Blogda axtar

Qiymətləndirmə Konsepsiyası

 “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Bakı şəhəri, 13 yanvar 2009-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası
1. Giriş
Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata
keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və
onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin
məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranmışdır.
Yeni qiymətləndirmə sisteminin hazırlanması Təhsil Sektorunun İnkişafı layihəsində prioritet istiqamətlərdən biri
kimi müəyyən olunmuşdur. Təlim və tədris prosesinin təkmilləşdirilməsi, ölkə üzrə şagirdlərin nailiyyətləri barədə
obyektiv məlumatların əldə edilməsi, habelə dövlət təhsil standartlarının monitorinqinin həyata keçirilməsi üçün müasir
qiymətləndirmə mexanizmlərinin yaradılması mühüm vəzifə kimi irəli sürülür. Təhsilin keyfiyyətinin
müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv
qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur.
Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası (bundan sonra - Konsepsiya)
ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur.
Sənədin əsas məzmunu qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə, bu
fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsinə, qiymətləndirmə tədbirlərini həyata keçirən qurumların sosial
statusunun gücləndirilməsinə, qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinə
yönəldilmişdir. Bu sənəd çərçivə sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan
Respublikasının Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, qiymətləndirmənin müasir
dünya standartlarına uyğun hazırlanmışdır və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır.
Sənəddə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmənin əsas prinsipləri və fəaliyyət sahələri şərh edilir.
Konsepsiyada qiymətləndirmə növlərinin hər birinin etibarlılığını və effektivliyini təmin etmək üçün dəqiq qaydalar və
əsasnamələr formasında əlavə sənədlərin hazırlanması da nəzərdə tutulur.
Konsepsiya Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış milli
kurrikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib hissəsini təşkil edir. Qiymətləndirmə mexanizmlərinin və
vasitələrinin yaradılması təhsilin məzmun standartları və fənn kurrikulumları hazırlandıqdan sonra növbəti mərhələlər
hesab olunur.
1.2. Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər
Yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:
təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini; təhsilin keyfiyyəti üçün
əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumat verilməsini; qiymətləndirmə vasitəsilə şagirdin
bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurrikulumlarında və dərsliklərdə müvafiq
dəyişikliklərin aparılmasını; təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını; qiymətləndirmədə
yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət
etməsini.
1.3. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər
Hazırkı qiymətləndirmə sisteminin təhlili zamanı aşkara çıxarılan problem və nöqsanları aşağıdakı kimi
qruplaşdırmaq olar:
dəqiq müəyyənləşdirilmiş qiymətləndirmə standartlarının olmaması səbəbindən qiymətləndirmə prinsiplərinin
pozulması;
qiymətləndirmə üsul və vasitələrinin keyfiyyətlərinin təsvir olunmaması, onların əsas xüsusiyyətlərinin və
meyarlarının dəqiqləşdirilməməsi;
qiymətləndirmə vasitələrinin texniki keyfiyyətlərinə diqqət yetirilməməsi və qeyri-standart vasitələrdən istifadə
olunması;
qiymətləndirməyə və onun üsullarına müxtəlif yanaşmaların mövcudluğu şəraitində dəqiqləşdirmələrin vaxtaşırı
aparılmaması;
nailiyyətlərin qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv əsaslandırılmaması;
müasir qiymətləndirmə metodlarından istifadə təcrübəsinin məhdudluğu, mütəxəssislərin bu sahədə hazırlıq
səviyyəsinin aşağı olması;
tədris proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında qarşılıqlı
əlaqənin yaradılmaması;
inzibati prosedurların qeyri-şəffaflığı, qiymətləndirmə fəaliyyətinin qanuniliyinə zəmanətin verilməməsi;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılmaması və müvafiq hesabatların hazırlanmaması.
Bu problemlərin uzun müddət həll edilməməsi Azərbaycanın təhsil sistemindəki qiymətləndirmə mexanizmində
aşağıdakı xarakterik çatışmazlıqların yaranması ilə nəticələnmişdir:
mövcud qiymətləndirmə mexanizmi təlim prosesinin ehtiyaclarına kifayətedici səviyyədə yönəlmir, onun tərkib
hissəsinə çevrilmir və keyfiyyətinin yüksəldilməsinə xidmət etmir;
bu mexanizm subyektiv xarakter daşıyır, şagirdi, bir qayda olaraq, əzbərləməyə və əksər şagirdləri qiymət almaq
xatirinə oxumağa təhrik edir;
təlim prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd qiymət yazmaqla məhdudlaşır,
şagirdlərə özünüqiymətləndirmə imkanı verilmir;
tədris zamanı müəllim qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli əks-əlaqə yarada bilmir;
mövcud qiymətləndirmə üsullarının məhdudluğu yeni təlim texnologiyalarının səmərəli tətbiqinə imkan vermir.
1.4. Konsepsiyanın yaradılması üçün zəruri səbəblər
Azərbaycanda nəzərdə tutulan təhsil və qiymətləndirmə siyasəti ümummilli maraqları əks etdirməklə yanaşı, əsaslı
islahatyönümlü tədbirlərin həyata keçirilməsi zərurətini şərtləndirir. XX əsrin sonlarında dünyada gedən siyasi, iqtisadi və
sosial dəyişikliklər bilavasitə aşağıdakı konkret məqsədlərin reallaşdırılmasını tələb edir:
- idarəetmənin daha demokratik üsullarına keçilməsi;
- ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması;
- inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi;
- beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması;
- milli özünəqayıdış hisslərinin aşılanması.
Hazırda bir çox ölkələrin təhsil sistemlərində yeni qiymətləndirmə modellərinin qurulması, şagirdlərin təhsil
nailiyyətlərinin uçotunun aparılması və təhsil pillələri üzrə buraxılış imtahanlarının təşkili ilə bağlı genişmiqyaslı
islahatlar aparılır. Bunların əsas xarakterik xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilir:
qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, bununla əlaqədar vaxtı
keçmiş mövcud üsullardan imtina edilməsi;
imtahanların ədalətli və şəffaf keçirilməsi istiqamətində daha mütərəqqi üsulların seçilməsi;
yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə təhsil sistemi çərçivəsində müvafiq təşkilatların yaradılması;
yeni qiymətləndirmə sisteminin təşəkkülünə təhsil islahatlarının tərkib hissəsi, prioritet sahəsi kimi baxılması və
onun müasir kurrikulumların hazırlanması siyasəti ilə əlaqəli kontekstdə nəzərdə tutulması.
Qiymətləndirmə Konsepsiyasının hazırlanması bu məqsədləri reallaşdırmaq istiqamətində aşağıdakı fəaliyyətlərin
həyata keçirilməsinə xidmət edir:
· qiymətləndirməyə və imtahan sistemlərinə yenidən baxmaqla, kurrikulumlarda mütərəqqi dəyişikliklərin
zəruriliyinin əsaslandırılması, sınaqdan çıxmış mexanizmlər vasitəsilə cəmiyyətdə müasir baxışların, mədəni
dəyərlərin, yