I Dünya müharibəsində iştirak edən Azərbaycan generalları kimlərdir ? 
Cavab: I Dünya müharibəsində iştirak edən Azərbaycan generalları  - Səməd bəy Mehmandarov  - Əliağa Şıxliniski  - İbrahim ağa Vəkilov  - Hüseyn xan Naxçıvanski 

 

283. Milli hökumət nə vaxt Gəncədən Bakıya köçürüldü ? 
Cavab: 1918-ci il 17 sentyabr 

 

284. Azərbaycanın Dəniz sərhədləri ? 
Cavab:  1. Rusiya  2. İran  3. Qazaxıstan  4. Türkmənistan

 

285. Azərbaycanda hansı Liman şəhərləri mövcuddur ? 
Cavab: Bakı, Nefçala, Salyan, Lənkəran. 

 

286. Müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlament seçkiləri nə zaman keçirilmişdir?
Cavab: 12 noyabr 1995-ci il. 

 

287. Azərbaycan Respublikası nə zaman BMT-nin Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü seçilmişdir?
Cavab: Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilmişdir. 

 

288.  II Dünya müharibəsi nə zaman başlamışdır? 
Cavab: II Dünya müharibəsi 01 sentyabr 1939-cu il tarixində Almaniyanın Polşaya hücumu ilə başlamışdır. 

 

 

289.  II Dünya müharibəsi zamanı neçə nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür? 
Cavab: II Dünya müharibəsi zamanı 121 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.   290.  2017-ci il Respublikamızda nə ili elan edilmişdir?  Cavab: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir. 

 

291.  2016-cı il Respublikamızda nə ili elan edilmişdir? 
Cavab: Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. 

 

292.  “Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət hansı idi? 
Cavab: “Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) idi və 20 faiz paya sahib idi. 

 

293.  2 aprel 2016-cı il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən hansı yüksəklik “Dördgünlük müharibə” zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib? 
Cavab: Lələtəpə yüksəkliyi. 

 

294. Azərbaycanın ərazisi haqqında ? 
Cavab: Azərbaycan Respublikasının ərazisi 86.6 min km2, əhalisi 10 milyondur.  Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərb sahilində yerləşir.  Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir.  Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.  

 

295. Mübariz İbrahimov haqqında nə deyə bilərsiz? 
Cavab: Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.  Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.  18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. 

 

296. Vətən mənə oğul desə nə dərdim      Mamır olub qayasında bitərdim... – bu misralar kimə məxsusdur ? 
Cavab: Gözəl şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:  Vətən mənə oğul desə nə dərdim,  Mamır olub qayasında bitərdim.  Şairin ifadə etdiyi bu fikir hər bir vətənpərvər Azərbaycanlının qəlbinə və düşüncəsinə hakim kəsilib. Tarixin müxtəlif dönəmlərində xalqımızın vətən naminə göstərdikləri qəhrəmanlıqlar məlumdur. Zaman-zaman torpaqlarımızda çoxlu savaşlar olub. Hər dəfə yağılar sərhədlərimizi pozmağa, sərvətlərimizi talamağa cəhd göstərəndə vətən övladları «canımızdan keçərik, Vətənimizdən keçmərik» deyib ayağa qalxmış, düşməni geri oturtmuşlar. 

 

297. Müasir dövr yazıçılarımızdan kimləri tanıyırsız? 
Cavab: İlk istiqlal şairləri Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz Xalq yazıçıları Anar, Elçin Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca Azadlıq aşiqləri Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub 

 

298. Dəli Kür romanın müəllifi kimdir ? 
Cavab: Dəli Kür - böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir.  Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələri təsvir edilir və milli tarixi roman janrı nümunələrindən sayılır. Bununla belə, ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı əsəri qələmə almağa 1957-ci ildə, ilk romanı olan "Ayrılan yollar" əsərinin nəşr olunmasının ardından başlamış və onu 1967-ci ildə tamamlamışdır. 

 

299. Daşnaksütun nədir ? Bunun haqqında nə kimi bilgiləriniz var ? 
Cavab: Erməni İnqilabi Federasiyası, Daşnaksütun — ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir.  Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanırdı.  Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 

 

300. Dünya Azərbaycanlılarının I qurultayı nə vaxt keçirilib ? 
Cavab: Dünya Azərbaycanlılarının I Qurultayı — Dünya azərbaycanlılarının ilk Qurultayıdır.  "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.  Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.  Dünya azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir.Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan,elm,təhsil,mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. 

 

 

301.  İkinci Qarabağ Müharibəsi necə adlanır ?
Cavab: Vətən Müharibəsi və yaxud Ermənistanı sülhə məcburetmə əməliyyatı

 

302.  İkinci Qarabağ müharibəsi nə zaman başlayıb ?
Cavab: 27 sentyabr 2020-ci il

 

303. Cəbrayıl rayonnun işğaldan azad olunması ?
Cavab: 4 oktyabr 2020-ci il

 

 

304. Füzui rayonunun işğaldan azad olunması ?
Cavab: 17 oktyabr 2020-ci il

 

305. Zəngiln rayonunun işğaldan azad olunması ?
Cavab: 20 oktyabr 2020-ci il

 

306. Qubadlı rayonunun işğaldan azad olunması ?
Cavab: 25 oktyabr 2020-ci il

 

307. Şuşa şəhərinin işğaldan azad olunması ?
Cavab: 8 noyabr 2020-ci il.

 

308.  Tovuz döyüşləri nə vaxt olub? 
Cavab: 12 iyul 2020-ci il

 

309.  Tovuz döyüşləində şəhid olmuş Genaral ?
Cavab: 14 iyul 2020-ci il tarixində həlak olmuş 1975-ci il təvəllüdlü şəhid  General – Mayor Həşimov Polad İsrayıl oğlu. 15 iyul 2020-ci il tarixində İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

310.  Tovuz döyüşlərində şəhid olmuş Polkovnik ?
Cavab: 14 iyul 2020-ci il tarixində həlak olmuş 1973-cü il təvəllüdlü şəhid Polkovnik Mirzəyev İlqar Anzor oğlu. 15 iyul 2020-ci il tarixində İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

311. Hansı şəhidimizin ölümü ilə Azərbaycan xalqı bir yumruq olaraq birləşərək ll Qarabağ mühribəsinin başlanması üçün Ali Baş Komandanın ətrafında cəmləşdi ?
Cavab: General – Mayor Polad Həşimov

 

312. İkinci Qarabağ müharibəsində  düşmənə atəş açdıqdan sonra  mərdanə duruşu iə hamının rəğbətini qazanaraq  yağıya göz dağı olmağı bacaran, Azərbaycan əsgərinin əsl gücünü nümayiş etdirən topçumuz kimdir ?
Cavab: Vüsal Şahkərimov

 

313. İkinci Qarabağ müharibəsində tək başına düşmənin generalını və polkivnikini məhv edərək Genaral – Mayor Polad Həşimovun qisasını  alan şəhidimiz kimdir ?
Cavab: 19 yaşlı Cəbrayıl Dövlətzadə Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda General – Mayor Polad Həşimovun məzarının yanında dəfn olunub.

 

314. İkinci Qarabağ müharibəsində ilk qadın şəhidimiz kimdir ?
Cavab: 31 yaşlı tibb bacısı Arəstə Baxışova 

 

315. Təhsil mühiti necə olmalıdır ? 
Cavab: Təhsilin mühiti həyatın özü olmalıdır. Burada şagirdlər həyata hazırlanmamalı, həyatın içində öyrənməlidirlər. 

 

316. Qabaqcıl təhsilin məqsədinə olmalıdır ? 
Cavab: Yeni təcrübəyə əsaslanaraq daim inkişaf etmək təhsilin həm əsas xüsusiyyətinə, həm də məqsədinə çevrilməlidir. 

 

317.  Məktəbin əsas vəzifəsi nə olmalıdır ? 
Cavab: Məktəb “hərtərəfli uşaq” üçün təhsili təmin etməlidir, bütün diqqətini uşağın ehtiyaclarına və maraqlarına yönəltməlidir.

 

318. Məktəbin təlim mühiti necə olmalıdır ? 
Cavab: Məktəb şagirdlərin qruplarda düşünməsini təmin edir ki, bu da yarışmanı deyil, əməkdaşlığı təmin edir. 

 

319. Mənimsəməni təmin edən təlim necə baş verməlidir ? 
Cavab: Şagirdlər problem həllinə əsaslanan layihələrə cəlbedilməklə praktik məsələlərdən nəzəri prinsiplərə doğru istiqamətləndirilir (konkretdən məcaziyə).

 

320. Proqressivist müəllimin rolu nədən ibarət olmalıdır ? 
Cavab: Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir. Şagirdin təlimi rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fənn biliklərinə deyil, öyrənənlərin maraqlarına əsaslanır.

 

321. Hər təlimdə qrup işinin təşkil edilməsini nə dərəcədə məqsədəuyğun hesab edirsiz ? 
Cavab: Elə bu tedqiqat mərhələsində müəllimin buraxdığı səhv hesab olunur. Muellum elə bilir ki tədqiqat mərhələsi ancaq qrup şəklində aparılmalıdır. Amma yanlış yanaşmadır. İş formalarinin hamısından meqsedeuygun şekilde istifadə olunsa yaxşı olar. Çünki hər birinin öz əhəmiyyəti var. 

 

322. Akustik nədir ? 
Cavab: Fizikanın səs bəhsidir. Binanın (məsələn kino salonun və s.nin) daxilində səsi əksetdirmə qabiliyyətidir. Bina içərisində musiqinin, nitqin və s. səsinin eşidilmə dərəcəsidir.

 

323. Müəllimin proqramına nələr daxildir ?
Cavab: mövzuların ardıcıllığı, resurslar, vaxt bölgüsü

 

324. O hansı üsuldur ki, orda şagird özü-özünü qiymətləndirir ? 
Cavab: Akvarium 

 

325. Təlim formaları hansılardır ? 
Cavab: Dörd iş forması vardır : kollektiv ilə iş, qruplarla iş (kiçik qruplarla iş, böyük qruplarla iş), cütlərlə iş, fərdi iş. 

 

326. Fənn resursları hansılardır ? 
Cavab: xəritə, qlobus, sirkul və s. (öz ixtisasınıza aid olanları sadalayın).

 

327. Sizə “dərsi izah edin” deyilir, izah edən vaxt sözünüzü kəsirlər, Birdən bir şagird sizə bu cür mane olsa, nə edərsiniz ?
Cavab: Şagirdlərin sualını, maraqlarını cavablandırmaq zəruridir, çünki onlar hər şeyi öyrənmə mərhələsindədirlər. Sərt cavab onların əksər maraqdan məhrum olmasına səbəb ola bilər. Bəzən uşaq mövzunun sonuna olan izahları əvvəlcədən sual verir. Deyərəm ki, indi həmin hissəni başa salacam və sualına cavab tapacaqsan. Əlavə olaraq qeyd edim ki, kurikulumda müəllim əvvəlki kimi dərsi izah etmir. Suallara uşaq özü cavab tapmalıdır.

 

328. Sinifdə valideyn himayəsindən məhrum olmuş şagirdə necə yanaşarsız ? 
Cavab: “Xüsusi qayğı göstərərəm” cavabı verməyin. Çünki dərs zamanı müəllimin həmin şagirdə xüsusi qayğısı ayrıseçkilik yaratmış olur. Ancaq dərsdən sonra ona xüsusi nəvaziş göstərə bilərsiz. Sinifdə uşağa mən sənə xüsusi diqqət ayırıram kimi hiss yaratmaq lazım deyil. Uşaqlar çox həssas və çox ağıllıdırlar. O dəqiqə hər şeyi yaxşı başa düşürlər. Bütün uşaqlara diqqət və qayğı eyni səviyyədə olmalıdır. Bu, həm o uşağa, həm də digərlərinə mənfi təsir edəcək. Gələcəkdə də həmin uşaqda psixologiya ele formalaşacaq ki, mənə hamı güzəşt etməlidir, qayğı göstərməlidir. Beləliklə, istəmədən də olsa, həmin şagirddə mənfi xüsusiyyət yaratmış oluruq. 

 

329. Cari planlaşdırma nədir ? 
Cavab: Cari planlaşdırma hal-hazırki, indiki planlaşdırmadır. Bu da gündəlik planlaşdırma adlanır. Gündəlik planlaşdırmada standart, mövzu, məqsəd,inteqrasiya, iş forması, üsullar, resurslar və dərsin mərhələləri olur. 

 

330. İllik qiymətləndirmə necə apaırlır ? 
Cavab: Şagirdin illik qiyməti aşağıdakı düsturla müəyyən edillir:  İ=(y1+y2):2 

 

331. Nitq nədir ?  Cavab: Dil vasitəsi ilə həyata keçirilən ünsiyyət prosesidir. 

 

332. Təxəyyül nədir ? 
Cavab: Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılması

 

333. Emosiya deyəndə nə başa düşürsünüz ? 
Cavab: Müxtəlif hislərin baş verməsi nəticəsində bədəndə olan üzvi dəyişiklik. 

 

334. Hafizə nədir ? 
Cavab: Keçmiş hadisənin yadda saxlanılması nəticəsində sonralar onun yada salınması və tanınması prosesidir. 

 

335. Diqqət nədir ? 
Cavab: Psixi fəaliyyətin müəyyən bir orbitin üzərinə yönəlməsi prosesidir. Növləri : qeyri-ixtiyari, ixtiyari, ixtiyardan sonrakı

 

336. Cari il (2020-ci il) ölkəmizdə nə ili kimi elan edilib ?
Cavab: “Könüllülər ili”

 

337. Azərbaycanda 2019-cu il nə ili elan edilib ?
Cavab: “Nəsimi ili”

 

338. 2018-ci il ölkəmizdə nə ili elan edilib ?
Cavab: “Azərbaycan Xalq Cümhuriyyəti ili”

 

339. Ölkəmizdə 2017-ci il nə ili elan edilib?
Cavab: “İslam Həmrəyliyi ili”

 

340. Respublikamızda 2016-cı il nə ili elan olunub?
Cavab: “Multikulturalizm ili”

 

341. Azərbaycanda 2015-ci il nə ili elan olunmuşdur ? 
Cavab: “Kənd Təsərrüfatı ili” 

 

342. 2014-cü il Respublikamızda nə ili elan olunub ? 
Cavab: “Sənaye ili” 

 

343. Ölkəmizdə 2013-cü il nə ili elan olunub ? 
Cavab: “İnformasiya – Kommunikasiya Texnologiyları ili” 

 

344. Azərbaycanda 2012-ci il nə ili elan olunub ? 
Cavab: “İdman ili

 

345.  2011-ci il Ölkəmizdə nə ili elan olunub ? 
Cavab: “Turizm ili” 

 

346. Respublikamızda 2010-cu il nə ili elan olunub ? 
Cavab: “Ekologiya ili” 

 

347. Azərbaycanda 2009-cu il nə ili elan olunub ? 
Cavab: “Uşaq ili”

 

348. Təlim amilləri dedikdə nə başa düşülür ? 
Cavab: Təlim prosesinin gedişinə və nəticələrinə təsir edən səbəblər 

 

349. Təhsil Nazirliyinin strukturu kim tərəfindən müəyyən edilir ? 
Cavab: Azərbaycan Respublikasi Prezidenti 

 

350. Elmi idrakın hansı səviyyəsi təcrübi faktları ünmumiləşdirərək konsepsiyalar hazırlayır ? 
Cavab: nəzəri 

 

351. Əmək kitabçasında əvəzçilik üzrə əmək fəaliyyəti haqqında qeydlər aparılırmı ?
 Cavab: əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. 

 

352. Təfəkkürün neçə forması var və hansılardır ? 
Cavab: məfhim, hökm, əqli nəticə 

 

353. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günüdür ? 
Cavab: illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər və pedaqoji işçilərinin, tərbiyəçilərin, təlimatçıların, dərnək və musiqi rəhbərlərinin, konsertmeysterlərin, akkompaniatorların, xormeysterlərin və başqa musiqi işçilərinin. 

 

354. Hansı məzuniyyət ödənişli təhsil məzuniyyəti deyil ? 
Cavab: dövlət imtahanlarına və diplom işini hazırlamaq üçün verilən məzuniyət 

 

355. İlin “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi yenidən həmin müsabiqədə iştirak edə bilərmi ?
Cavab: mükafat alan müəllim mükafat aldığı ildən 4 il keçdikdən sonra iştirak edə bilər 

 

356. İnsan fəaliyyətinin ən qüvvətli motivi nədir ? 
Cavab: peşə fəaliyyəti 

 

357. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin müddəti 42 təqvim günüdür ? 
Cavab: uşaq evlərini,məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinin, tərbiyəçilərinin, musiqi rəhbərlərinin, praktik psixoloqların.

 

358. Təhsil Nazirliyinin kollegiyasının sayını və şəxsi tərkibini kim təsdiq edir ? 
Cavab: nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur 

 

359. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar hansıdır ? 
Cavab: Azərbaycan Respublikasında Uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. 

 

360. Mаrаq insаnı nəyə təhrik еdir ? 
Cavab: оbyеkti ətrаflı qаvrаmаğа, dərindən öyrənməyə 

 

361. Xüsusi təhsil almaq hüququnu təsbit edən sənədlər hansılardır ? 
Cavab: xüsusi təhsil almaq hüququ psixoloji - tibbi pedaqoji komissiya, yetkinlik yaşına çatana isə tibbi-sosial ekspert komissiyası tərəfindən verilən sənədlə təsdiq olunur.

 

362. Pedaqogika necə elmdir ? 
Cavab: həm nəzəri, həm də tətbiqi elmdir.

 

363. Evdə təhsilin təşkili qaydalarına görə gündəlik dərslərin miqdarı I pillədə, II və III pillədə neçə saat olmalıdır ? 
Cavab: I pillədə 2 saat, II və III pillədə 3 saatdan çox ola bilməz 

 

364. Xüsusi təhsil müəsisələri haqqında Əsasnaməyə görə kor və zəif görən şəxslər üçün internat tipli xüsusi təhsil müəsisələrində təhsil müddəti neçə ildir ? 
Cavab: 12 il 

 

365. Qeyri standart dərslər ? 
Cavab: yarış dərsləri, fantaziya dərsləri, dialoq dərsləri, məsləhət dərsləri.

 

366. Müəllim iki sinifdə sinif rəhbərliyi apara bilərmi ? 
Cavab: məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər 

 

367. Təhsil islahatları hansı illəri əhatə edir ? 
Cavab: 1999 - 2013-cü illər

 

368. Müəllim hansı qabiliyyətlərə malik olmalıdır ? 
Cavab: Müəllim əsasən didaktik və təşkilatçılıq qabiliyyətlərinə yiyələnməlidir. Bundan əlavə, kommunikativ, suqqestiv, perseptiv və s. qabiliyyətlərə yiyələnməlidir. 

 

369. Azərbaycan hansı oyunlara ev sahibliyi edib ? 
Cavab: 2015-cil ildə Avropa oyunları, 2016-cı ildə Şahmat Olimpiadası, 2017-ci ildə 4-cü İslam oyunları keçirilib. 

 

370. Təhsil nə üçün lazımdır ? 
Cavab: İnkişafı təmin etmək üçün lazımdır. 

 

371. Sizcə “öyrənən” kimdir ? 
Cavab: Öyrənən təcrübə aparan orqanizmdir. 

 

372. Təhsil insanın ehtiyaclarını necə təmin etməlidir ? 
Cavab: İnsanların ehtiyacları müxtəlif olduğundan təhsil şagirdlərin fərdi xüsusiyyətlərinin inkişafına istiqamətlənməlidir. 

 

373. Müəllimin pedoqoji qabiliyyətləri hansılardır ? 
Cavab:  - şəxsi  - didaktik  - təşkilatçılıq  - kommunikativ  - perspektiv  - suqqestiv  - pedoqoji təxəyyül  - diqqəti paylaya bilmək  

 

374. Təhsil formaları hansılardır ? 
Cavab: formal, qeyri-formal və informal 

 

375. Təhsil alanların hüquqları  ?
Cavab:  -qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq  -fasiləsiz təhsil almaq  -təhsil müəssisəsini təhsilin istiqamətini ixtisası təhsil alma formasını sərbəst  seçmək  -elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq  -sağlamlıq üçün təhlükəsiz təhsil şəraiti ilə təmin olunmaq  -insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq  -qanunvericiliyə uyğun olaraq yalnız 1 dəfə ödənişsiz təhsil almaq  -dövlət ümumitəhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq  -təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək 

 

376. Təhsilalanların vəzifələri? 
Cavab:  -pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq  -dövlət təhsil standartlarına uyğun bilik bacarıq və vərdişlərə yiyələnmək  -təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək  -dövlət cəmiyyət ailə və özü qarşısında məsuliyyətini dərk etmək  -qanunvericilikdə nəzərdə tutulmuşdigər vəzifələri yerinə yetirmək 

 

377. Təhsilverənlərin hüquqları ?
Cavab:  -şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək  -normal əmək elmi-pedaqoji iş və təhsil şəraiti müasir standartlara cavab verən texnalogiyalarla təmin olunmaq  -tədrisin formasını metodlarını vasitələrini sərbəst seçmək  -ixtisasını artırmaq yeni ixtisas almaq staj keçmək  -təhsil müəssisəsində vəzifə tutmaq  -müəyyən edilmiş hallarda mükafatlandırılmaq və təltif olunmaq  -təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək 

 

378. Təhsilverənlərin vəzifələri  ?
Cavab:  -təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək  -təhsil proqramlarının mənimsənilməsini təmin etmək  -təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək  -təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq  -pedaqoji etika və əxlaq normalarına riayət etmək  -qanunvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan keçmək  -qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək  

 

 

 

379. Hikmət Hacıyev kimdir ?
Cavab: Hikmət Fərhad oğlu Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olmşdur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respubliksı Xarici  İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri.

 

380. Hikmət Mirzəyev kimdir ?
Cavab: Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin General – Leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, 2016-cı ilin aprelində Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi əməliyyatının başçısı və Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatının rəhbəri.

 

381. Hikmət Həsənov kimdir ?
Cavab: Hikmət Hüseyn oğlu Həsənov 9 oktyabr 1975-ci ildə Füzuli rayon Pirəhmədli kəndində andan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin General – Mayoru, Birinci Ordu Korpusunun komandiri. 2016-cı il aprel döyüşləində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində - Ağdam – Tərtər – Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən  Suqovuşanın işğaldan azad edilməsi əməliyyatına başçılıq edib.

 

382 Mais Bərxudarov kimdir ?
Cavab: Mais Şükür oğlu Bərxudarov 20 aprel 1976-cı ildə Qubadlı rayonunda anadan omuşdur. Azərbaycan Silahlı Qüvvələrinin General Mayoru, Ordu Korpusunun komandiri. 2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır. Mais Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

 

383. Milli Qəhrəman Əlyar Əliyevin şagirdi olan Generalımız kimdir ?
Cavab: General – Mayor Mais Bərxudarov

 

384. Qarabağın ilk General – Qubernatoru kim olmuşdur ?
Cavab: Azərbaycan Cümhuriyyəti dövründə Qarabağın və erməni daşnaqlarından azad olunmasında böyük fədakarlıq etmiş General Xosrov Bəy Sultanov (1879 – 1943)

 

385. Azərbaycanda “Qələbə günü” hansı günə təsadüf olunur ?
Cavab: 08 noyabr 2020-ci il

 

386.  Suqovuşan qəsəbəsinin işğaldan azad olunması ?
Cavab: 03 oktyabr 2020-ci il

 

387. Ağoğlan (Hadrut) qəsəbəsinin işğaldan azad olunması ?
Cavab: 09 oktyabr 2020-ci il

 

388. Suqovuşan qəsəbəsi azad edildikdə Azərbaycan bayrağını dalğalandıran və erməni bayrağını ayağı ilə rədd edən igid əsgərimiz ?
Cavab: İlkin Fərzəliyev

 

389. Kəlbəcər rayonunda I Qarabağ müharibəsi dövründə hansı faciələr baş vermişdir ?
Cavab: Ağdaban və Başlıbel faciələri

 

390. II Qarabağ müharibəsinin əsl üzünü çəkərək bütün dünyaya çatdıran Türk jurnalistlər ?
Cavab: Fulya Öztürk, Emine Kavasoğlu, Halil Kahraman, Hakan Gülte, Burak Ersemiz, Bülent Kördemirci

 

391. II Qarabağ müharibəsi dövründə hər gün “Salam Əsgər” sözü ilə verlişə başlamaqla öz sözləri ilə ruh yüksəkliyi yaradan tele aparıcımız kimdir ?
Cavab: Xəzər TV -nın “Birinci Studiyası” kanalının aparıcısı Lalə Azərtaş

 

392.  Türkiyə Cümhuriyyətinin yaranması günü ?
Cavab: 29 oktyabr 1923-cü il

 

393. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son  qoyulması üçün Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanat hansı tarixə təsadüf olunur ? 
Cavab: 10 noyabr 2020-ci il

 

394. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatın şərtləri?
Cavab:           1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.           2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.           3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.           4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.           5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.           6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.           7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.           8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.           9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

 

395. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatın şərtlərinə görə ermənilərin Kəlbəcər rayonunu tərk etməsi hansı tarixədək olmalı ?
Cavab: Bəyanatın 6-cı bəndinə əsasən 15 noyabr 2020-ci il tarixinədək

 

396. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatın şərtlərinə görə ermənilərin Ağdam rayonunu tərk etməsi hansı tarixədək olmalı ?
Cavab: Bəyanatın 2-ci bəndinə əsasən 20 noyabr 2020-ci il tarixinədək

 

397. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatın şərtlərinə görə ermənilərin Laçın rayonunu tərk etməsi hansı tarixədək olmalı ?
Cavab:  Bəyanatın 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci il tarixinədək

 

398. Azərbaycanın Mədəniyyət Beşiyi hansı şəhərimizdir ?
Cavab: Şuşa

 

399.  Qarabağın məhşur müəllimlərindən kimləri tanıyırsız ?
Cavab: Süleyman Sani Axundov,  Mehdi Mehdizadə, Əhməd bəy Ayaoğlu,  Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Bülbül, Xudu Məmmədov, Lətif Kərimov, Cabbar Qaryadıoğlu,  Firudin bəy Köçərli, 

 

400. II Qarabağ müharibəsi dövründə hümanitar atəşkəs  elan olunmasına baxmayaraq Azərbaycanın hansı şəhərlərində qətliam törədildi?
Cavab: Gəncə və Bərdə şəhərləri

 

401. Kurikulum nədir ?    
Cavab: Kurikulum – təhsilin məzmunu, təşkili və qiymətləndiriləsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.     Kurikulum –  təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir.     Kurikulum (Təhsil prоqramı) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.

 

402. Kurikulum terminin mənası nədir ? 
Cavab:    Kurikulum mənşəcə  “curriculum” latın sözü olub lüğəti mənası - yol, istiqamət, kurs, elm, qaçış deməkdir.     Kurikulum sözü ingiliscə-rusca lüğətlərində təlim kursu, tədris planı, proqram  kimi izah olunur.

 

403. Kurikulum sözü ilə ilk dəfə nə zaman qarşılaşmışıq ? 
Cavab:    Kurikulum sözü ilk dəfə Layden (1582-ci il) və Qlazqo (1633-cü il) universitetlərinin sənədlərində işlədilmişdir.

 

404. Kurikulum sözü neçənci ildən termin kimi istifadə olunmağa başlayıb ?  
 Cavab:  Kurikulum 1876-cı ildən termin kimi istifadə olunmağa başlayıb.

 

405. Fənn Kurikulumu ilk dəfə harda və neçənci ildə daxil olmuşdur ?
Cavab:     Fənn Kurikulumu ilk dəfə 1918-ci ildə ABŞ-da istifadə olmuşdur.

 

406. Kurikulum termini Azərbaycanda nə vaxt daxil olmuşdur ?
Cavab:     Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonunda daxil olmuşdur.

 

407. Kurikulumun xarakterinə görə neçə yerə ayrılır ?    
Cavab: Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır:        1) Fənyönümlü kurikulum    2) Şəxsiyyətyönümlü kurikulum

 

408. Fənyönümlü kurikulum nədir ?
Cavab:     Fənyönümlü Kurikulum dedikdə ənənəvi kurikulum nəzərdə tutulur. Bu kurikulumlarda biliklərin miqdarı maksimum dərəcədə mənimsədilir. Diqqət hafizənin inkişafına yönəldilir və nəzəri biliklər mükəmməl səviyyədə öyrədilir. Bacarıqlar arxa planda qalır, həyati əlaqələr və həyata lazım olan bacarıqlar o qədər də əhəmiyyət kəsb etmir. Elmin potensialı artır və fundamental yəni lazımsız biliklər, həyatda tətbiq edilməyəcək biliklər öyrədilmək məcburiyyətində qalınır.

 

 

409. Şəxsiyyətyönümlü kurikulum nədir ? 
Cavab:    Şəxsiyyətyönümlü Kurikulum dedikdə müasir və tələbyönümlü model olan (müasir kurikulum) nəticəyə əsaslanan kurikulum nəzərdə tutulur. Bu kurikulumlarda məqsəd şəxsiyətin inkişafına yönəlir, şəxsiyyəti həyata hazırlayır, bacarıqlar ön həyata keçir, əqli qabiliyyətlər inkişad edir, biliklər az miqdarda öyrənilir, maksimum bacarıqlar tətbiq edilir, şagirdlər şəxsiyyət kimi həyata hazırlanır.

 

410. Kurikulumun təyinatına görə neçə yerə ayrılır ?   
Cavab:    Təhsil kurikulumları təyinatına görə iki yerə ayrılır.         1) Milli kurikulum     2) Fənn kurikulumu 

 

411. Kurikulum islahatını zəruri edən səbəblər hanılardır ?
Cavab:  - Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması - Planlı iqtisadiyyatdan Bazar iqtisadiyyatına keçid - Dünya təhsil sistemina inteqrasiya - İnformasiya əsrinin tələbləri - Təhsilin məqsəd və vəzifələrinə baxış və yanaşmaların formalaşması - Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi

 

412. İlk Milli kurikulum neçənci ildə hazırlanmışdır ?   
Cavab:    30 oktyabr  2006-cı ildə Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) hazırlanaraq  Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.  2010-cu ildə Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) adı ilə təkmilləşdirilmişdir.

 

413. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)-sənədi neçənci ildə təsdiqlənib ?    
Cavab:      3 iyun 2010-cu ildə təsdiqlənib.

 

414. Dövlət standartlarına nə aiddir ?
Cavab: - ümumi təhsilin məzmunu;  - ümumi təhsilin idarə olunması;  - ümumi təhsilin maddi-texniki və tədris bazası; - ümumi təhsilin infrastrukturu;  - ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri;  - ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi. 

 

415. Ümumi təhsil uzrə təhsil proqramına  nələr  daxildir ?
Cavab:  - ümumi təhsilin səviyyələri uzrə təlim nəticələri və məzmun standartları; - ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; - ümumi təhsilin səviyyələri uzrə həftəlik dərs və dərsdənkənar məşğələ         saatlarının miqdarı;  - ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; - təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi;

 

 

416. Təhsil kurikulumuna nələr aiddir ?
Cavab:  - fənlər üzrə kurikulumlar; - dərsdənkənar məşğələlər (fakültativ kurslar); - məktəbdənkənar təhsil proqramları; - tədris planları;

 

417. Ümumi təhsilin məzmununa verilən tələblər hansılardır ?
Cavab:  1) Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq  və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir. 2) Ümumi təhsilin məzmunu təhsilalanların  yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir. 3) Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: - təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin    təhsil siyasətinə uyğunlaşdırmaq;      - məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük,                       şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında                      müəyyənləşdirmək;      - təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının                     təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin                        edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-                     kommunikativ,  psixomotor bacarıqların aşılanmasını təmin etmək;  - təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən,    tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü      məsələlərin daxil edilməsinə yol verməmək.

 

418. Təhsilverənlərin keyfiyyət göstəriciləri dedikdə nə başa düşürsünüz ? 
Cavab:       Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:  - ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;   - uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına;   - əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;  - əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;  - yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və      innovativ proqramlarda iştirak etmək qabiliyyətinə;   -öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən              bəhrələnmək bacarığına;ədalətlilik, məsuliyyətlilik, cavabdehlik             keyfiyyətlərinə;    - işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza.

 

 

419. Kurikulumun prinsipləri və ya səciyyəvi xüsusiyyətləri hansılardır ?
Cavab:  - Şəxsiyyətyönümlü; - Şagirdyönümlü; - Nəticəyönümlü; - Tələbyönümlü; - İnteqrativlik;  - Qiymətləndirmə standartları.

 

420. Şəxsiyyətyönümlülük nədir ?   
Cavab:     Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. 

 

421. Şagirdyönümlülük nədir ?   
Cavab:     Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir. 

 

422. Nəticəyönümlülük nədir ?  
Cavab:      Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. 

 

423. Tələbyönümlülük nədir ?    
Cavab:    Fərdin, cəmiyyətin və dövlətin  dəyişən ehtiyac və  tələbatlarının nəzərə alınmasıdır. 

 

424. İnteqrativlik nədir ?     
Cavab:   Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.  

 

425. Qiymətləndirmə standartları nədir ?   
Cavab:     Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. 

 

426. Azərbaycanda ibtidai fənn kurikulumları neçənci ildə hazırlanıb ?     
Cavab:   Azərbaycan təhsil tarixində ilk fənn kurikulumları “Ümumtəhsil məktəblərinin 1-4-cü  siniflər üçün fənn kurikulumları”  Təhsil Nazirliyi tərəfindən 293 nömrəli, 23 iyul 2007-ci il tarixli əmrlə təsdiq olunmuş, kitab şəklində  2008-ci ildə çap edilmişdir. Kitaba ibtidai siniflərdə tədris olunan 11 fənn kurikulumu daxil edilmişdir.

 

427. Fənn kurikulumunun strukturu neçə hissədən ibarətdir ? 
Cavab:       Fənn kurikulumunun strukturu 3 hissədən  ibarətdir: - Fənnin məzmunu;          - Təlim strategiyası (təşkil, metod),           - Qiymətləndirmə

 

 

428. Fənn kurikulumu dedikdə nə başa düşürsünüz ?      
Cavab:  Fənn kurikulumu ayrı-ayrı fənlərin xüsusiyyətlərini özündə əks etdirən konseptual sənəddir. Hər hansı bir fənnin fəaliyyət istiqamətidir.

 

 

429. Fənn kurikulumu nəyə deyilir ?   
Cavab:    Fənn kurikulumu - fənn üzrə təlimin məzmunu (bilik, bacarıq və vərdişləri), təlim strategiyalarını (təlimin prinsipləri, formaları və üsulları), qiymətləndirmə mexanizmlərini əhatə edən konseptual sənəddir. 

 

430. Fənn kurikulumuna  nələr daxildir ?
Cavab:  - Fənnin məqsəd və vəzifələri; - Fənnin tədrisinə verilən tələblər; - Ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələri; - Təlim strategiyaları; - Fəndaxili və fənlərarası inteqrasiya; - Qiymətləndirmə vasitələri və meyarları; -Təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələr;

 

431. Fənn kurikulumu hansı məqsədə xidmət edir ?    
Cavab:    Fənn kurikulumu 2 məqsədə xidmət edir:  - Şagirdlərin idrak və digər psixoloji proseslərin inkişafına xidmət edir. - Şagirdlərin şəxsiyyətinin inkişafına xidmət edir.

 

432. Fənn kurikulumunun xüsusiyyətləri hansılardır ?
Cavab:  - Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir; - Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir;  - Fənn kurikulumları konseptual sənəddir; - Fənn kurikulumları inteqrativ xarakter daşıyır; - Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır;

 

433. Fənn proqramı nədir ?    
Cavab:    Fənn proqramı ayrı-ayrı fənlər üzrə bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını və həmin mövzulara yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədidir.

 

434. Fənn kurikulumunda fənnin məzmununa nələr daxildir ?
Cavab:  - Fənn üzrə ümumi təlim nəticələri; - Fənn üzrə məzmun xətləri; - Məzmun xətləri üzrə təlim nəticələri; - Məzmun standartları; - İnteqrativlik; - Fəaliyyət xəttləri;

 

 

435. Fənn kurikulumunda təlim strategiyasına nələr daxildir ?
Cavab:  - Təlimin təşkilinə verilən tələblər; - Forma və üsulların məcmusu; - Müəllim fəaliyyətinin planlaşdırılması ; - Məzmun standartlarının şərhi;

 

436. Fənn kurikulumunda qiymətləndirmə hissəsinə nələr daxildir ?
Cavab:  - Qiymətləndirmənin istiqamətləri; - Qiymətləndirmənin növləri, üsul və vasitələri;

 

437. Ümumi təlim nəticəsi nəyə deyilir ?     
Cavab:   Ümumi təlim nəticəsi mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Şagirdin  təhsil səviyyəsi və tədris ili ərzində hər hansı bir fənn üzrə əldə edəcəyi bilik və bacarıqların əvvəlcədən müəyyən edilmiş səviyyəsidir.

 

438. Məzmun xətti nədir ?    
Cavab:    Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.        Məzmun xətti hər bir  fənnin leytmatividir, ana xəttidir, əsas  hissəsidir, bünövrəsidir. 

 

439. Məzmun xəttinin funksiyaları hansılardır ?     
Cavab:    Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruru, vacib dəyişməyən hissədir.  (əsas struktur hissə, bünövrə).        Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.

 

440. Fənlər üzrə məzmun xətləri necədir ?

Cavab:
 Ana dili  1. Dinləyib-anlama və danışma   2. Oxu   3. Yazı    4. Dil qaydaları

Ədəbiyyat  1. Ədəbiyyat və həyat həqiqətləri   2. Şifahi nitq  3. Yazılı nitq

Xarici dil  1. Dinləyib-anlama  2. Danışma  3. Oxu  4. Yazı

Riyaziyyat  1. Ədədlər və əməllər  2. Cəbr və funksiyalar  3. Həndəsə   4. Ölçmələr  5. Statistika və ehtimal

İnformatika  1. İnformasiya və informasiya prosesləri 2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 3. Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemlər 4. Cəmiyyətin informasiyalaşdırılması

Tarix  1. Tarixi zaman     2. Tarixi məkan     3. Dövlət     4. Şəxsiyyət    5. Mədəniyyət

Fizika  1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar  2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər 3. Eksperimental fizika və müasir həyat

Kimya  1. Maddə və maddi aləm        2. Kimyəvi hadisələr      3. Eksperiment və modelləşdirmə      4. Kimya və həyat

Biologiya  1. Canlıların quruluşu və müxtəlifliyi           2. Bioloji proseslər 3. İnsan və onun sağlamlığı                           4. Canlılar və ətraf mühit

Coğrafiya  1. Coğrafi məkan              2. Təbiət                 3. Cəmiyyət

Texnologiya  1. Emal texnologiyaları        2. Texnika elementləri 3. Məişət mədəniyyəti          4. Qrafika

Fiziki tərbiyə  1. İnformasiya təminatı və  nəzəri biliklər     2. Hərəki bacarıqlar və vərdişlər                        3. Hərəki qabiliyyətlər              4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması

Musiqi  1. Musiqi aləmi            2. Emosional dəyərləndirmə               3. Musiqi fəaliyyəti

Təsviri incəsənət  1. Cəmiyyət və təsviri incəsənət      2.Təsviri və dekorativ yaradıcılıq       3. Estetik reaksiya

 

441. Fənn kurikulumunda fənnin məzmunu necə verilmişdir ?   
Cavab:    Fənn kurikulumlarında fənnin məzmunu ümumi təlim nəticələri və  standartlar şəklində ifadə olunur. 

 

442. Məzmun standartı (əsas və alt standart) nədir ?   
Cavab:    Məzmun standartı  təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.        Məzmun standartı dedikdə, onun nəyi əhatə etməsi, hansı daxili məzmuna malik olması başa düşülür.       Məzmun standartları  inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.

 

443. Məzmun standartı özündə nəyi ehtiva edir ?  
Cavab:     Məzmun standartı mahiyyət etibarilə nəticə şəklində olub, özündə konkret mənimsəniləcək biliyi və fəaliyyəti ehtiva edir. Bilik komponentində nəyin öyrəniləcəyi, fəaliyyət komponentində isə öyrənilənin necə nümayiş etdiriləcəyi göstərilir. Bilik şagirdin öyrənəcəyi məzmun, fəaliyyət şagirddə formalaşacaq bacarıqdır. Bilik komponenti anlayışlar, fəaliyyət komponenti isə feillərlə ifadə olunur.

 

444. Məzmun standartları hansı prinsiplər hazırlanmışdır ?
Cavab:  - Sadədən mürəkkəbə;   - Xronoloji ardıcıllıq;  - Məntiqi ardıcıllıq;   - İnteqrativlik; - Həyatla əlaqəlilik;  - Fənnin spesifik xüsusiyyətləri ; - Şagirdlərin yaş və psixoloji xüsusiyyətləri;

 

445. Əsas standartın funksiyaları hansılardır ?    
Cavab:   Əsas standart  fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.       Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. 

 

446. Əsas standart dəyişirmi ?   
Cavab:    Əsas standart səviyyələr və fənlər üzrə ümumi təlim nəticələrini özündə ehtiva edir,  əsasən dəyişməzdir.  

 

447. Alt-standart (məzmun standartı) nədir ?    
Cavab:    Alt standart  əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir.         Alt standart şagirdin əldə edəcəyi bilik, bacarığın məcmusudur.        Alt standart  bençmark da adlanır.        Alt standar və ya bençmark icranın səviyyəsini dəqiq müəyyənləşdirmək üçün standartdır.        Şagirdlərin mənimsəyəcəyi bilik, bacarıq və vərdişlərin konkret həcmi həmin sinfə aid alt standartlarda ifadə olunur.

 

448. Alt standartların funksiyaları hansılardır ?   
Cavab:    Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.       Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.       Təlimdə inteqrativliyi təmin edir.       Təlimin məzmununun davamlı inkişafını təmin edir.

 

449. Alt standart nələrə xidmət edir ?   
Cavab:    Alt standart məqsədinin , qiymətləndirmə vasitələrinin, tapşırıqların  hazırlanmasına təkan verir.

 

450. Alt standart  necə dəyişir ? 
Cavab:      Alt standart  hər tədris  ili üzrə  dəyişir.

 

451. Fəaliyyət  xətti nədir ?  
Cavab:     Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır.      Fənnin məzmun standartı bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olur. 

 

452. İnteqrasiya nədir ?  
Cavab:     İnteqrasiya  şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir.  İnteqrasiya  fənlər arasında qarşılıqlı asılılığa və qarşılıqlı əlaqəyə istiqamətlənib.  

 

453. İnteqrasiyanın düzgün qurulması təlim prosesinə necə kömək edir ?
Cavab: - İnteqrasiya təlim prosesini təkmilləşməsinə; - Şagirdlərin kompleks biliklər almasına;  - Şagirdlərin dünyagörüşünün genişləndirilməsinə; - Təlim yükünün azalmasına; - Təfəkkürlərinin inkişafına; - Tədqiqatçılıq meyillərinin yaranmasına;  - Təlimə marağın artmasına ; - Vaxtlarından dan səmərəli istifadə etməyə kömək edir.

 

454. İnteqrasiyanın əsas mahiyyəti nədir ?    
Cavab:   İnteqrasiyanın köməyi ilə şagirdlər biliklər arasında qarşılıqlı əlaqəni  başa düşür, həmin bilikləri şəxsi və ictimai problemlərin həllində istifadə edir.        İnteqrasiya eyni zamanda, bilik və bacarıqların qazanılmasında intensivlik və səmərəliliyi təmin edir.        Fənlər arasında qarşılıqlı əlaqə və aslılığı dərinləşdirməyə xidmət edir. 

 

455. İnteqrasiyanın neçə səviyyəsi var və hansılardır ? 
Cavab:      İnteqrasiyanın 3 səviyyəsi var:      1) Fəndaxili        2) Fənlərarası         3) Fənlərüstü

 

456. Fəndaxili inteqrasiya dedikdə nə başa düşülür ?
Cavab:       Fəndaxili inteqrasiya  hər bir fənn üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsi , fənn daxilindəki faktların sistemləşdirilməsidir.

 

457. Fəndaxili inteqrasiyanın neçə növü var ?   
Cavab:    Fəndaxili inteqrasiyanın 2 növü var .       1) Üfüqi inteqrasiya     2) Şaquli inteqrasiya

 

458. Üfüqü inteqrasiya  nədir ? 
Cavab:      Üfüqi inteqrasiya - fənn üzrə məzmun xətlərini əlaqələndirməklə, müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir. 

 

459. Şaquli inteqrasiya nədir ?    
Cavab:   Şaquli inteqrasiya  sinifdən-sinfə tədricən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyi təmin edir. 

 

460. Fənlərarası inteqrasiya nədir ?  
Cavab:     Fənlərarası inteqrasiya  iki və ya daha artıq fənnin əhatə etdiyi ortaq anlayış, bilik, bacarıq və  prinsiplərin sintezidir.       Fənlərarasında inteqrasiya təlim prosesini təkmilləşdirməyin əlverişli yoludur.

 

461. Fənlərüstü inteqrasiya nədir ?  
Cavab:     Fənlərüstü (transfənn) inteqrasiya – inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla özündə təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. Fənlərüstü inteqrasiya ilə şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldıqları məzmun sintez edilir.  

 

462. Təlim strategiyası nədir ?     
Cavab:  Təlim strategiyası fənn kurikulumunun tərkib hissəsidir.        Təlim strategiyaları  tədris prosesində  istifadə olunan  forma, üsul, vasitə və    yanaşmaların məcmusudur.

 

 

463. Təlimin təşkili prinsipləri və ya təbləbləri hansılardır ?
Cavab:  - Pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir,  real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;  - Təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;  - Şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün  tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;  - İnkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;    - Fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;  - Dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib madditexniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.  

 

464. Fəal təlim formaları hansılardır ?  
Cavab:     - Fərdi iş- şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək  və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst  düşünməsi üçün real imkanlar yaradır.       - Cütlərlə işdə- şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirdikləri  üçün  məsuliyyəti bölüşməyə optimal imkan yaranır. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, ideyalarını paylaşmağa köməklik göstərir.       - Qruplarla iş - Bu zaman şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir  mübadiləsi aparmaq, mühakimə yürütmək və birgə fəaliyyət bacarıqları inkişaf edir. Qruplarda iş  zamanı 5-6 nəfərin iştirakı ilə iş nəzərdə tutulur. Bu zaman sinifdə şagirdlərin  miqdarı  nəzərə alınmaqla 4-5 qrup yaradıla bilər.       - Kollektiv iş - zamanı bütün sinif üçün nəzərdə tutulan iş formasıdır. Tapşırığı eyni zamanda bütün sinfin şagirdləri yerinə yetirir. Bu iş formasında kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.

 

465. İş formalarının seçilməsi nədən asılıdır ?
Cavab:  - Proqram materialının xarakterindən  - Hansı axtarış formasının seçilməsindən  - Şagirdlərin yaş və bilik səviyyəsindən asılıdır.         İnteraktiv dərslərdə adətən bir neçə iş formasından istifadə olunur.

 

466. Fəal təlimin hansı iş üsullarını tanıyırsınız ? 
Cavab:      BİBÖ, Venn diaqramı, Beyin həmləsi, Klaster, Karusel, Ziqzaq, İnsert, Anlayışın çıxarılması, Debat, Diskusiya, Akvarium, Kublaşdırma və.s

 

467. Planlaşdırma nə üçün vacibdir ?   
Cavab:    Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir.       Planlaşdırma dərsin il ərzində məqsədli qurulmasını və gündəlik olaraq səmərəli təşkilini təmin edən bir vasitədir.

 

468. Planlaşdırmanın neçə növü var ?   
Cavab:    Planlaşdırmanın 2 növü var.            1) İllik (perspektiv);   2) Cari (gündəlik) 

 

469. İllik planın ardıcıllığı necədir ? 
Cavab:   - Alt Standartlar   - Tədris vahidi   - Mövzu   - İnteqrasiya   - Resurslar   - Qiymətləndirmə   - Saat   - Tarix

 

470. Tədris vahidi nədir ?   
Cavab:    Tədris vahidi - mövzulardan ibarət tematik qrupdur

 

471. İllik planlaşdırma aparmaq üçün  müəllimə  vacib olan bacarıqlar   hansılardır ? 
Cavab:      - Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.       - Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.       -  İnteqrasiya imkanlarını müəyyən etmək.       -  Əlavə resurslar seçmək.       -  Mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq.       -  Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək.

 

 

472. Planlaşdırmada əməl olunacaq prinsiplər hansılardır ?  
Cavab:  - Xronoloji  (zaman) - Sadədən mürəkkəbə(məzmun) - Məntiqi ardıcıllıq

 

 

473. Planlaşdırma ilə əlaqədar tövsiyələrə nələr daxildir ?
 Cavab:   - Standartlar qrupuna əlavə standartlar daxil edə bilər. - Mövzuları dəyişə və ya artıra bilər. - İnteqrasiya üçün əlavə imkanlar müəyyən edə bilər. - Əlavə resurslar seçə bilər. - Mövzular üzrə vaxt bölgüsündə dəyişikliklər edə bilər.

 

474. İllik planlaşdırma apararkən hansı  sənədlərə istinad edilməlidir ?  
Cavab:     Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ümumi təhsil pilləsi üçün dövlət standartları       Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qiymətləndirmə standartları       Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı       Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərslik       Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müəllim üçün vəsait       Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumtəhsil məktəblərinin fənn proqramlar

 

475. Gündəlik planlaşdırma nə üçün vacibdir ?    
Cavab:   Dərsin səmərəliliyini artırmaq və dərs vaxtını tələblərə uyğun sərf etmək üçün əvvəlcədən planlaşdırma aparılır.

 

476. Dərsi səmərəli təşkil etmək üçün hansı  sualların cavablarını müəllim özü üçün nəyi  konkretləşdirməlidir ?
Cavab:   - Nə öyrəniləcək - Necə öyrəniləcək - Hansı şəraitdə öyrəniləcək - Necə qiymətləndiriləcək

 

477. Öyrənənləri fəaliyyətə cəlb etmək üçün əsas nəyi müəyyən etmək vacibdir ?
Cavab: - Problem - Suallar - İş vərəqi - Tapşırıqlar - Mənbələr

 

478. Gündəlik planlaşdırmanın ardıcıllığı  necə müəyyən edilib ?
Cavab:    - Fənn: - Sinif: - Tarix: - Standartlar:  - Mövzu: - Məqsəd: - Dərsin tipi: - İnteqrasiya:  - İş forması:  - Üsullar:  - Resurslar:

 

479. Dərsin tipləri hansılardır ?  
Cavab: - İnduktiv - Deduktiv  - Empirik (praktik,təcrübi  dərs)

 

480. Fəal dərsin mərhələləri hansılardır ?
Cavab:  - Motivasiya - problemin qoyuluşu.   - Tədqiqatın aparılması - İnformasia mübadiləsi - İnformasianın müzakirəsi  və təşkili  - Nəticə və ümumiləşdirmə - Yaradıcı tətbiqetmə və ev tapşırığı  - Qiymətləndirmə və ya Refleksiaya - məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər.

 

481. Dərsin 1-ci mərhələsi hansıdır ?   
Cavab:    Motivasiya və ya problemin qoyuluşu

 

 

482. Motivasiya mərhələsi nə üçün vacibdir ?  
Cavab:     Problemli vəziyyət yaradaraq şagirdi düşündürmək, təfəkkürü fəallaşdırmaq, şagirdi fəallaşdırmaq, şagirdlərin ilkin düşüncə tərzini müəyyən etmək üçün vacibdir.

 

 

483. Motivasiya nəyə əsasən qurulmalıdır ?  
Cavab:     Motivasiya alt standart və təlim nəticəsinə əssən qurulmalıdır .

 

 

484. Motivasiyanın məqsədəuyğun qurmağın neçə  yolu var və hansılardır ?
Cavab:  - Rəmzi (simvolik) materialların şərhi (rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça,  əşya, rəvayət, tapmaca, qrafik, sxem və s.)  - Sual verməyə həvəsləndirmə naməlum olan məsələləri müəyyənləşdirən suallar açıq suallar,açar sözlərin köməkliyi ilə mövzuya aid verilən suallar (iki və daha çox cavabı olan suallar, suallar əsasən təməl sözlərin köməyi ilə verilir)  - Problemin müxtəlif yollarla həll edilməsi,təsnif edilməsi, müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması 

 

485. Motivasiya neçə  prinsip əsasında qurulur ?  
Cavab:     Problemlilik və məqsədyönlülük

 

486. Motivasiya zamani buraxılan səhvlər nədir ? 
Cavab:   1) Müəllim motivasiya qismində real problem əvəzinə bir həll variantı olan çalışmadan istifadə edir.      2) Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngbərəng şəkil) istifadə edir. 

 

487. Motivasiya nə ilə nəticələnir ? 
Cavab:      Tədqiqat sualının müəyyən edilməsi ilə nəticələnir.

 

488. Motivasiya necə olmalıdır ?  
Cavab:     Problemli, düşündürücü, maraq oyadan olmalıdır.

 

489. Tədqiqat sualı nədir və nəyə əsaslanır ?  
Cavab:     Tədqiqat sualı alt standarta görə müəyyən edilmiş təlim məqsədi əsasında qoyulur və şagirdi araşdırmaya sövq edir.       Tədqiqat sualı yeni biliyi özündə əks etdirən təlim nəticəsidir.

 

490. Dərsin  ikinci  mərhələsi necə adlanır və nə üçün vacibdir ?  
Cavab:     İkinci mərhələ tədqiqatın aparılması  mərhələsi adlanır, şagirdlər araşdırma apararaq yeni bilik əldə edir.       Bu mərhələdə şagird təlim məqsədinə  nail olmaq üçün tədqiqat sualına cavab axtarır, bu məqsədlə problemin həlli üçün verilmiş tapşırıqları araşdırır.

 

491. Əgər qrup verilən tapşırığın öhdəsindən gələ bilmirsə bunun səbəbi nədir ?
Cavab:  - Tapşırıq  həddən artıq çətin və mürəkkəbdir, şagirdin yaş səviyyəsi və potensial imkanlarına uyğun deyil.        - Tapşırığı əldə etmək üçün uşaqlarda möhkəm praktik vərdişlər yaranmayıb.     - Mənbələr şagirdə təqdim edilməyib.     - Düzgün təlimat verilməyib və s.

 

492. Tədqiqatçılığın inkişaf etdirilməsi prosesində  başlıca xüsusiyyətlər hansılardır ?
Cavab:  - Şüurlu surətdə dərk olunmalı problemli vəziyyətin yaradılması; - Problemli vəziyyətin həll olunması prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması; - Şagirdlər üçün yeni olan əhəmiyyətli biliklərin sərbəst əldə olunması, açılması və mənimsənilməsi üçün şəraitin yaradılması.

 

 

493. Tədqiqat işi zamanı buraxılan səhvlər hansılardır ?
Cavab:   1) Müəllim hələ də belə bir köhnə mif üzrə hərəkət edir ki, fəal təlim və qrup işi eyni şeydir. Bunun da nəticəsində bütün məşğələlər qrup işi formasında keçilir.  2) Müəllim problem qoymadan dərhal qrup işini təşkil edir.  3) Müəllim uşaqları qrup şəklində birləşdirir, lakin onun verdiyi çalışma müxtəlif nöqteyi-nəzərlərin yaranmasını nəzərdə tutmur və ya həvəsləndirmir, deməli, onları kollektiv müzakirəyə sövq etmir. Nəticədə uşaq çalışmanı müstəqil  həll edir.  4) Müəllim tədqiqat və problemin həlli üçün zəruri şəraiti yarada bilmir,  yəni yönəldici suallardan istifadə etmir,  zəruri informasiya mənbələrini təqdim etmir,tədqiqat işini düzgün qurmur, idrak fəaliyyətini, yaradıcı təxəyyülü şövqləndirmir; şagirdləri psixoloji cəhətdən dəstəkləmir.

 

494. Məlumat mübadiləsi mərhələsinin məqsədi nədir ?  
Cavab:     İştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.      Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.      Təqdimat bir növ yeni bilikləin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.       Yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

 

 

495. Müzakirənin təşkili zamanı müəllim üçün zəruri bacarıqlar hansılardır ? 
Cavab:       Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.       Müəllim və yönəldici, köməkçi suallardan istifadə etməklə əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə ömək edir.       İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldir;      Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır.                     Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

 

496. Müzakirə nə üçün vacibdir ?   
Cavab:     Bilikləri əlaqələndirmək,əldə olunmuş məlumatları sistemləşdirmək, dərinləşdirmək, təfəkkürü inkişaf etdirmək  üçün vacib bir mərhələdir. 

 

497. Nəticə və ümumiləşdirmə mərhələsinin məqsədi nədir ? 
Cavab:      Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq,  konkret nəticəyə gəlmək və ümumiləşdirmə  aparmaq.       Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə   müstəqil olaraq tutuşdurmalıdır.        Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları sevinc və məmnuniyyət hissi təşkil edir.        Bəzən bu mərhələyə körpülərin salınması  da deyirlər, ona görə ki, tədqiqat sualı ilə əlaqə yaradılır. Müəllim şagirdlərə əvvəlki mərhələdə qeyd edilmiş  bütün fikirləri bir ümumi ideya halında birləşdirməyi və ümumiləşdirməyi təklif edir.        Körpülərin salınması gözlə görünən olmalıdır. Bunun üçün müəllim  lövhədə müzakirə üçün informasiyanı qrafik şəklində təsvir edə bilər.

 

498. Yaradıcı  tətbiqetmənin məqsədi nədir ?  
Cavab:     Vaxt etibarilə öyrənmə yalnız bir akademik dərslə məhdudlaşmır.  Onun dərsdənkənar vaxtlarda davam etdirilməsi üçün müxtəlif imkanlardan istifadə edilir.       Yaradıcı tətbiqetmə sinifdə əldə edilmiş bilik və bacarığı möhkəmləndirir, onun gündəlik həyatda əhəmiyyətini öyrənənə açıb göstərir.       Bəzən yaradıcı tətbiqetmə yalnız ev tapşırığı kimi dərk edilir, lakin ev tapşırığı yaradıcı tətbiqetmə üçün uğurlu imkanlardan biri kimi dəyərləndirilməlidir.       Sinifdə aparılan araşdırmaların daha da genişləndirilməsi və tədqiqatların davam etdirilməsinə şərait yaradır.       Məktəbdə öyrənilən məsələlərin cəmiyyətdə gedən proseslərdə tətbiqinə imkanyaradılır.

 

499. Ev tapşırığının əhəmiyyəti  nədir ?   
Cavab:    Sərbəst iş forması olub, dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsinə xidmət edir;       Öyrənənin müstəqil təlim, tədqiqatçılıq və yaradıcılıq bacarıqlarını inkişaf etdirir;       Öyrənənlərin müxtəlif təlim ehtiyaclarının onların maraqları vasitəsi ilə təmin olunmasına geniş şərait yaradır;       Müxtəlif parametrlər baxımından öyrənənlərə fərdi yanaşmaq, onların göstəricilərinə müvafiq tapşırıqlar vermək üçün şərait yaradır;       Müxtəlif fənlər üzrə öyrəndikləri bilik və bacarıqları, əlaqəli, inteqrativ şəkildə tətbiqini təmin edir;      Sinifdə öyrənilmiş məsələlərin gündəlik həyatla əlaqəliliyini təmin edir.

 

500. Ev tapşırığı necə olmalıdır ?    
Cavab:     Ev tapşırığı təlimin məqsədində nəzərdə tutulmuş bilik və bacarıqların inkişafına xidmət etməlidir;         Ev tapşırığı tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşdirmə və s.) ilə zəngin olmalıdır.         Fərdi maraqlar və ehtiyaclar nəzərə alınmaqla müstəqil təlim üçün şərait yaradılmalıdır;         Şagirdlər yuxarı siniflərə keçdikdə müstəqil işin – ev tapşırığının icrasına ayrılan vaxt artırılmalıdır;         Aşağı siniflərdə daha inteqrativ xarakter daşımalıdır;         Ev tapşırığı çox yüklülük və icrasına ayrılan müddət baxımından yorucu olmamalıdır.

 

 

501. Qiymətləndirmə nədir ?       
Cavab:            Qiymətləndirmə - fənn kurikulumunda təlimin tərkib hissəsi olan bir                    prosesdir.                    Qiymətləndirmə -  istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir                    mexanizmdir.                   Qiymətləndirmə - şagirdlərin təlimdəki nailiyyətlərinin dəyərləndirilməsi                    prosesidir. 

 

502. Qiymətləndirmə ilə bağlı məsələlər hansı sənəddə öz əksini tapıb ?     
Cavab:    13 yanvar 2009-cu ildə  təsdiq edilmiş “Qiymətləndirmə konsepsiyasında” öz əksini tapmışdır.

 

503. Qiymətləndirmənin neçə istiqaməti var  və hansılardır ?  
Cavab: Qiymətləndirmənin 3 istiqaməti var: - Milli  Qiymətləndirmə - Beynəlxalq Qiymətləndirmə - Məktəbdaxili Qiymətləndirmə

 

504. Qiymətləndirmə istiqamətləri  dedikdə nə başa düşülür ?   
Cavab:      Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun  və məqsədə  malik olan  qiymətləndirmələr  nəzərdə tutulur.

 

505. Qiymətləndirmə istiqamətləri bir-birindən necə fərqlənir ?  
Cavab:       Qiymətləndirmənin istiqamətləri  bir-birindən  forma, məzmun  və məqsədə  görə fərqlənir.

 

506. Qiymətləndirmə növü  dedikdə nə başa düşülür ?    
Cavab:     Qiymətləndirmə növləri eyni bir istiqamətin tərkib hissələri nəzərdə tutulur.

 

507. Məktəbdaxili  qiymətləndirmənin hansı növləri var ?
Cavab: - Diaqnostik Qiymətləndirmə        - Formativ Qiymətləndirmə        - Summativ Qiymətləndirmə

 

508. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu nədən ibarətdir ?             
Cavab:                 - Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;               - Şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurikulum üzrə qiymətləndirmə);               - Ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin (buraxılış imtahanlarının) aparılması.

 

509. Qiymləndirmə forması nədir ?   
Cavab:      Qiymləndirmə forması - qimətləndirmənin keçirilmə mexanizmidir.  

 

 

510. Qiymətləndirmə meyarı  nədir ? 
Cavab:        Qiymətləndirmə meyarı - alt standart əsasında müəyyən edilmiş  məqsədə görə hazırlanmış səviyyə göstəricisidir.

 

511. Qiymətləndirmə üsulu  nədir ?   
Cavab:      Qiymətləndirmə üsulu-Qiymətləndirmə prosesini həyata keçirmək üçün istifadə olunan metodlar (Test,yazı,layihə,özünüqiymətləndirmə, tapşırıqvermə və.s)

 

512. Qiymətləndimə vasitəsi  nədir ?   
Cavab:      Üsulun tətbiqi üçün istifadə olunan alət (test tapşırığı, imla, inşa, misal, tapşırıqlar və.s)

 

513. Qiymətləndirmə standartı  nədir ?  
Cavab:    - Təhsilalanın naliyyət səviyyəsinə qoyulan dövlət  tələbidir.    - Bilik bacarığın kəmiyyət və keyfiyyət göstəricisidir.    - Məzmun standatının reallaşma səviyyəsini müəyyən edən normadır.    - Qiymət standartı qiymətvermə prosesesinin qanuniliyinə zəmanət verir.

 

514. Qiymətləndirmə standartı nədir ?    
Cavab:     Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

 

515. Qiymətləndirmə standartı nə üçün müəyyən edilmişdir ?   
Cavab:      Məzmun standartlarını ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. Qiymətləndirmə standartları (QS) təhsil standartlarında əks olunmuş nəticələrə uyğun hazırlanır.

 

516. Qiymətləndirmə standartı neçə səviyyədə müəyyən edilib ?  
Cavab:       4 səviyyədə müəyyən olunub.

 

517. Sualların çətinlik səviyyəsi 100 ballıq sistemdə  ( Baloniya sisteminə)  necə müəyyən edilir ? 
Cavab:        I səviyyə  -  Asan  -  20 bal,           II səviyyə  -  Orta  -  30 bal,           III səviyyə  -  Çətin  -  30 bal,           IV səviyyə  -  Ən çətin  -  20 bal   

 

518. Diaqnostik qiymətləndirmənin mədqsədi  nədir ?  
Cavab:  - Şagirdə fərdi yanaşmanı təmin edir;    - Şagidin ilkin bilik -bacarığı müəyyən edir;    - Şagirdin zəif-güclü cəhətləri müəyyən edir;    - Maraq dairəsi, yaşadığı mühit haqqında məlumat verir;    - Müəllimə təlum stategiyasını düzgün qurmağa imkan verir;    - Strategiyada çevik dəyişiklik etməyə imkan verir;

 

 

519. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır ?  
Cavab:       Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində,  həm də şagird bir ümumi təhsil müəssisəsindən  digərinə gəldikdə, sinfi dəyişdikdə  aparılır.

 

520. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri kimtərəfindən hazırlanır ?  
Cavab:        Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir. 

 

521. Diaqnostik qiymətləndirmənin nəticələri harada öz əksini tapır ?    
Cavab:     Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, təhsilalan haqqında müvafiq yazılı qeydlər, təhsilalanın portfoliosunda saxlanılır.  Müəllimin qeyd dəftərində öz əksini tapır.

 

522. Formativ qiymətləndirmənin (FQ) məqsədi nədir ? 
Cavab:     -  Keyfiyyətcə qiymətləndirmədir.      -  Fəaliyyəti izləyir.      -  İrəliməni geriləməni izləyir.      -  Geriyə dönəndir.      -  Formalaşdırıcı qiymətləndirmədir,öyrənmək üçün qiymətləndirmədir.      -  Alt standartın reallaşmasına yönəlib.      -  Bilik-bacarıq formalaşdırmağa və bilik bacarığa hansı səviyyədə nail olmağa xidmət edir.      -  Problemi müəyyən etməyə,təlim ehtiyacını müəyyən etməyə və onu düzgün istiqamətləndirməyə xidmət edir.            -  Dərsi müşahidə edən prosesdir.            -  Uğur qazana bilməməyin səbəbi araşdırır,inkişafı təmin edir.            - Şagirdi summativə hazırlayır.

 

523. Formativ qiymətləndirmə nəyə əsasən aparılır ?       
Cavab:       -  Alt standart əsasında hazırlanış meyarlara əsasən aparılır.              -  Fəaliyyəti səviyyə üzrə qiymətləndirir. (rubrik)

 

524. Rubrik nədir ?   
Cavab:      Rubrik - qiymətləndirmə şkalasıdır. (əsasən 4 səviyyə üzrə müəyuən olunur)

 

525. Formativ qiymətləndirmə neçə formada aparılır?   
Cavab:      2 formada aparılır - holistik və analitik

 

526. Formativ qiymətləndirmənin nəticələri harada qeyd olunur ?      
 Cavab:       - Nəticələr formativ dəftərə və məktəbli kitabçasına yazılır.              - Məlumatları şagird portfoliosunda saxlanılır.

 

527. Formativ qiymətləndirmə kim tərəfindən aparılır ?     
Cavab:    Fənn müəllimi tərəfindən aparılır.

 

528. Formativ qiymətləndirmənin neçə funksiyası var və hansılardır ?    
Cavab:     3 əsas funksiyası var:              - İzləyici              - Stimullaşdırıcı               - Formalaşdırıcı

 

529. Summativ qiymətləndirmə nədir ?    
Cavab:     Summativ qiymətləndirmə şagirdin naliyyət səviyyəsini kəmiyyətcə ölçən bir qiymətləndirmədir. Cəmləyici qiymətləndirmədir.

 

530. Summativ qiymətləndirmənin hansı formada aparılır ?  
Cavab:       Summativ qiymətləndirmə iki formada aparılır:               - Fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;                - Yarımillərin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

 

531. Summativ qiymətləndirmə hansı sinifdə aparılmır ?    
Cavab:      I sinifdə summativ qiymətləndirmə aparılmır.

 

532. Kiçik summativ qiymətləndirmə hansı siniflərdə aparılır  və necə aparılır ?   
Cavab:      Kiçik summativ qiymətləndirmə 2-11 siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur. Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır. 

 

533. Böyük summativ qiymətləndirmə hansı siniflərdə və necə aparılır ?     
Cavab:    Ümumi təhsil müəssisələrinin 4-cü, 9-cu, 11-ci siniflərində bütün fənlər üzrə; Ümumi təhsil müəssisələrinin  5-8-ci  siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə  (Azərbaycan dili, Riyaziyyat, Xarici dil).  2-3-cü siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.          Lisey və gimnaziyaların 5-8-ci  siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə; Lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.          Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;          Ümumi təhsil müəssisələrinin 5-8-ci siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

 

534. Kiçik summativ qymətləndirmə neçə akademik saat ərzində aparılır ?   
Cavab:      Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.

 

535. Kiçik və böyük summativ qiymətləndirmələr neçə ballıq şkala ilə ölçülür ?  
Cavab:       Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. – 1-ci səviyyə uzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir; – 2-ci səviyyə uzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; – 3-cü səviyyə uzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; – 4-cü səviyyə uzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

 

 

536. KSQ  və BSQ-də iştira etməyə şagirdlərin balı necə hesablanır ?    
Cavab:     Üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.          Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.          Üzrsüz səbəbdən 1-ci və 2-ci  yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.           Təhsilalan 1-ci və 2-ci yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) iştirak edə bilmədikdə, müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə təhsilalan böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “0” qəbul olunur.           Summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanlar üçün sinifdə istifadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, çalışma) hazırlanır.

 

537. Təhsilalanın summativ qiymətləndirmədə  topladığı ballar hansı qiymətə uyğun  müəyyən edilir ?   Cavab:  Təhsilalanın summativ qiymətləndirmədə  topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:          - 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;          - 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;          - 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;          - 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

 

538. Summativ qiymətləndirmənin nəticələri harada qeyd olunur ?    
Cavab:     Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır. 

 

539. Summativin nəticəsi ilə razılaşmayan şagird və ya valideynin müraciətinə nacə baxılır ?        
Cavab: Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır.

 

540. Azərbaycan ərazisində mövcud olmuş dövlətlər:
Cavab:  Manna, Atropatena, Albaniya, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər (1501-1736), Xanlıqlar (Qarabağ, İrəvan, Quba, Bakı və s.), Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), AzSSR (1920-1991), Müstəqil Azərbaycan Respublikası (1991-ci il 18 oktyabrdan etibarən).

 

541. Səfəvilər dövləti:
Cavab:  1501-ci ildə Şah İsmayıl Xətai tərəfində yaradılıb, paytaxtı Təbriz şəhəri olub, 1736-cı ildə Nadir şah tərəfindən varlığına son qoyulub.

 

542. Tarixi Azərbaycan torpaqları:
Cavab:  1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsi ilə Rusiya və Qacarlar dövləti tərəfindən parçalanmışdır. 

 

543. Azərbaycan Xalq Cümhuriyyəti:
Cavab:  1918-ci mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də Sovet qoşunları tərəfindən işğal edilmişdir. Müsəlman şərqində yaradılmış ilk müstəqil demokratik respublika olmuşdur. Rəhbərləri Məhəmməd Əmin Rəsilzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digərləri. 

 

544. 20 Yanvar hadisəsi
Cavab:  – Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilmiş və dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; 

 

545. Azərbaycan Respublikası müstəqliik əldə etmişdir:
Cavab:   1991-ci il 18 oktyabr

 

546. Xocalı faciəsi:
Cavab:   —1992-ci il fevralın 26-sı Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

 

547. Yeni Azərbaycan Partiyası
Cavab:   1992-ci noyabrda yaradılıb. Yaradıcısı Heydər Əliyev olmuşdur.

 

548.  1994-cü il sentyabrın 20-də Əsrin müqaviləsi
Cavab:   1995-ci il noyabrın 12 Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmiş, qəbul edilən zaman 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olmuşdur. 2002, 2009, 2016-cı illərdə əlavələr edilmişdir. Eyni gündə, yəni 1995-ci ilin 12 noyabrında Milli Məclisə ilk demokratik seçkilər keçirilmişdir. 

 

549. Heydər Əliyev
Cavab:  – Ümummilli lider Heydər Əliyev 10 may 1923-cü ildə anadan olmuş 2003-cü il dekabr 12-in vəfat etmişdir. Azərbaycana 1-ci rəhbərlik dövrü 1969-1982ci illərdə olmuşdur. 1993-cü ildə Azərbaycanda siyasi vəziyyətin gərgin olduğu vaxt xalqın istəyi ilə Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəlmiş və Azərbaycan Respublikasını bu böhran vəziyyətindən çıxarmışdır.  I prezidentlik dövrü 1993-1998-ci illər II prezidentlik dövrü 1998-2003-cü illər

 

550. İlham Əliyev
Cavab:  1961-ci ildə Bakıda anadan olmuşdur.  I prezidentlik dövrü 2003-2008-ci illər II prezidentlik dövrü 2008-2013-cü illər III prezidentlik dövrü 2013-2018-ci illər IV prezidentlik dövrü 2018-ci ildən İlham Əliyevin Vətən müharibəsi zamanı siyasi lider kimi fəaliyyətinin vurğulanması

 

551. Birinci vitse-prezidenti (2017)
Cavab:   Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 1964-cü ildə Bakıda anadan olmuşdur. Heydər Əliyev Fondu 2004cü ildə yaradılmışdır.

 

552. I Qarabağ müharibəsi dövründə ermənistan tərəfindən işğal edilmiş torpaqlar
Cavab:  2020-ci ildə Vətən müharibəsi zamanı geri qaytarılmışdır. Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə başlamış, 10 noyabr tarixində 3 tərəfli bəyanatla münaqişə sona çatmışdır. İşğaldan azad olunmuş ərazilər: Cəbrayıl – 04.10.2020 Hadrut – 09.10.2020 Füzuli – 17.10.2020 Zəngilan – 20.10.2020 Qubadlı – 25.10.2020 Şuşa – 08.11.2020 Ağdam – 20.11.2020 Kəlbəcər – 25.11.2020 Laçın – 01.12.2020

 

553. Qədim mədəniyyətlər
Cavab:   – Antik mədəniyyət (Yunan və Roma mədəniyyəti), İslam mədəniyyəti, Şərq mədəniyyəti • Koronavirus 2019-cu ilin dekabrında Çində tapılıb və qısa müddədə dünyaya yayılıb. Əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Digər insanlarla sosial məsafə saxlamaq, maska taxmaq və gigiyenik qaydalara əməl etməklə virusdan qorunmaq olar. 

 

554. Azərbaycan coğrafiyası
Cavab:   Cənubi Qafqazda yerləşən Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 2019-cu ilin oktyabr ayında isə əhalisinin sayı 10 milyonu ötmüşdür. Şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə ermənistan, cənubda İran, eyni zamanda Naxçıvan vasitəsilə Türkiyə ilə də həmsərhəddir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Zirvələr: Bazardüzü 4466 m, Şahdağ 4243. Çaylar Kür, Araz, Samur, Kürəkçay, Arpaçay, Viləşçay və s. 

 

555. Azərbaycan mədəniyyəti Musiqiçilər:
Cavab:  Mirzə Babayev, Zeynəb Xanlarova, Mənsum İbrahimov, Zaur Rzayev, Mələkxanım Əyyubova, Azərin, Gülyanaq Məmmədova və s.  Bəstəkarlar: Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Asəf Zeynallı, Emin Sabitoğlu, Arif Məlikov, Eldar Mansurov, Cavanşır Quliyev, Oktay Zülfüqarov Şair və yazışılar: Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani Şirvani, Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Rəsul Rza, Nəriman Həsənzadə Alimlər (hər kəs öz ixtisası üzrə məşhur alimləri öyrənsin): Aktyor: Adil İsgəndərov, Həsən Turabov, Həsən Məmmədov, Məlik Dadaşov, Nəsibə Zeynalova, Rafael Dadaşov, Yaşar Nuri, Siyavuş Aslan, Hacı İsmayılov, Firəngiz Mütəllibova, Rəssam: Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Maral Rəhmanzadə, Tahir Salahov Müəllimlər: Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Əjdər Ağayev, Vətən müharibəsində şəhid olan müəllimlərimiz – Famil Əhmədzadə, Elvin İmaməliyev

 

 

556. Əlamətdar günlər
Cavab:     Soyqırım günü - Mart 31 (1918) Qələbə günü – 9 may (1945) Respublika günü – 28 may (1918) Milli qurtuluş günü – 15 iyun (1993) Silahlı qüvvələr günü – 26 iyun (1918) Anım günü – 27 sentyabr (2020) Müəllimlər günü – 5 oktyabr  Milli müstəqillik – 18 oktyabr (1991) Zəfər günü – 8 noyabr (2020) Dövlət bayrağı günü – 9 noyabr (1918) Konstitusiya günü – 12 noyabr (1995) Milli dirçəliş günü – 17 noyabr (1988) Dünya Azərbaycanlıların həmrəylik günü – 31 dekabr 2783 şəhid

 

 

557.  Müasir dövrdə insanın yiyələnməli olduğu kompetensiyalar siyahısı 2006-cı ildə Avropa Şurası tərəfindən təqdim edilmişdir: 
Cavab:  1  Ana dilində ünsiyyət kompetensiyası  2  Xarici dillərdə ünsiyyət kompetensiyası  3  Riyazi savad, elm və texnologiyada kompetensiyalar  4  Kompüterdən istifadə kompetensiyası  5  Öyrənməyi öyrənmək kompetensiyası  6  Sosial və vətəndaşlılıq kompetensiyası  7  Təşəbbüskarlıq və sahibkarlıq kompetensiyası  8  Mədəni məlumatlılıq və özünü ifadə etmək kompetensiyası 

 

558. XXI əsrdə lazım olan bacarıqları ümumiləşdirək: 
Cavab:    tənqidi düşünmə    problem həlletmə    məntiqi düşünmə    əlavə təsirləri nəzərə almadan doğru qərarvermə    müstəqil öyrənmə    yaradıcı düşünmə    texnologiyadan sərbəst istifadəetmə və s.  Kurikulum islahatını zəruri edən səbəblər:    Cəmiyyət daxilində münasibətlərin dəyişməsi    İqtisadi tələblərin dəyişməsi    İnkişaf etmiş təhsil sisteminə inteqrasiya    XXI əsrin sürətlə dəyişən tələbləri    Kurikulumdan əvvəlki təhsil proqramlarının müasir dövrün tələblərinə cavab verməməsi 

 

559.  Hüquqi savadlılıq
Cavab:   - Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddə vətəndaşların təhsil hüququndan bəhs edir. Bu maddəyə görə hər kəsin təhsil almaq hüququ vardır. Təhsil Qanunu 2009-cu ildə qəbul olunmuşdur. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası 2013-cü ildə qəbul edilmişdir, 5 istiqamətdən ibarətdir.  1) Səriştə əsaslı məzmunun yaradılması.  2) Yüksək nüfuzlu təhsilverənlərin hazırlanması.  3) Şəffaf idarəetmə sisteminin yaradılması.  4) Müasir tələblərə cavab verən ifrastrukturun yaradılması.  5) Dayanıqlı müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.  Kurikulum (Yeni Təhsil Proqramı) 2008-ci ildə tətbiq olunur.

 

560. Ümumi təhsil sahəsində təhsilalanların hüquq və vəzifələri Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır:
Cavab:  22.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək; 22.2.3. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq; 22.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək; 22.2.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək; 22.2.6. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq; 22.2.6-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;[11] 22.2.7. ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək; 22.2.8. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək; 22.2.9. ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək; 22.2.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək; 22.2.11. qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 22.3. Ümumi təhsil müəssisələri şagirdlərinin təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir. 22.4. Ümumi təhsil sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır: 22.4.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 22.4.2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 22.4.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək; 22.4.4. pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq; 22.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək;

22.4.6. öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək; 22.4.7. sağlam həyat tərzi keçirmək; 22.4.8. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.   Maddə 23. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri   23.2. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır: 23.2.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq; 23.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək; 23.2.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 23.2.4. tədrisin forma, metod və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; 23.2.5. yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək; [12] 23.2.6. mükafatlandırılmaq və təltif olunmaq; 23.2.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək; 23.2.8. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 23.3. Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 23.3.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 23.3.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək; 23.3.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; 23.3.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək; 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.6. təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 23.3.7. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

23.3.10. əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək; 23.3.11. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; 23.3.12. məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq; 23.3.13. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.   Maddə 24. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri   24.1. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqları aşağıdakılardır: 24.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 24.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 24.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək; 24.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; 24.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 24.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri aşağıdakılardır: 24.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq; 24.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək; 24.2.3. məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq; 24.2.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 24.3. Övladını təhsildən yayındıran valideynlər bu Qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

 

561. Qanunun aliliyi
Cavab:   – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. 

 

562. Vicdanlılıq
Cavab:   – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 

 

563. Peşəkarlıq və fərdi məsuliyyət
Cavab:  – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil 2 sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 

 

564. Loyallıq
Cavab:   – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. 

 

565. Mədəni davranış
Cavab:  – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. 

 

566. Qərəzsizlik
Cavab:  – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.  Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı olaraq əməl etməlidir. 

 

567. İctimai etimad
Cavab:  – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. 

 

568. Konfidensiallıq
Cavab:   - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

 

569. Мüəllimin izаh еdə bilmək qаbiliyyəti
Cavab:  – о dеməkdir ki, müəllimin hər bir fikri şаgirdə аsаnlıqlа çаtır və о bunu dərk еdir. Bеlə müəllimlər çətin, аnlаşılmаz mаtеriаlı şаgirdlər üçün аnlаşıqlı еdə bilirlər. Мüəllim şаgirdlərlə münаsibətində uşаqlаrın səviyyəsinə еnməyi bаcаrır, оnlаrın dilində dаnışа bilir. Bеlə müəllimlər zəruri hаllаrdа çətini аsаn еtməyi, mürəkkəbi sаdələşdirməyi, аnlаşıqsızı аnlаşıqlı еtməyi bаcаrırlаr. 

 

570. Еksprеssiv-nitq qаbiliyyəti
Cavab:  – müəllimlin nаtiqlik qаbiliyyəti münаsibətdə оlduğu şəхsə ifadəli, analşıqlı təsir еdə bilməkdir. Bu cür qаbiliyyətə mаlik оlаn müəllim öz fikir və hissilərini nitqin, еləcə də mimikа və pаntоmimikа vаsitəsilə аydın və dəqiq ifаdə еdə bilir, nitqin köməyi ilə şаgirdlərin fikir və diqqətini mаksimum səviyyədə fəаllаşdırа bilir. 

 

571. Еksprеssiv
Cavab:  -nitq qаbiliyyəti müəllimin öz fikir və hissilərini nitq fоrmаsındа аydın, dəqiq, mimikа və pаntоmimikа ilə zəngin ifаdə еtməsindən ibаrətdir. Мüəllim pеşəsi üçün bu ən zəruri qаbiliyyətlərdən biri hеsаb оlunur. Аdətən müəllimin şаgirdlərə zəzuri məlumаtlаrı çаtdırmаsı əsasən ikinci siqnal dаnışıq хаrаktеri dаşıyır. Оnа görə də bu cür qаbiliyyətli müəllimlər dоlаşıq, mürəkkəb dаnışıq tərzindən qаçır, öz fikirlərini şаgirdlərin bаşа düşəcəyi sаdə, аydın dildə ifаdə еdirlər. Мüəllimin şаgirdlərlə ünsiyyət və münаsibəti, dаnışığı cаnlı, оbrаzlı, ifаdəli, еmоsiоnаl, аydın, stilistik, qrаmаtik və fоnеtik cəhətdən qüsursuz оlmаlıdır.

 

572.  Тəşkilatçılıq qabiliyyəti
Cavab:  – Müəllim-şаgird münаsibətləri üçün çох əhəmiyyətlidir. Təlimtərbiyənin səmərəsi bu qаbiliyyətdən çох аsılıdır. Мüəllimin təşkilаtçılıq qаbiliyyəti təlim-tərbiyə prоsеsində özünü dərhаl büruzə vеrir. Bu cür qаbiliyyətələrə mаlik оlаn müəllim-şаgird kоllеktivini təşkil еtməyi, оnu möhkəmləndirməyi, istiqаmətləndirməyi bаcаrır. Bеlə müəllim icrа еdəcəyi bir işdə öz təşkilаtçılığını göstərir, öz işlərini plаnlаşdırmаğı, оnа nəzаrət еtməyi bаcаrır, vахtı düzgün hiss еdir, düzgün bölür, аrtıq vахt itirmir. Оnа görə də bu cür qаbiliyyətlərə mаlik оlаn müəllimlər gözəl təşkilаtçılıq nümunəsi göstərməklə vахtdаn səmərəli istifаdə еdə bilirlər. 

 

 

573. Kоmmunikativ qabiliyyətlər
Cavab:  – müəllimin şаgirdlərlə düzgün ünsiyyət və münasibətini, rəftarını nəzərdə tutur. Pedaqoji cəhətdən əsaslı kоmmunikаtiv qаbiliyyətlər uşаqlаrlа düzgün əlаqə və münаsibət yaranmasına imkаn vеrir. Kоmmunikаtiv qаbiliyyətlərə şаgirdlərlə ünsiyyətə qаbillik, оnlаrın yаş və fərdi хüsusiyyətlərini nəzərə аlmаq bаcаrığı, şаgirdlərə pеdаqоji nöqtеyi- nəzərdən məqsədə müvаfiq qаrşılıqlı əlаqə yаrаdа bilmək bаcаrığı аiddir. Lаkin burаdа iki cür qüsurun qаrşısını аlmаq lаzımdır. Birincisi, şаgirdlərə qаrşı yаd münаsibət bəsləmək, dаimа vəziyyətlər аrаsındа fərqi nəzərə çаtdırmаq, şаgirdlərlə özü аrаsındа «məsаfə» yаrаtmаq; ikinci, yаlаnçı dоstluğа, fоrmаl münаsibətlərə yоl vеrmək, özü ilə şаgirdlər аrаsındа hər cür sərhəddi silmək. Bu cür yаnаşmа tərzlərinin hər ikisi еyni dərəcədə zərərlidir. 

 

574. Perseptiv qabiliyyətlər
Cavab:   – isə şаgirdin dахili аləminə nüfuz еdə bilmək, şаgird şəхsiyyətini və оnun müvəqqəti psiхi vəziyyətinin incəliklərinə qədər bаşа düşməklə bаğlı оlаn qаbiliyyətlərdir. Bu cür qаbiliyyətə mаlik оlаn müəllim hаzırkı аndа şаgirdin psiхоlоgiyаsını, оnun psiхi vəziyyətini qаvrаyır və еləcə də аnlаyır. Мüəllim şаgirdə ötəri bir nəzər sаlmаqla оnun dахili аləmindəki ən cüzi dəyişiklikdən bаş çıхаrа bilir.  Bеləliklə, pеrsеptiv qаbiliyyət dеdikdə, – pеdаqоji müşаhidəçiliklə müşаhidə nəticələrini düzgün aparmaq, izаh və şərh еtmək qаbiliyyətlərinin vəhdətindən ibаrətdir.

 

575. Suqqestiv qabiliyyət
Cavab:  – (lаtıncа «təlqin» dеməkdir) Müəllimin şаgirdlərə irаdi- emosional təsir göstərmək qаbiliyyətidir. Bеlə qаbiliyyət nəticəsində müəllim şаgirdə vеrdiyi hər hаnsı bir tələbin yеrinə yеtirilməsinə nаil оlur. Suqqеstiv qаbiliyyətlər müəllimdə irаdənin inkişаfındаn, özünə qаrşı dərin inаmındаn аsılıdır. Burаdа söhbət, müəllimin, sаkit, şаgirdləri kоbudcаsınа sıхışdırmаdаn, məcbur еtmədən və hədələmədən öz tələb və tapşırığını irəli sürməsi və оnа nаil оlmаsındаn gеdir.

 

576. Pedaqoji təxəyyül qabiliyyətində olan müəllim şаgirdlərlə dаim ünsiyyət və münаsibətdə оlаrkən öz təlim və tərbiyə işinin nəticəsini əvvəlcədən görməyi, təsəvvür еtməyi bаcаrır. Burаdа pеdаqоji təхəyyül mühüm rоl оynаyır. Pеdаqоji təхəyyülə mаlik оlаn müəllim öz əməllərinin nəticəsini qаbаqcаdаn görə bilir, şаgirdin gələcəyini düzgün görüb, оnu istiqаmətləndirməyi bаcаrır, оndа hаnsı kеyfiyyətləri inkişаf еtdirməyin mümkün оlduğunu görür. 

 

 577. Diqqəti paylaya bilmək qabiliyyətinə mаlik оlаn müəllim öz diqqətini iki və dаhа аrtıq fəаliyət оbyеkti üzərində pаylаyа bilir. Bu cür müəllim mаtеriаl necə şərh etdiyini, şаgirdlərin cаvаbını nеcə dinlədiyini izləməklə nəzər-diqqətini bütün şаgirdlərin üzərinə yönəldə bilir, yоrğunluq, diqqətsizlik, аnlаmаmаq, intizаmın pоzulmаsı hаllаrınа öz münаsibətini bildirir və nəhаyət, öz dаvrаnış tərzini (davranış, hərəkət, jеst, yеriş və s.) diqqətlə izləyir. 

 

578.  Pedaqoji refleksiya qabiliyyətinə mаlik оlаn müəllim öz vəziyətini dərk еtməyi bаcаrır, müəyyən pеdаqоji şərаitdə nəzаrət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pеdаqоji fəаliyyət və pеdаqоji ünsiyyətin məqsəd və vəzifələri ilə əldə оlunmuş nəticəni qаrşılаşdırа, müqаyisə еdə bilir. 

 

579. Müəllimin aktyorluq qabiliyyəti.
Cavab:  Müəllim məktəbdə, aktyor isə teatrda tərbiyə işi ilə məşğul olur. Aktyor səhnədən dinləyicilərə, tamaşaçılara, onların hisslərinə və şüuruna təsir göstərir. Müəllim isə bu vəzifəni sinif otaqlarından yerinə yetirir.

 

580. Ekspressiv - mənalı hərəkətlər.
Cavab:  Ekspressiv-mənalı hərəkətlər müəllimin davranışının özünün görmə orqanı vasitəsilə özünü müşaiyət etməsidir. Burada duruş, mimika, əl-qol hərəkəti, baxış, yeriş xüsusi rol oynayır. 

 

581. Prosodika və ekstralinqvistika (intonasiya, səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək).
Cavab:  Səsin xarakteristikaları prosodik (nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü sistemi) və ekstralinqvistik (linqvistikadan kənar) hadisələrə daxildir. Şövq, ruh yüksəkliyi, sevinc hissləri adətən yüksək səslə deyilir. Narazılıq adətən yumşaq və batıq səslə deyilir.

 

582. Takesik ünsiyyət vasitələri.
Cavab:   Başı sığallama, toxunma, əl-ələ verib görüşmə, tərifləmə takesik ünsiyyət vasitələrinə aiddir. Sübut olunmuşdur ki, onlar xüsusi ilə tam olmayan ailələrdən olan uşaqlar üçün bioloji cəhətdən zəruri stimulyator formalarıdır. Şıltaq və ya inciyən uşağın başını sığallamaqla çox şeyə nail olmaq olur. Hər pedaqoqun buna ixtiyarı yoxdur. Bunu ancaq uşaqların etibarını qazanmış müəllimlər edə bilərlər.

 

583. Təlim
Cavab:  - öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses olaraq, öyrədən şəxsin öyrənənlərdə şüurun, intellektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət verir, əlverişli şərait və imkan yaradır.

 

584. Diferensial təlim
Cavab:  - Təhsilalanın şəxsiyyətinə yönəlmiş təlimdir. Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan verir. 

 

585. Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər: 
Cavab:  1. Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qabiliyyətlər xüsusi qabiliyyətlər və s.).  2. Təhsilalanların maraqlarına görə.  3. Təhsilalanların ixtisasına görə.

 

586. Tərbiyə anlayışı.
Cavab:  Tərbiyə - davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir. 

 

587. Təlimin şəxsiyyəti inkişaf etdirməsi və tərbiyələndirməsi üçün aşağıdakı tələblər nəzərə alınmalıdır:
Cavab:  1.Tədrisin yüksək, lаkin şаgirdlərin didаktik mаteriаlın mənimsəməsi üçün gücü çаtаn çətinlik səviyyəsində qurulmаsı.  2. Şаgirdlərin аnlаq səviyyəsi nəzərə аlınmаqlа kurs mаteriаlının ardıcıl, müəyyən templə öyrədilməsi.  3. Şаgirdlərin öyrənmə prоsesinin ictimai əhəmiyyətini, bilik qazanmağın mаhiyyətini dərk etmələri.

 

588.  Мüəllimin şаgirdlərlə ünsiyyət və münаsibətində əsаs iki yаnаşmа üsulu vаrdır:
Cavab:  1. Nеqаtiv yаnаşmа üsulu;  2. Pоzitiv yаnаşmа üsulu.

 

589. humanistlik
Cavab:  – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması; 

 

590.  demokratiklik
Cavab:  - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlətictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması; 

 

591.  bərabərlik
Cavab:   - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; 

 

592.  millilik və dünyəvilik
Cavab:  - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılmas və inkişaf etdirilməsi; 

 

593.  keyfiyyətlilik
Cavab:  - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin , cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; 

 

594.  səmərəlilik
Cavab:   - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili; 

 

595.  fasiləsizlik, vəhdətlik, daimilik
Cavab:   - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi; 

 

596. Demokratikləşdirmə
Cavab:   - təhsil prosesinin demokratikləşdirilməsində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris müəssisəsinin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir. 

 

597.  Humanistləşdirmə
Cavab:  – təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişilməsini nəzərdə tutur, o cümlədən yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılması; əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyətinə hörmətlə yanaşma; şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılması. 

 

 

 598.  Diferensiallaşdırma
Cavab:   – təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulur. 

 

599.  Fərdiləşdirmə
Cavab:   – təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlarının nəzərə alınmasıdır. 

 

600.  İnteqrasiya
Cavab:   – təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vəcibliyini nəzərdə tutur.

 

601.  Humanitarlaşdırma
Cavab:   – təhsilin humanitarlaşdırılması şəxsiyyətin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşmasına yeni yanaşmanı nəzərdə tutur. Bu ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artmasını, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir.

 

602. varislik
Cavab:  - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi; 

 

603. liberallaşma
Cavab:  - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi; 

 

604.  inteqrasiya
Cavab:   - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.

 

605. İnteraktiv təlim üsullarının tətbiqi zamanı istiqamətverici ideyalar kimi qəbul edilərək praktikada tətbiq edilməli prinsiplər isə aşağıdakılardır: 
Cavab:  1.  Şagirdə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməlidir; təlim uşağın imkan və qabiliyyətlərinə, onun biliyinə, maraq və tələbatlarına yönəlməlidir;  2.  Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın;  3.  İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vıqotskiy), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəlməlidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək potensial imkanlarına tuşlanmalıdır;  4.  “Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlamalıdır;  5.  Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin sistematik təzələnməsi baş verməlidir;  6.  Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tərəf-müqabili kimi iştirak etməlidirlər;  7.  Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir.

 

606. Problemlilik:
Cavab:   təlim modelində problemli inkişaf şəraitinin modelləşdirilməsi; ətraf mühitin cisim və hadisələrində mövcud olan real ziddiyyətlərin həll edilməsi cəhdinə əsaslanmış təlim; 

 

607. Bilik və təfəkkürün ayrılmazlığı:
Cavab:  biliklər hazır vəziyyətdə qavranılmamalıdır; onlar təfəkkürün inkişaf etdirilməsi vasitəsi olmalıdır; 

 

608. Məzmunun məlumatlılığı və elmi tutuma malik olması:
Cavab:  təlim proqramları əsas elmi nailiyyətləri və məlumatıəks etdirməlidir; 

 

609. Yaradıcılığın stimullaşdırılması:
Cavab:  təlim prosesində bütün növ yaradıcı fikrə və fəaliyyətə dayaq vermək; 

 

610. Biliklərin və həyat tələbatlarının qarşılıqlı əlaqəsi:
Cavab:  təlimin məzmunu şagirdi onun öyrəndiklərinin həyat ilə necə əlaqəli olmasının dərk edilməsinə yönəltməlidir; 

 

611. Şəxsi yönəlişlik:
Cavab:   təlim proqramları şagirdlərə şəxsi təcrübələrinin istifadə edilməsinə imkan yaratmalıdır; 

 

612. Diferensiallaşdırma:
Cavab:  məzmunun şagirdlərin maraq və meyllərinə, qabiliyyətlərinə, şagirdlərin inkişaf səviyyələrinə yönəlişliyi; 

 

613. Müstəqil öyrənmə vərdişlərinin əldə edilməsinə yönəlişlik:
Cavab:   biliklərə sərbəst yiyələnməyi, onları yaradıcı olaraq işləyib tətbiq etməyi öyrədən tapşırıqlar olmalıdır; 

 

614. İnteqrasiya:
Cavab:  fənlərarası əlaqələrin məzmunda əks olunması müxtəlif fənlərdən olan mövzuları əlaqəli surətdə yüksək səmərə ilə öyrənməyə, çoxsaylı tədris fənlərini bir-biri ilə əlaqələndirməyə və beləliklə, təlimin məzmununun tamlığını və şagirdlərin təsəvvüründə dünyanın vahid mənzərəsinin inkişafını təmin etməyə imkan verir. 

 

615. Təlim proqramlarının məzmununun tərtibində çeviklik:
Cavab:  proqramların məzmununun variativliyi və sistematik olaraq təzələnməsi; 

 

616. Biliklərin ümumiləşdirilmiş şəkildə mənimsənilməsi:
Cavab:  təlim proqramları ancaq ayrıca biliklərin mənimsənilməsinə deyil, eyni zamanda biliklərin özəyini təşkil edən fundamental elmi biliklərin öyrənilməsinə yönəlməlidir; 

 

617. Gələcəyə istiqamətlənmə:
Cavab:   təlimin məzmununda proqnoz və gələcək üçün əhəmiyyətli ola bilməsi məsələlərinin həlli elementləri olmalıdır; 

 

618. Təlimin nəticələrinin əks etdirilməsi:
Cavab:  təlim proqramları təlimin sonunda şagirdin nələri bilmələrini və praktiki olaraq nəyə qabil olmalarını əks etdirməlidir.

 

 

619. AKUSTİK NƏDİR?  
Cavab:  Fizikanın səs bəhsidir. Binanın (məsələn kino salonun və s.nin) daxilində səsi əksetdirmə qabiliyyətidir. Bina içərisində musiqinin, nitqin və s. səsinin eşidilmə dərəcəsidir.

 

620. ANALİTİK RUBRİK NƏDİR? 
Cavab:  Şagirdin işinin (fəaliyyətinin) çoxşaxəli aspektlər üzrə ayrı-ayrı qiymətlər təyin edir4-5 ballıq şkaladan istifadə olunur. Fəaliyyəti ardıcıl qiymətləndirir. Bu qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.

 

621. HOLİSTİK RUBRİK NƏDİR? 
Cavab:  bütöv, meyara əsasən və sürətli qiymətləndirmədir. Şagirdin faəliyyətinə verilən tələbləri meyarlar şəklində təsvir edir və onların nailiyyət səviyyələrini göstərir.

 

 

622. İNKLUZİV TƏLİM NƏDİR? 
Cavab:   (inkluziya) sağlamlıq imkanı məhdud olan uşaqlarda özlərində inam hissi yaratmaq

 

 

623. MENDELEYEV KİMDİR? 
Cavab:  Dmitri Mendeleyev Rusiya alimi və ictimai xadimi, həmçinin kimyaçı, fizik, iqtisadçı, texnoloq və ən əsası kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısıdır.

 

624. KURİKULUMUN STRUKTURU NƏDİR?
Cavab:   Fənnin məzmunu( fənnin məqsədi, məzmun xətti, standartlar,alt standartlar), təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, qiymətləndirmə standartları, qiymətləndirmə növləri, üsulları və vasitələri aiddir.

 

625. SUMMATİV QİYMƏTLƏNDİRMƏ NƏDİR?  
Cavab:  Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Bu qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir.

 

626. DÖVLƏT STRATEGİYASININ  İSTİQAMƏTLƏRİ HANSILARDIR? 
Cavab:   təhsil məzmunu, infrastruktur, idarə sistemi, maliyyələşmə, nüfuzlu təhsil verən.

 

627. ŞAGİRDLƏRİ QİYMƏTLƏNDİRƏRKƏN HANSI KRİTERİYALARA GÖRƏ QİYMƏTLƏNDİRƏRDİNİZ?
Cavab:  Şagirdlərin qiymətləndirilməsində bilik, tərbiyə və davamiyyət əsas rol oynamalıdır. Belə ki, şagirdləri təkcə biliyinə görə yox, bacarığına, mədəniyyətinə, müəllim və şagirdlərlə rəftarına görə də qiymətləndirə bilərik. (Məsələn, vurma cədvəlini bilməyən şagird dərsdən kənarda qalmamalıdır. Ola bilər o şagirdin gözəl əl qabiliyyəti, gözəl musiqi duyumu var). Davranışa görə şagirdə aşağı qiymət vermək olmaz. Amma gündəlik formativ qiymətləndirmədə uşağın davranışlarını qeyd etmək olar. Təbii ki, şagirdi küsdürməmək və ya daha da inada mindirməmək şərtilə. Çünki uşağın psixologiyası çox önəmlidir. Şagirdlər təbii ki bilik səviyyəsinə, fikrini çatdırmasına və s. görə qiymətləndirilməlidir. Amma məktəbdə, sinifdə olduğumuz üçün şagirdin öz yoldaşlarına, ən əsası özündən böyüklərə, müəlliminə davranış fformasına görə də müəllim qiymətləndirmə aparılmalıdır. Çünki, biz sadəcə savadlı insan deyil, həm də millətinə xeyirli birini yetişdirmək istəyiriksə, o zaman onun sözün əsl mənasında insan kimi yetişməsinə fikir verməliyik. Alim olmaq asandır, amma insan olmaq çətin.  Davranış pis, savadı yüksəkdirsə, şagirdin qiymətini salmaq haqsızlıqdır.

 

628. HANSI RƏNGİ XOŞLAYIRSAN?   
Cavab:  Yaşıl rəng, çünki təbiət rəngidir. İnsanı rahatladır. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O, sülhü, sakitliyi bildirir. Yaşıl bölüşməyin. əməkdaşlığın,cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Sağlamlıq rəngidir, ona görə də əczəxanalar (apteklər) yaşıl rəngdə olur.  Mavi rəng. Çünki səma rəngidir. İnsana mənəvi rahatlıq bəxş edir. Mavi rəng təmizliyi, ağlı, incəliyi tərənnüm etdirir.Mavi çinlilər üçün matəm, braziliyalılarüçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür.

 

629. QIRMIZI RƏNG SİZİN ÜÇÜN NƏ İFADƏ EDİR?  
Cavab:  Qırmızı rəng dedikdə ilk olaraq ağlımıza öz bayrağımız, Türkiyənin bayrağı, birlik, qardaşlıq, torpaq uğrunda tökülın qanlar, sevginin gücü, mübarizə, cəsarət, qələbə, azadlıq, müstəqilliyimiz gəlir. Hakimiyyət rəngidir. Çünki dövlət bayraqların əksəriyyətində qırmızı rəng var. Bu da torpaqlar uğrunda tökülən qanları özündə əks etdirir.  Həmçinin həyəcan rəngidir. Ona görə yollarda “STOP” işarəsi qırmızı rəngdədir.

 

630. DEBAT NƏDİR?
Cavab:  – Şagirdlər iki qrupa bölünür. Bir qrup şagird məsələnin leyhinə, biri isə əleyhinə danışır. Və bu qruplar 3-cü tərəfi inandırmağa çalışır.

 

631. MÜƏLLİMİN ŞAGİRDƏ QARŞI MÜNASİBƏTİ NECƏ OLMALIDIR? 
Cavab:  Müəllim şagirdə xammal kimi yanaşmalıdır. Şagirdi emal etmək müəllimin üzərinə düşür. Həm şəxsiyyət kimi, həm öz övladı kimi və ən əsası insan kimi şagirdə münasibət bəsləməlidir. Çünki müəllim ən ali varlığı – insanı yetişdirir.  Müəllim əsl pedaqoq, ikinci valideyndir. Ona görə də müəllim diqqətli, mehriban, qayğıkeş, gülərüz, eyni zamandaŞ ciddi və tələbkar olmalıdır.  Müəllim şagirdlə əməkdaşlıq etməli və qarşılıqlı hörmətdə olmalıdır.  Müəllim şagird ilə dərsdə müəllim-şagird münasibətlərini saxlamalı, dərsdən kənarda isə dost, şagirdlərin problemləri ilə maraqlanacaq qədər böyük ürəyə sahib olmalıdır (amma bunu dərsə daşımamaq şərtilə).  Heç bir şagird arasında ayrıseçkilik aparmamalıdır. Hamını ən çox sevdiui şagirdin timsalında görməlidir.

 

632. UŞAQ ÖZÜNÜ DƏRSDƏ PİS APARARSA, NƏ EDƏRSƏN?
Cavab:  Valideynə şikayət ən son variant olmalıdır. Əvvəlcə müəllim çalışmalıdır ki, özü problemi həll etsin. Uşağın temperament tipinə uyğun davranmaq lazımdır. Bəlkə də valideyn uşağın psixologiyasına uyğun davranmağı bilmir. Müəllim şagirdin öz xoşluğu ilə yola gətirməyə çalışmalıdır

 

633. UŞAQ DƏRSDƏ SƏS SALSA NƏ EDƏRSƏN?
Cavab:  ● Mən dərsin izahını uşağın xüsusiyyətlərinə uyğunlaşdırardım. Bu hər haıda ona da maraqlı gələcək.

 

634. ÇƏTİN TƏRBİYƏ OLUNAN UŞAQLARLA NECƏ MÜNASİBƏT QURARSAN? / PİS ŞAGİRD İLƏ NECƏ DAVRANARSAN?  
Cavab:  Pis şagird yoxdur, pis tərbiyə edilmiş şagird var. Şagirdləri yenidən tərbiyə etməyə çalışmalıyıq. Çünki hər şagirdin psixologiyası müxtəlifdir. Hər birinin öz xasiyyətinə uyğun yanaşmaq lazımdır. Onda olan mənfi keyfiyyətləri aradan qaldırmağa çalışmalıyıq.  Çətin tərbiyə olunan şagird çoxdur. Sadəcə onların əvvəlki problemini öyrənib, sonra ona uyğun həlli düşünüb tapmaq lazımdır. Bəzi uşaqlar kasıblıqdan, bəziləri ailədə gördükləri kobudluqdan, bəziləri yoldaşlarının onları təhqir etməsindən,bəziləri müəllimin kobud sözündən və s. özündən çıxır. Və biz də onu sakitləşdirmək üçün onun üstünə getmək yerinə, səbrlə davranmalı, təklikdə onunla təmkinlə söhbət etməliyik və çalışmalıyıq ki, bütün olanları özü ətraflı izah etsin. Ətrafdakıların sözü ilə həmin şagirdə təsir etməyə çalışsaq, təbii ki, heç bir effekt olmayacaq.

 

635. ÖZ ŞƏXSİ KEYFİYYƏTLƏRİN BARƏDƏ DANIŞ. / ÖZÜNÜZÜ KİMƏSƏ TƏSVİR ETSƏYDİNİZ, NECƏ TƏSVİR EDƏRDİNİZ?  
Cavab:  Özümü savadlı, böyükdən kiçiyə hər kəsin hörmətlə yanaşdığı və hər zaman doğrularla irəliləyən bir müəllimə kimi və yüksəkdə görmək istərəm.  Şagirdlərin cavablarını səbrlə dinləyib, cavablandıra bilmək məni heç vaxt yormur. Çünki öyrətməyi sevirəm. Sor.duqlarından sonra şagirdlər yeni bir şey öyrəndiklərini deyəndə çox sevinirəm. Çox yüksəkdə gözüm yoxdur, “əsl müəllim” olmaq mənə kifayət edər.

 

636. HİPERAKTİV ŞAGİRD DEDİKDƏ NƏ BAŞA DÜŞÜRSÜNÜZ?  
Cavab:  Həddindən artıq dəcəl, yerində dayanmayan, ağlı yaxşı inkişaf etmiş, sadəcə olaraq onu özünə sərf edən şeylər üçün istifadə edən, sinfin hərarətini yüksəldən şagirddir. Onlarla ciddi və çox səmimi olmadan aramla danışmaq lazımdır. Onlar bilməlidir ki, hər zaman nəzəriniz onlardadır.

 

637. DƏRS KEÇDİYİNİZ ZAMAN SİNİF OTAĞININ PƏNCƏRƏSİNDƏN SİNFƏ QUŞ GİRSƏ NƏ EDƏRSƏN?
Cavab:  1-2 dəqiqəlik uşaqlarla quşa baxıb zövq alaram, həmin anı uşaqlara yaşadıb, xatirə kimi beyinlərində qalmasına imkan yaradaram, sonra isə dərsimizə davam etməliik deyib, quşu çıxararam.

 

638.  NƏ ÜÇÜN MÜƏLLİM OLMAQ İSTƏYİRSİNİZ?  
Cavab:  Gələcəkdə tələbələrimin yax.ı peşəyə sahib olduğunu görəndə fəxr hissi keçirtmək üçün, “bax, o mənim tələbəm olub” demək üçün müəllim olmaq istəyərəm.  Öyrəndiklərimi yeni nəsilə çatdırmaq üçün müəllim olmaq istərəm. 

 

639. ŞAGİRDİNİZ SİZƏ SEVGİ MƏKTUBU YAZSA, NƏ EDƏRSİNİZ?  Özümü elə apararam ki, sanki bu hadisə olmayıb. Və sevgi haqqında bir dərs mövzusu seçərəm. Həmin şagird də yalnış hərəkətinin fərqinə varar. Deyərdim ki, “bu sizing mənim sevgimə olan sevginizdir, sevməyə davam edin”

 

640. SƏNCƏ SİNİFDƏ NEÇƏ UŞAQLA İŞLƏYƏ BİLƏRSƏN?  
Cavab:  Əsl müəllim bütün uşaqlarla işləməyi bacarmalıdır. Sinifdə 35-37 uşaq da ola bilər. Bunun öhdəsindən gəlmək üçün əsas üstünlüyü kollektiv ilə işə, qruplarla və cütlərlə işə verməliyik, fərdi iş çox vaxt apardığı üçün onu seçə bilmərik. Yəni mükəmməl müəllim üçün sayın fərqi olmamalı, keyfiyyət rol oynamalıdır. Bir şərtlə ki, müəllim dərsin təşkili qaydasını düzgün qura bilsin.  

 

641. ZƏİF, OXUMAQ HƏVƏSİ OLMAYAN, HƏR GÜN DƏRSƏ HAZIRLIQSIZ GƏLƏN VƏ DƏRSƏ MARAĞI OLMAYAN ŞAGİRDDƏ DƏRSƏ QARŞI NECƏ MARAQ OYADARSAN? / ŞAGİRDLƏRİ ÖYRƏNMƏYƏ NECƏ HƏVƏSLƏNDİRƏRSİNİZ?  
Cavab:  Hər dərsdə ona suallar yönəldərək sualları cavablandırmağına şərait yaratmalıyıq. Səhv cavablandırdıqda təqdir edərək, düzgün cavablandırdıqda isə şagirdlərlə birlikdə alqışlayıb, “afərin” deyərək həvəsləndirməliyik. Həmin şagirdləri dərsə daha çox cəlb etmək, lövhəyə onu çıxarmaq lazımdır. Şərait yaratmalıyıq ki, həmin dərsə marağı olmayan şagirdlər daha çox mövzu ilə əlaqədar deyimləri təkrar edərək danışmalı olsunlar. Dərs oxumayan amma beyni olan şagirdi qırağa çəkib, “filankəs uşaq yaman dərsindən geri qalır, mənə kömək elə, sən bu mövzunu öyrən, gələn dərs o uşağa sən öyrət, dərsini sən izah elə. Mən düşünürəm ki, sənin izahın ona çox kömək olacaq” deməklə dərsə maraq oyada bilərik. Həmçinin öyrədən insan özü də öyrənmiş olur. Beləcə həm də, cütlərlə iş formasından da istifadə olunmuş olar. Və bu cür uşaqlarda əməkdaşlıq, məsuliyyət hissetmə formalaşmış olar.

642. ƏGƏR VALİDEYN GƏLİB SİZİ SİNİFDƏ ŞAGİRDLƏRİN YANINDA TƏHQİR ETSƏ, NƏ EDƏRSİNİZ?  
Cavab:  Valideynin birbaşa sinfə daxil olma ixtiyarı yoxdu.  Valideyn o zaman gəlib müəllimi təhqir edər ki, müəllim onun uşağının qiymətini kəssin, dərsi yaxşı mənimsətməsin, şagirdi haqsız yerə təhqir etsin və s. Həmçinin müəllimə də o şəraiti yaratmamalıdır ki, valideyn aqressiv şəkildə məktəbə gəlsin. Ancaq elə bir vəziyyət alınsa, müəllim imkan verməməlidir ki, onu şagirdlərin yanında təhqir etsinlər. Və valideynın bir başa sinfə gəlməyə ixtiyarı yoxdur. Yalnız məktəb direktoru ilə və ya onun icazəsi ilə gələ bilər.   Mədəni rəftar edib, nəzərinə çatdırmaq lazımdır ki, bura məktəbdir, əks təqdirdə, başa düşməsə, məktəb müdriyyəti ilə bu məsələni həll etmək lazımdır.

 

643. UŞAQ SİNİFDƏ QUSSA NƏ EDƏRSƏN?
Cavab:  Uşaqlara sakit durmağı, yoldaşına heçnə olmamış kimi rəftar eləməyi, ona kömək olmağın lazım olduğunu başa salmaq, xadiməçini çağırıb sinfi təmizləməsini xahiş etmək, onun bu vəziyyətə görə pis olmasının qarşısını almaq üçün əlindən gələni etmək, valideynə xəbər verib şagirdi gəlib aparmasını demək və dərsə qaldığın yerdən davam etmək lazımdır.

 

644. HOBBİNİZ NƏDİR?  
Cavab:  Kitab oxumaq, şagirdlərlə dərsdən əlavə vaxt keçirmək, beynin inkişafı üçün şahmat oynamaq, səhərlər piyada gəzib idman etmək və s.)

 

645. SİZƏ “DƏRSİ İZAH EDİN” DEYİLİR, İZAH EDƏN VAXT SÖZÜNÜZÜ KƏSİRLƏR, “BİRDƏN BİR ŞAGİRD SİZƏ BU CÜR MANE OLSA, NƏ EDƏRSİNİZ?” DEYƏ SORUŞULUR.
Cavab:  Şagirdlərin sualını, maraqlarını cavablandırmaq zəruridir, çünki onlar hər şeyi öyrənmə mərhələsindədirlər. Sərt cavab onların əksər maraqdan məhrum olmasına səbəb ola bilər. Olur ki, bəzən uşaq mövzunun sonuna olan izahları əvvəlcədən sual verir. Deyərəm ki, indi həmin hissəni başa salacam və sualına cavab tapacaqsan. Əlavə olaraq qeyd edim ki, kurikulumda müəllim əvvəlki kimi dərsi izah etmir. Suallara uşaq özü cavab tapmalıdır.

 

646. SANQVİNİK
 Cavab:   – zirək, diribaş, hər şeyə maraq göstərən insanlar.

 

647. XOLERİK
Cavab:   – səbrsiz, tündməcaz, ətrafdakılarla yola getməyib, münaqişə etməyi sevən insanlar.

 

648. FLEQMATİK
Cavab:  – qaradinməz, sakit təmkinli, söhbət etməyi sevməyən insanlar.

 

 649. MELANXOLİK
Cavab:   – sakit ancaq həssas, diqqətsizlikdən inciyən insanlar.

 

650. SİNİFDƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN ŞAGİRDƏ NECƏ YANAŞARSAN?  
Cavab:  Sinifdə uşağa mən sənə xüsusi diqqət ayırıram kimi hiss yaratmaq lazım deyil. Uşaqlar çox həssas və çox ağıllıdırlar. O dəqiqə hər şeyi yaxşı başa düşürlər. Bütün uşaqlara diqqət və qayğı eyni səviyyədə olmalıdır. Bu, həm o uşağa, həm də digərlərinə mənfi təsir edəcək.  Gələcəkdə də həmin uşaqda psixologiya ele formalaşacaq ki, mənə hamı güzəşt etməlidir, qayğı göstərməlidir. Beləliklə,istəmədən də olsa, hımin şagirddə mənfi xüsusiyyət yaratmış oluruq.

 

651. YUXARI SİNİF ŞAGİRDLƏRİ SƏNƏ SEVGİ ETİRAF ETSƏLƏR, REAKSİYAN NECƏ OLAR?
Cavab:  Şagirdin müəllimə sevgisi mütləqdir. Ancaq bu sevgi yalnız müəllim-şagird sevgisi üzərində qurulmalıdır. Əgər şagirdim mənə eşq elan edərsə,  mən ona bu sevgini yalnız şagirdin müəlliminə olan hörmət və ehtiramı kimi qiymətləndirdiyimi və bunun da belə qalmasının məsləhət olduğunu ona başa salaram.

 

652. Qanunun aliliyi
Cavab:   – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.

 

653.  Vicdanlılıq
Cavab:  – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

 

654. Peşəkarlıq və fərdi məsuliyyət  
Cavab:  – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.

 

 

 

655. Loyallıq
Cavab:   – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

 

656. Mədəni davranış
Cavab: – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

 

657. Qərəzsizlik
Cavab:  – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.

 

658. Gender bərabərliyi
Cavab:   – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı olaraq əməl etməlidir.

 

659. İctimai etimad
Cavab:  – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.

 

660. Konfidensiallıq
Cavab:  - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

 

 661. UŞAĞIN DƏRSİ YAXŞI BAŞA DÜŞMƏSİ ÜÇÜN DƏRSLİKDƏN BAŞQA HANSI VƏSAİTDƏN İSTİFADƏ EDƏRSƏN?  
Cavab:  Mövzu üçün hazırladığım slayd ilə dərsi daha ətrafl izah etməyə çalışaram. Bundan əlavə dərsin movzusuna aid olacaq əyani vəsaitlərdən də istifadə etmək mümkündür.

 

662. TƏLİM STARTEGİYALARINA NƏLƏR DAXİLDİR?
Cavab:  1. Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri 2. Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyyələr 3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunə 4. Standartların şərhi

 

 

663. ŞAGİRDƏ DESƏN QAPINI ÖRT, O DA ÖRTMƏSƏ NƏ EDƏRSƏN?
Cavab:  Həmin an heç nə demərəm, dərsdən sonra saxlayıb danışaram. Elə danışmaq lazımdır ki, o tutduğu işə görə öz özlüyündə utana bilsin.

 

664. Azərbaycan təhsil müəssisələri üçün TƏHSİL nazirliyi tərəfindən aşağıdakı rəğbətləndirmə növləri müəyyən edilmişdir:
Cavab: 
               1 – Tərifləmə - bu ən yüngül rəğbətləndirmə növü olub, bütün məktəb işçiləri tərəfindən tətbiq edilir. Həmçinin bütün müəssisələrdə.
               2 - Təşəkkür - daha yüksək rəğbətləndirmə növü olub yazılı və şifavi şəkildə sinif rəhbəri və məktəb direktoru tərəfindən kollektiv qarşısında elan edilir.
               3 - Mükafatlandırma - təşəkkürü şeylə ifadə etməkdir. Bunu müəllim, sinif rəhbəri, məktəb rəhbərləri edə bilərlər. Bu zaman şagirdlər dərs ləvazimatı, bədii kitab, kino və ya teatra bilet, ekskursiyaya vəsiqə və s. mükafatlandırılırlar.
               4 - Tərifnamə - dərs ilinin sonunda əla əxlaqa və təlim müvəffəqiyyətinə malik olan şakirdlərə pedaqoji şuranın qərarı ilə verilir. Bu da təntənəli şəraitdə həyata keçirilir.

 

665. Hansı cəza tədbirləri mövcuddur.
Cavab: 
               I - Danlaq - ən yünkül cəzadır. Şagird pis hərəkəti üçün ya təklikdə ya da yoldapşarı arasında tənqid edilir.
               II - Ayaq üstə saxlamaq - şagirdin pis hərəkətini dərhal dayandırmaq məqsədi güdür.
               III - Sinif qarşısında töhmət etmək danlağın rəsmi formasıdır. Şagirdin pis hərəkəti qısa şəkildə sinif qarşısında izah edilir və ona töhmət elan edilir.
               IV - Dərsdən kənar etmək - şagirdi intizamsız hərəkətindən kənar etmək məqsədini güdür.
               V - Dərsdən sonra saxlamaq - icra olunmamış tapşırığı, icra etmək məqsədi güdür. Buna təbii nəticə üsulu ilə cəzalandırma da deyilir.
               VI - Şagirdi pedaqoji şuraјa çağırmaq qüvvətli cəza tədbiridir.
               VII - Əxlaq qiymətini aşağı salmaq şagird üçün şiddətli cəzadır.
               VIII - Əmrlə töhmət - ancaq məktəb direktorunun əmrilə verilə bilər.
               IX - Paralel snifə köçürmə - şagirdi pis təsir edən şəraitdən uzaqlaşdırma deməkdir.
               X - Başqa məktəbə köçürmə - şagirddə yeni kollektivə daxil olma nəticəsində dönüş yaratmaqdır.
              XI - Məktəbdən xaric etmək son cəza tədbiri kimi tətbiq edilir. Bu cəza xuliqanlıqla məşğul olan, müəllim heyətini təıir edən, müntəzəm surətdə heç bir sərəncamı yerinə yetirməyən, məktəb rejimini pozan, əmlakını dağıdan və oğurlayan şagirdə tətbiq edilir. Bu rəğbətləndirmə və cəza tədbirləri orta ixtisas və ali məktəblərdə də tətbiq olunur. hər idarə, müəssisə, fabrik və digər sahələrini də müvafiq rəğbətləndirmə və cəzalandırma tədbirləri mövcuddur. Bu rəğbətləndirmə və cəzalandırma zamanı istehsalın spesifik xüsusiyyətləri də nəzərə alınır.

 

666. SİNİFDƏ SƏS-KÜY OLARSA, NECƏ ƏLƏ ALARSAN?  
Cavab:  Çalışaram çox səs-küylü sinfi öyrədici maraqlı oyun ilə ələ alım. Ən əsası ən nadınc uşağı ələ almaq lazımdır. Onu da ələ almaq üçün onun nəyə marağı olduğunu onunla qısa söhbətdən öyrənmək mümkündür.

 

 667. TƏLİM FORMALARI HAQQINDA DANIŞ. 
Cavab:  Dörd iş forması vardır : kollektiv ilə iş, qruplarla iş (kiçik qruplarla iş, böyük qruplarla iş), cütlərlə iş, fərdi iş.

 

668. İnkişafetdirici oyunlar
Cavab:  - bu, uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər komplesidir.

 

669. Kukloterapiya
Cavab:  – bu metod sosial həyatda tələb olunan bacarıqların mənimsənilməsi məqsədilə qrup məşğələləri zamanı istifadə olunur. (başqalarını dinləmək, birgə oyunda iştirak etmək, münaqişələrin davasız həll edilməsi).

 

670.  Rəsm çəkmə və nə isə düzəltmə
Cavab:   - yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərini inkişafına təsir etdiyi məlumdur.

 

671. Psixoloji nağıl
Cavab:   – bu üsul hər bir uşaq üçün tanış olan bir yol nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.

 

 672. Art-terapiya ( yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi)
Cavab:  – uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.

 

673.  Lоkаtоr mövqеyi
Cavab:   Bеlə müəllimlər şаgirdlərə sеçici münаsibət bəsləyir. Yəni müəllim yа şаgirdin imkаnlаrı, ya təlimə münаsibəti, yа аilə imkаnlаrı və yа sinifdə tutduğu mövqе bахımındаn şаgirdlə ünsiyyət yаrаdır. Dеmək, müəllim bütün şаgirdlərlə еyni fоrmаdа ünsiyyət yаrаtmır.

 

674.  Çin səddi mövqeyi
Cavab:  Bu mövqеyə mаlik оlаn müəllim, şаgirdlə və yа tələbə ilə öz аrаsındа böyük və keçilməz bir sədd yаrаdır. О sədd şаgirdin müəllimlə ünsiyyətinə mаnе оlur və onu çətinləşdirir. Belə mövqedə müəllimlər, şаgirdlərə müəllimə yахın olmağa, ona suаl vеrməyə, ondan məsləhət аlmаğа imkаn vеrmir. Bеlə mövqеyə mаlik оlаn müəllim yаlnız dərsi dеməklə öz vəzifəsini bitmiş hеsаb еdir, hаlbuki müəllimin işinə vеrilən tələblərdən biri оnun qаyğıkеş оlmаsı və şаgirdlərlə düzgün ünsiyyət yаrаtmаsı təmin еdilməlidir.

 

675. Robot mövqeyi
Cavab:   Bu о dеməkdir ki, şərаitin, vəziyyətin dəyişməsinə baxmayaraq müəllim ünsiyyət və münasibətini də dəyişmir. Əvvəlki qaydada, yəni əvvəllər plаnlаşdırdığı fоrmаdа аpаrır.

 

676. Dostluq mövqeyi
Cavab:  Bеlə müəllim ürəyini uşаqlаrа vеrməyi bаcаrır. Təlimin gеdiş prоsеsində, hеç bir əsəb gərginliyinə yоl vеrmədən, ünsiyyəti еlə qurur ki, şаgirdlər müəlliminə hörmət еdir, оnun bütün plаnlаrını ürəklə yеrinə yеtirirlər. Мüəllimin dоstluq mövqеyi о dеmək dеyil ki, müəllim öz ürək sözünü, sirrini şаgirdlərə dеyir. Мüəllim yаlnız səmimi münаsibətlə, оnlаrın qаyğısınа qаlmаqlа bu mövqеdə dаyаnır.

 

677. Hаmlеt mövqeyi
Cavab:   “Hamlet mövqeyi” oradan irəli gəlmişdir ki, Şеkspirin «Hаmlеt» əsərində bütün əsər bоyu Hamlet əsəbidir. Bеlə münаsibətlərdə dərsin gеdişi prosesində uşaqlar üzülür, gərgin vəziyyətdə olurlar. Dərs prosesində müəllim özü də əsəbi, gərgin, öz hisslərini sахlаmаğı və yа gizlətməyi bаcаrmаdan şagirdlərlə ünsiyyətə girir, əsəbi hərəkətlər еdir. Bеlə hаldа müəllimin şagirdlərlə ünsiyyət və münаsibəti çətinləşir.

 

678. Xocalı soyqırımı
Cavab:  — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar.

 

679. Mart soyqırımı
Cavab:  — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

680. Qanlı Yanvar
Cavab:  — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

 

681. Daşaltı əməliyyatı
Cavab:  - Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat. 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

 

682. Qarakənd faciəsi və ya 20 noyabr faciəsi
Cavab:  — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub

 

683.  Bişkek protokolu
Cavab:   — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan Bişkek protokolu 1994-cü ilin mayında imzalanmışdır. Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdu.

 

684. Əsrin müqaviləsi
Cavab:   -1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında imzalanmışdır. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.

 

685. TANAP Trans Anadolu Qaz Boru Kəməri
Cavab:   – təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir.  TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

 

686. Madrid prinsipləri
Cavab:   – Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan, sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon, Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon qeri qaytarılmalıdır. Qeri qaytarılması nəzərdə tutulan rayonlar, aşağıdakı şəkildə sıralanmışdır: 1.Ağdam 2.Füzuli 3.Cəbrayıl 4.Zəngilan 5.Qubadlı Laçın rayonunun 13 kəndi. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

 

687. Trans- Anadolu Boru Kəməri (TANAP) layihəsi
Cavab:   Layihənin əsas texnikiiqtisadi göstəriciləri: Kəmərin uzunluğu: 1850 km; İstismara verilmə tarixi: boru kəmərinin Əskişəhirə qədər olan hissəsi 2018-ci ilin iyun ayında istismara verilib, Yunanıstan sərhədinə qədər olan hissəsi isə 2019-cu ildə istismara veriləcəyi gözlənilir; İlkin ötürmə gücü: illik 16,2 mlrd. m3 (illik 30,7 mlrd. m3-ə kimi artırıla bilər); TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 30 iyun 2018-ci il tarixindən başlnılıb. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans -Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib. 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

 

688. Şahdəniz yatağı
Cavab:  Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün “Şahdəniz” yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti “Şahdəniz” yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə “Britiş Petroleum” və “Statoyl” şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir. Saziş sahəsi təxminən 859,8 km²-dir. 2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir.

 

689. Nabukko Vest qaz kəməri
Cavab:  — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazpromşirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür.

 

 

690. Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu lahiyəsi
Cavab:  Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakışəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək. 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

 

691. Bakı-Tbilisi-Ceyhan boru xətti
Cavab:  Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1768 kilometrdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir. 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı. Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.

 

692. Yusif Məmmədəliyev
Cavab:  Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var.

 

693. Lütfi Zadə
Cavab:  Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır: təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”.

 

694. Kərim Kərimov
Cavab:  Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.

 

695. Azərbaycanın milli telekommunikasiya peyki və ya Azerspace
Cavab:   – 2012-ci ilin iyununda də Azərbaycan Respublikası tərəfindən telekommunikasiya məqsədü üçün kosmosa çıxarılan texniki qurğu. Milli peyk ölkəyə keyfiyyətli və etibarlı əlaqələr təşkil etmək və teleyayım imkanı verməklə yanaşı, rabitə kanallarının sayını da artıracaq.

 

696. Azerspace/Africasat-1A Rabitə Peyki
Cavab:   — Azərbaycanın ilk rabitə peyki, Amerikanın “Orbital Sciences Corporation” şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-ci il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır.

 

697. Azerspace-2
Cavab:   — Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”, Amerikanın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-2 peyki orbitə 2018-ci il tarixində, Fransız Qvianasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur.

 

698.  20-ci əsrin yazıçı və şairləri
Cavab:  Cəfər Cabbarlı, Əhməd Cavad, Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşviq, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Məhəmmədhüseyn Şəhriyar, İlyas Əfəndiyev, Süleyman Rüstəm və s.

 

 

699. Əkinçi qəzeti haqqında
Cavab:   “Əkinçi” — Azərbaycan dilində işıq üzü görən ilk milli qəzetdi. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən Əkinçi qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdü. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu; baş redaktoru Həsən bəy Zərdabi idi.

 

700. Molla Nəsrəddin jurnalı haqqında. Molla Nəsrəddin
Cavab:  — Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.Baş redaktoru C.Məmmədquluzadə idi.

 

701. Destruksiya
Cavab:  - Qırılma, pozulma mənasını daşıyır.
Dərsin pozulması deməkdir.(Kimya fənnindən gələn bir termindir).

 

702. İzolyasionizm
Cavab:  - İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil oluB orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar. İzolyasiya siyasəti iki formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır. Aparteid siyasəti Cənubi Afrika Respublikasında 1948-1994-ci illərdə tətbiq olunmuşdur.

 

 

703. Assimilyasiya
Cavab:   -İzolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur. Təbbi və zoraki assimliyasiya mövcuddur. Təbii assimliyasiya könüllü gedir, zorakı məcburi hesab olunur

 

704. Aparteid
Cavab:  - Müəyyən qrup adamların assimilyasına mane olma məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir. İrqi ayrı-seçkiliyin ən kəskin formasıdır . Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Genosidi xatırladır və onun bir növüdür.

 

705. Multikulturalizm
Cavab:  — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

 

706. Liberalizm
Cavab:  — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığı və din azadlığını dəstəkləyirlər.Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.

 

707. Multikulturalizmlə liberalizm arasındakı mövcud ən mühüm fərq
Cavab: - Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir

 

708. İnvestisiya
Cavab:  -Ölkə daxilində və xaricində iqtisadiyyat sahələrinə uzun müddətə qoyulan sərmayə (kapital) investisiya adlanır.

 

709. Lokaut (Lockout)
Cavab:  -Sahibkarın qəsdən müəssisəni bağlayıb işçiləri kütləvi şəkildə işdən çıxarması. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən lokaut qadağandır.

 

710. Mutizm -(lat. mutus — lal, dinməz)
Cavab:  — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal. Bir uşağın danışıq yaşı keçir və o, hələ də danışmırsa, bu hal uşağın ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəksizdir.Bunlardan birincisi nevroloji və bioloji səbəbdən qaynaqlanır, ikincisi isə psixoloji səbəblərdən yaranan problemdir. Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu Mutizm adlanır. Səssiz, susqun mənasına gələn mutizm Latın dilində "mutus" ifadəsindən yaranıb

 

711. Mobbing
Cavab:  - Sözün mənşəyi; təxmini olaraq zorbalıq münasibətləri deməkdir. Mobbing, xüsusilə möhkəm iş qruplarında, iyerarxiya olaraq gücü əlində tutan adamın, bu gücü itirməmək üçün, digər qrupa tətbiq etdiyi psixoloji şiddəttir. Bu elə bir emosional hücumdur ki, özünü ifadə etməkdə çətinlik çəkən bir işçi bu zaman özünə olan güvən və öz hörmətini itirə bilər.

 

712. PİSA - PISA (The Programme for International Student Assessment)
Cavab:   – Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşa kimi) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən layihədir. PISA ölkələr üzrə ümumi təhsilin keyfiyyətinin monitorinqini aparır. Bu proqram 2000-ci ildən etibarən 3 ildən bir keçirilir və proqrama qatılan ölkələrdən 100 minlərlə şagird cəlb olunur. Əsas məqsəd isə bir suala cavab tapmaqdır: 15 yaşındakı şagird müasir cəmiyyətdə tam fəaliyyət göstərməsi üçün zəruri olan təhsil, ümumi bilik və bacarıqlara malikdirmi? Azərbaycan indiyə kimi bu proqramda 2 dəfə iştirak edib – 2006 və 2009-cu illərdə. 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerə sahib olmuşuq.

 

713. TIMSS (Trends in Mathematics and Science Study)
Cavab:  –riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq qiymətləndirmə proqramıdır. 1995-ci ildən fəaliyyətə başlayan proqram dörd ildən bir IV və VIII sinif şagirdləri arasında aparılır. Azərbaycan 2010-cu ildə TIMSS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib. 2011-ci ilin aprel-may aylarında tədqiqatın əsas mərhələsi keçiriləcəkdir.

 

714. PIRLS (Progress in International Reading Literacy Study)
Cavab:  -oxunun və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə proqramıdır. Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İEA) tərəfindən həyata keçirilir. Azərbaycan 2010-cu ildə PIRLS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib.

 

715. TIMSS və PIRLS proqramları
Cavab:  Bu proqramlar həmçinin məktəb rəhbərləri, müəllimlər və şagirdlər arasında sorğuların keçirilməsini də nəzərdə tutur. Ölkənin reytinqi qiymətləndirilərkən bu sorğuların nəticələri də nəzərə alınır. Azərbaycanın qoşulduğu TIMS və PIRLS beynəlxalq qiymətləndirmə proqramı isə şagirdləri yaşına görə deyil, kurikuluma görə qiymətləndirir. Məqsədinə və formasına görə nisbətən milli qiymətləndirməyə yaxın olduğundan onların nəticələri gələcəkdə milli qiymətləndirmənin nəticələri ilə əlaqələndirilə bilər.

 

716. Hiperaktivlik
Cavab:  – “hiper” yunanca yüksək, “aktivas” hərəkət və ya hərəkətli deməkdir. Bu termin aktiv, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu tip uşaqlar ətraf mühitlə münasibətdə müəyyən mənada çətinlik yaşayır. Müəllimlər onları başa düşməli, şagirdlərinə sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar.

 

717. Bullinq (ing. bullying)
Cavab:   uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. lk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Azərbaycanda bullinq haqqında ilk dəfə sosial mediada aktiv müzakirələrin başlanmasına 13 yaşlı Elina Hacıyevanın məktəbdə üzləşdiyi bullinq nəticəsində aprelin 4-ü 2019-cu ildə oxuduğu 162 nömrəli məktəbdə sarsıdıcı intiharı səbəb oldu.

 

718.  “Waldorf Məktəbi"
Cavab:  “Waldorf Məktəbi"   termini təhsil sahəsinin xaricində olmayan insanlara çox əhəmiyyət vermir, lakin bir çox məktəblər təlimə, fəlsəfəyə və öyrənməyə yanaşmağa başlayır. Waldorf Məktəbi tələbə inkişafına vahid bir yanaşma tətbiq edən öyrənmə prosesində xəyal üzərində yüksək dəyər verən bir pedaqogika ilə məşğul olacaq. Bu məktəblər yalnız intellektual inkişafa deyil, bədii bacarıqlara da diqqət yetirir.Uşaqlar öz təsəvvürlərini kəşf və öyrənmə prosesinin bir hissəsi kimi istifadə etməyə təşviq edirlər. Ənənəvi bir məktəbdə uşağa oynamaq üçün oyuncaq və oyuncaq veriləcək. Steiner üsulu uşağın öz oyuncaqlarını və digər əşyalarını yaratmasını gözləyir.

 

719. DEDUKSİYA
Cavab:    - müəyyən bir qaydadan nəticə çixarmaq və onu müvafiq situasiyada tətbiq etmək.Ümumidən xüsusiyə doğru. Bu zaman səbəbdən həm həm də əsassız nəticələr çıxarıla bilər.

 

720. İNDUKSİYA
Cavab:    - xüsusidən ümumiyə doğru. Hər hansı numunəyə baxıb bir prinsip altında birləşdirmək yəni nümunələrdən ümumi prinsipə dogru getmək.

 

721. ANALOGİYA
Cavab:   – iki əşya və ya informasiya arasındakı eyniliyə əsaslanan mühakimədir.

 

722. Akvarium
Cavab:   - bu strategiyanı həyata keçirtmək üçün şagirdləri daxili kiçik qruplara və bu qrupları dinləyən xarici müşahidəcı qruplara bolüb bir növ akvarium yaradılır. Akvariumun içində olan qruplar movzunu müzakirə edərək xarici müşahidəci qruplar dinləyib,qeydiyyat aparırlar . Sondarefleksiya aparilir.

 

723. Sokrat dialoqu
Cavab:  - bu strategiya mətnin yaxın analizinə əsaslandığı üçün burada müzakirə və interperetasiya üçün çoxlu əsas verən bir mətn seçilməlidir. Seminara başlamazdan əvvəl şagirdlərə hazırlaşmaq üçün vaxt verilir və bir neçə açıq tipli suallarla müzakirə başlayır.

 

 

724. Dəyirmi masa
Cavab:  - problem və ya tapşırıqla bağlı müxtəlif fikirlər toplanır.dəyərləndirmə və mühakimə edilmir. Sonda qruplarin işlərini müəllim gözdən kecirir ,izah etmək üçün əlavə vaxt verilir.

 

725. Ziqzaq
Cavab:  - bu strategiya şagirdlərə müəyyən bir mövzu üzrə əkspərtə çevrilib bildiklərini yoldaşları ilə bölüşmək imkanı verir. İlk olaraq kiçik qruplara bölünüb muzakurə aparilir,sonra qrupların tərkibi dəyişdirilir və yeni qruplar fformalaşır.bu yaradilan qruplarda hər bir şagird əvvəlki qrupunda müzakirə etdikləri məsələləri yeni qrup yoldaşlarina catdirir

 

726. Beyin həmləsi(əqli hücum)
Cavab:  - Müəyyən situasiyanı və ya sualı uşaqlara təqdim edir. Şagirdlər ağila ilk gələn idea , mümkün həll variantlarını, mümkün asosasiyyani və ya sözləri deyirlər, söylənilən fikirləri mühakimə etmirlər,hər bir fikrə mümkün həll yolu kimi baxırlar. Müəyyən situasiyalardan çıxış yolu tapmaq,onları həll etmək, daha səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək.  Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək,yaradıcı təfəkkürü stimullaşdırmaq. Şagirdlərdə özünə inam hissini stimullaşdırmaq və həmçinin insanlar arasında əlaqəni yaxşılaşdırmaq.  Şəxsi ifadə tərzlərini istiqamətləndirmək. Müstəqil düşüncəni inkişaf etdirmək.

 

727. Əlifbalı beyin həmləsi
Cavab:   - Şagirdlər əlifbanı iş vərəqinin solundan yuxarıdan aşağı yazır. Verilmiş mövzu ilə bağlı əlifbanın hər bir hərfi ilə başlayan ideyalarını iş vərəqində fərdi və ya cütlər şəklində qeyd edirlər. İdeyaları dilə gətirmək ,səsləndirmək imkanı verir  Şagirdlərin mövzu haqqında nələrisə bilibbilmədiklərini öyrənməyə imkan verir Testdən öncə öyrənilənlərin təkrarı zamanı və ya oxu mətni, videodan sonra olan sinif müzakirələri üçün istifadə oluna bilər.

 

728. BİBÖ (bilirəm,isteyirəmbiləm,öyrəndim)
Cavab:   - Şagirdlər cədvəldə mövzu ile bağlı bildiklərini, bilmək istədiklərini, öyrəndiklərini qeyd edirlər. Əvvəlki bilik və təcrübə ilə yeni biliklər aradında əlaqə yaratmaq.  Şagirdin düşünməsini optimallaşdırmaq. Mövzu barədə əvvəlki təcrübəni nəzərdən keçirmək və suallar formalaşdırmaq.  Şagirdlərin köhnə və yeni biliklərinin xüsusiyyətlərini bilmək

 

729. Klaster (şaxələndirmə)
Cavab:   - Hər hansı mövzu ilə bağlı anlayış, hafisə və ya xüsusiyyət klassterin mərkəzində yazılır. Şagirdlərdən həmin mövzu ilə bağlı açar sözlər soruşulur və boş xanalarda qeyd olunur:  Verilmiş əsas anlayışa aid bacardıqları qədər söz assosasiyalarını(anlayışlar, hadisələr, xüsusiyyətlər) tapmaq.  Anlayışlar, ideyalar aradında əlaqəni müəyyənləşdirmək. Köhnə biliklərdən yerində düzgün istifadə etmək. Bilikləri sistemləşdirmək.  Fikirlərini lakonik ifadə etmək. Ümumiləşdirmə aparmaq

 

730. Anlayışın çıxarılması
Cavab:  - Müəllim bir neçə söz yazıb,onların ümumi cəhətlərini soruşur. Şagirdlər bu əlamətlər və ya xüsusiyyətlər arasında ortaq nöqtə tapıb, bir sözlə ifadə edir:  Ümumiləşdirmə. Qruplaşdırma.  Adossasiya yaratmaq. Məntiqi təfəkkürün inkişafı . Müstəqil şəkildə anlayışın çixarılması. Nəticə çıxartaq.

 

731. SİNEKTİKA üsulu:
Cavab:   Bir mövzu ətrafında müzakirə təşkil edilir, onun həlli yollarınin( kreativ yollar) tapılması təklif edilir, problemin həlli yolları müzakirə olunur,müsbət və mənfi tərəfləri müəyyənləşdirilir: Məsələnin həllinə yaradıcı yanaşma. Tənqidi və məntiqi təfəkkürün inkişafı . Problemin optimal həlli yolunun seçilməsi . Fikrin interperetasiya olunması . Assossasiyaların yaradılması. Başqasının gikrinə hörmət . Dinləmə mədəniyyəti. Əsaslandırma bacarığı

 

732. MÜZAKİRƏ XƏRİTƏSİ:
Cavab:   Şagirdlərə hər hansı bir mövzu,məsələ və ya problem ətrafında sual verilir. Ardıcıllıq belədir:  Geniş spekritli sual verilir. Cavablar və fərziyyələr dinlənilir. Deyilənlər üçün izahvə əsaslandırma istənilir. Alternativ fikir və ideyalara sövq edilir. Fikirləri əsas mövzuya yönəldən sual verilir. Müzakirənin sonunda fikirlər ümumiləşdirilir

733. Şagirdlərdə formalaşdırılacaq bacarıqlar:
Cavab: 
          • Proqnazlaşdırma
          • Nəticə çıxarma
          • Ümumiləşdirmə
          • Təhliletmə
          • Məntiqi və tənqidi təfəkkürun inkişafi
          • Fikri ifadə etmək
          • Dinləmə mədəniyyəti
          • Əsaslandırmaq
          • Şifahi nitq bacarıqlari

 

734. DEBAT üsulu:
Cavab:  Debatda bir komanda verilən fərziyyəni təsdiq, digəri isə təkzib edən arqumentlər gətirməkdir. Şagirdlərdə Formalaşdıran bacarıqlar:
          • Dinləyib - anlama
          • Nəticə çıxarma
          • Ümumiləşdirmə
          • Sual tərtib etmə və sual vermə
          • Təhliletmə
          • Əsaslandırma
          • Mövzunun araşdırılması
          • Əsas anlayışlarla iş
          • Arqumentlərlə iş
          • Natiqlik məharəti
          • Qərar qəbul etmək

 

735. Simulyasiya və Rollu oyunlar üsulu:
Cavab:   Simulyasiyada və rollu oyunda şagirdə bir xəyali situasiya verilir sadəcə rollu oyunda o başqasını canlandırdığını təsəvvür etdiyi halda simulyasiyada özü ü oynayır. Rollu oyun hər hansı bir problemə müxtəlif noqteyi-nəzərdən yanaşmalardan ibarətdir.Simulyasiya isə imitasiya, təqlid etmək,fəaliyyət və hadisələri yalandan yaratmaq deməkdir. Şagirdlərdə formalaşdıracaq bacarıqlar:
          • Rola girmək və rolunu yaxşi ifa etmək
          • Tənqidi və yaradıci təfəkkürün inkişafı
          • Əməkdaşlıq

 

736. BLUM KUBU üsulu:
Cavab:   Qoyulmuş məqsədə uyğun tapsıriğın formalaşdırılması.Tətbiqi zamani kağızdan altıüzlü kub hazırlanır və hət üzdə bir sual və ya tapsırıq yazilir.
               1. Adlandır
               2. Nə üçün (və ya səbəbini göstər)
               3. İzah et (əsaslandır)
               4. Təklif et
               5. Yenisini yarat
               6. Paylaş (ətrafdakilara danış)
Şagirdlərdə Formalaşdırılacaq bacarıqlar:
          • Məsələyə müxtəlif cəhətlərdən nəzərə salmaq
          • Məntiəi,tənqidi və yaradici təfəkkürün inkişafi
          • Məsələyə və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılmasi
          • Sual tərtib etmək
          • Əsaslandırma bacarığı
          • Təhlil etmək, dəyərləndirmək
          • İnteqrasiya ətmək

 

737. EYLER VENN diaqramı:
Cavab:   Hadisə və ya obyektlərin oxşar və fərqli cəhətlərin formalaşdırılması: Şagirddə formalaşdırılacaq bacarıqlar:
          • Biliklərin aktuallaşdırılması
          • Təhlil bacarığının inkişafi
          • Dəyərləndirmək bacariğının inkişafi
          • Əsaslandırma bacariğınin inkisafi

 

738. AUKSİON üsulu:
Cavab:   Hər hansı hafisə və ya əşyanin afı çəkilir, şagirdlər növbə ilə onun haqqında fikir soyləyirlər.Sonuncu fikir qalib sayilır:
          • Öyrənilən cisim və ya hafisənin xüsusiyyətlərini sadalamaq
          • Dinləyib-anlama bacarığı
          • Köhnə biliklərdən istifadə etmə bacarığı

 

739. KARUSEL Üsulu:
Cavab:   Şagirdlər qruplara bolunur,sonar tapşırıqlar verilir. Tapşırıq hər qrup tərəfindən yetinə yetirilir növbəti qrupa ötürülür.
          • Məntiqi, tənqidi təfəkkürün inkişafı
          • Müstəqil düşünmənin inkişafi
          • Ünsiyyet bacarığı
          • Dəyərləndirmə
          • Qarşılıqlı əlaqə
          • Ümumiləşdirmə

 

740. SİNKVEYN üsulu:
Cavab:   Beşlik deməkdir.Hər hansı mətnin sonunda mətnin ideyasını, əsas fikrini bir neçə sözlə qısa, lakonik şəkildə ifadə edir. Əvvəlcə məzmunla bağlı bir idim, sonar həmin ismi təyin edən iki sifət,daha sonar ismə uyğun üç feil, sonra mətnin ideyasıni dord sözdən ibarət birləşmə ilə ifadə etmək, sonda mətnin əsas fikrini yenidən bir isimlə ifadə etmək tapşırilır.
          • Ümumiləşdirmə
          • Fikrin lakonik və dəqiq ifadəsi
          • Nəticə çıxarma
          • Oxuyub-anlama

 

741. Cisim və Hadisələrə müxtəlif nöqteyi – nəzərdən baxılması ?
Cavab:
   Şagirdlərə bir situasiya verilir və müxtəlif aspektdən baxılması tapşırılır.
          • Təhlil etmək
          • Vəziyyəti qiymətləndirmək
          • Məntiqi və tənqidi təfəkkürün inkişafı
          • Dəyərləndirmək

 

742. Proqnozlaşdırma üsulu ?
Cavab:
  Şagirdlərə bir əsər oxunur və öz variantları əsasında əsəri davam etdirmək tapşırılır. Əsərin adına görə məzmunu müəyyənləşdirilir.
          • Tənqidi, məntiqi, yaradıcı təfəkkür
          • Təhlil etmək
          • Dəyərləndirmək

 

743. İnsident üzərində iş üsulu ?  
Cavab:
   Şagirdlərdən ibarət kiçik qruplar forrmalaşdırılaraə şagirdlərə insidentlər (peoblemlər) təqdim olunur və onlardan həlli yolunu fikirləşmək tələb olunur.
          • Problem həlli
          • Məntiqi və tənqidi düşüncə
          • Qiymətləndirmə
          • Fikir ifadə etmək
          • Əsaslandırma
          • Nəticə çıxarma

 

744. Sual - Cavab sessiya üsulu ?
Cavab:
  Qiymətləndirmə aparmaə və yeni mövzunun təqdim edilməsi məqsədilə də aparıla bilər.
          • Məntiqi və tənqidi düşüncə
          • Müzakirə etmək bacarığı
          • Qiymətləndirmə
          • Əməkdaşlıq
          • Başqasının fikrinə hörmət
          • Fikir ifadə etmək
          • Əsaslandırma

 

745. Dairə üzrə hərəkət üsulu ?  
Cavab:
  Şagirdlər dairə şəklində dayanır.  Onların birine sual və top verilir. Həmin şagird əlindəki topu yoldaşına ötürür və sualı verir.  Topu tutan şahird həmən sualı cavablandırmalıdır.
          • Köhnə biliklərin distemləşdirilməsi
          • Dinləyib anlama
          • Sürətlə düşünmək

 

746. Tap görüm üsulu ?  
Cavab:
   Bu üsul həm linqivistik həm də kinestetik intellekti olan şagirdləri eyni anda dərsə cəlb edir.
          • Fikri izah etmək
          • Söz ehtiyatı dan məqsədəuyğun şəkildə istifadə etmək
          • Köhnə biliklərlə yeni biliklər arasında əlaqə
          • Yaradıcı təfəkkürün inkişaf etdirir
          • Məntiqi,tənqidi düsunmənin i kisafı

 

747. Obrazlar xəritəsi  üsulu ?
Cavab:
   Mövzu ile əlaqədar olan şəxs barəsində mümkün qədər çox informasiya tapşırmaq tələb olunur.  Sonra şagirdlər obrazın illiustrasiyası ətrafinda suallara cavab yazırlar.
          • Təhlil etmək
          • Ümumiləşdirmək
          • Əsaslandırmaq
          • Xüsusiyyətləri tapmaq

 

748. Bingo üsulu ?
Cavab:
   Şagirdlər anlayışların olduğu siyahıdan istədikləri 6 sözü seçib iş vərəqlərindəki xanalarda doldururlar. İlk bitirən. Bingo deyir
          • Biliklərin sistemləşdirilməsi
          • Dinləyib-anlama
          • Təhliletmə
          • Şurətli düşünmə

 

749. Ziqzaq üsulu ?  
Cavab:
  Uşaqlar qruplara bölünürlər və bu qruplara doğma (ana qruplar) adlanir.  Sonra bu qruplardan yeni qruplar formalaşır.   Mətn hissəkərə bolunüb hər qrupa bir hissəsi verilir.   Öyrəndikdən sonra dogma qruplarına qaydirlar.   Qısa zamanda iri həcmli metni öyrənmiş olurlar
          • Dinləyib-anlama
          • Oxuyib-anlama
          • Danışma
          • Təhliletmə
          • Əməkdaşlıq

 

750. Mozaika üsulu ?  
Cavab:
  İki üsulla aparılır.
               1.  hər bir qrupa tapşırığın müəyyən bir hissəsi verilir və onlar bu hissəni tamamladıqdam sonra bütün siniflə paylaşırlar
               2.  hər bir qrupun ayri- ayri üzvlərinə tapşırığın müəyyən hissəsi verilir.  Hər iki halda həlli yolları üst-üstə qoyulub müzakirə edilir.
          • Dinləyib-anlama
          • Oxuyub-anlama
          • Danişma
          • Təhliletmə
          • Əməkdaşlıq

 

751. FIRLANAN LÖVHƏ ÜSULU: Sinif künclərində kazın üzərinda keçirilən dərslə bağlı maraqlı duallar yazılir.şagirdlər lövhələrə saat əqrəbi istiqamətində yaxınlaşıb cvb yazırlar. • Köhnə biliklərlə yeni biliklər arasında əlaqə • Sual formalaşdırmaq • Təhlil etmək • Dəyərləndirmək

 

752. MƏN KİMƏM ÜSULU: Bir şagird seçib alnına bir şəxsiyyətin adı yazılır.Şagird bu səxsiyyəti tapmaq üçün digər şagirdlərə “mən şairəm” “mən fizikəm” kimi suallar ünvanlaýır. • Sual vermək • Köhnə və yeni biliklər arasında əlaqə

 

753. ÖZ TAYINI TAP ÜSULU: Sagirdlərə üzərində anlayışlar olan kartlar paylanılır.sonra şagirdlər biri biri ilə ünsiyyət quraraq onlara uyğun kartların kimdə oldugunu muəyyənləşdirirlə. • Asossasiya yaratmaq • Uyğunlaşdırmaq • Qruplaşdırmaq • Köhnə və yeni biliklər arasında əlaqə • Əməkdaşliq

 

754. BİTMƏYƏN HEKAYƏ ÜSULU: Şagirdlərə bir neçə söz verilir. Şagirdlər verilən sözlərdən cümlələr hazırlayırlar • Fikri ifadə etmək • Söz ehtiyatından məqsədəuyğun şəkildə istifadə • Yaradıcı təfəkkürün inkişafı

 

 

755. TƏTBİQ KARTLARI ÜSULU: Şagirdlər sinifdə öyrəndiklərini real həyatda necə tətbiq edəcəkləri haqqında düşünüb fikir yürüdürlər. • Məntiqi və tənqidi təfəkkürün inkişafı • Tətbiq etmək bacarığı • Layihə üçün təklif hazırlamaq

 

756. SİNİF KÜNCLƏRİ ÜSULU: Sinfin 3 küncündə razıyam ,razı deyiləm,əmin deyiləm sozlərini yazır. Sual oxunur şagirdlərə onlara uyğun olan künclərə yiğilirlar • Fikir əsaslandırmaq • Münasibət bildirmək • Təhlil etmək • Dəyərləndirmək • Arqument gətirmək

 

757. QRUPLA PROBLEM HƏLL ETMEK ÜSULU: Sinfə qutu gətirilir. Sagirdlər oz problemlərini yazib o qutuya atirlar. Sonra suallar oxunub ən əlverişli ideya müəyyən olunur.

 

758. TAPMACA ÜSULU: Söylənilən tapmaca ilə bağlı torbaya lazım olan əşyalari yığırıq. Şagirdlər əşyalari çıxardıqca cavabı təhmin etməyə çalışırlar. • Tənqidi təfəkkür • Açar sözün müəyyən olunması • Təhlil etmək • Əsaslandırmaq

 

759. SAĞQALMA SSENARİLƏRİ ÜSULU: Şagirdlərə müxtəlif situasiyalar verilir. Və bu situasiyalardan necə çıxmaq tapşırılır. • Məntiqi və tənqidi təfəkkür • Dəyərləndirmək • Əsaslandırmaq • Liderlik bacarığı • Problem həlletmə • Qerar qəbul etmək • İnandırmaq

 

760. SADƏCƏ TƏSƏVVÜR ET ÜSULU: Şagirdlərə müxtəlif yeni ssenarilər verilir və məsələyə yeni yanaşma tələb olunur. • Köhnə bilikləri sistemləşdirmək • Müqayisə etmək • Təhlil etmək • Yaradıcı təfəkkür • Dəyərləndirmək • Tənqidi təfəkkür

 

761. ƏŞYALARIN QEYRİ-ADİ İSTİFADƏSİ ÜSULU: Müxtəlif iki əşya verilir və bu əşyalardan birlikdə necə istifadə edərsiniz deyə soruşulur. • Yaradıcı təfəkkür • Dəyərləndirmə • Tənqidi təfəkkür • Təhlil etmək

 

762. ƏŞYALARIN CANLANDIRILMASI ÜSULU: Bu üsul daha çox dil dərslərində istifadə olunur. Şagirdlərə verilmiş əşya ilə bağlı nağıl hekayə yazmaq tapşırılır. • Yaradıcı təfəkkür • Hekayə yazmaq • Mətn tərtib etmək

 

763. POETİK CIĞIR ÜSULU: Məzmun şeirin bir hissəsi oxunur və ardını proqnozlaşdırmaq tapşırılır. • Təxmin etmək bacarığı • Proqnozvermək • Təhlil etmək • Dəyərləndirmək • Yaradıcı təfəkkür

 

764. Yüksək cəlbolunma- yüksək diqqət, yüksək həvəs, yüksək bağlılıq: Şagird tapşırığı özü üçün dəyərli bilir,çətinliklərə təslim olmur,dərindən öyrənmə həyata keçirilir.

 

765. Strateji uyğunlaşma- Yüksək diqqət,aşağı səviyyəfə həvəs,bağlılıq: Tapşırığın birbaşa əhəmiyyəti şagird üçün çox azdır. Amma kənar səbəblərdən məsələn, qiymət almaq üçün tapşırığı yerinə yetirməyə davam edir.Lakin bu kənar səbəblər həyata keçməsə, şagird tapşırığı yarımçıq qoya bilər.

 

 766. Ənənəyə uymaq- Aşağı səviyyədə diqqət,həvəs,bağlılıq: Şagird onun üçün mənfi olacaq nəticələrdən (məs,aşağı qiymət ve ya müəllim danlağı) qaçmaq üçün əlindən gələni edir. Burada onun məqsədi ondan olunan minimum tələbi yerinə yetirməkdir. Ona görə də, burada öyrənmə səthi səviyyədə baş tutur.

 

767. Geri çəkilmə- Diqqət yoxdur,həvəs ,bağlılıq yoxdur; Şagird tapşırıqlardan yayınır, onu yerinə yetirməyə cəhd göstərmir, eyni zamanda işin gedişatina da mane olmur və ya əvəzində başqa biriş görmür. Bir sözlə, şagird tapşırığın həllində iştirak etmir,ondan heç ne öyrənmir.

 

768. Xaos(üsyan) - Diqqət başqa şeyə yönəlib, həvəs, bağlılıq yoxdur: Şagird tapşırığı yerone yetirməkdən imtina edir,başqalarına mane olur,özünün sevdiyi işlərlə məşğul olur.Şagirddə intellektual tapşırıqlara ümumilikdə təhsilə qarşı mənfi münasibət formalaşır.

 

769. YÜKSƏK ENERJİ- şagirdlərin yüksək enerjisini təmin etmək üçün əvvəlcə fiziki fəallıq yaradılmalıdır.

 

770. BURAXILMIŞ (ÖTÜRÜLMÜŞ) MƏLUMAT- oyunlar, pazıllar, krassvodlar, tapmacalardan istifadə etməklə bu üsulu həyata keçiririk.

 

771. EXOTEXNİKA- Şagird bir suala düzgün cavab verdikdən sonra digər şagirddən həmin yoldaşının nə dediyini təkrarlamaq tələb olunur.

 

772. ŞAGİRD ZƏNCİRİ- Sual,tapşırıq və fəaliyyətə başlamaq üçün müəllim bir şagirdin adını cəkir,sonra həmin şagird estafeti başqa şagirdə ötürmək ücün onun adını çəkir və beləcə zəncir şagirdlərin özü tərəfindən davam etdirilir. Bu üsul şagirdləri öyrənme prosesinin qurucusuna çevirir

 

773. Humanizm- müəllimin şagirdlə olan ünsiyyətini sadələşdirir, onları təşəbbüskarlıq göstərməyə , müstəqil şəkildə mühakimə yürütməyə, tənqidi təfəkkürə sövq edir.

 

774. Həssaslıq- həssaslıq dedikdə sərhədləri aşmadan, sadə təbii söhbət etmək, şagirdin müstəqil düşüncəsinə xələl gətirmədən ona tələblər qoymaq. Bir sözlə hər münasibətdə həssas yanaşmaq.

 

775. Empatiya- özündə digər insanı anlamağı,yəni onun şəxsiyyətini analiz etmək , onunla emosional bağlılıqyaratmaq, onun hissələrinə cavab vermək, ona kömək etmək kimi xüsusiyyəti özündə əks etdirir

 

 

776. Sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru

 

777. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır

 

778. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir

 

779. Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər? Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

 

780. Evdə təhsil - müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması;

 

 

 

781. Əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil;

 

 

 

782. Fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması;

 

 

 

783. Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;

 

 

 

784. Gimnaziya - əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;

 

 

785. İnformal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;

 

 

 

786. İnnovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;

 

 

 

787. Kampus - müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi);

 

 

788. Kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;

 

 

 

789. Konservatoriya - musiqi sahəsi üzrə subbakalavr və yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi

 

 

 

790. Qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;

 

 

 

791. Lisenziya - təhsil fəaliyyətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəd;

 

 

792. Llisey - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;

 

 

 

793. Nostrifikasiya - təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi proseduru;

 

 

 

794. Rezidentura - tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması;

 

 

 

795. Sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması; 

 

 

 

796. Təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi;

 

 

 

797. Tədris planı - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;

 

 

 

798. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;

 

 

 

 799. Təhsil investisiyası - təhsilin inkişafına sərmayə qoyuluşu;

 

 

 

 

800. Təhsil françayzinqi - təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi;

 

 

 

 

 

 

Комментариев нет:

Отправить комментарий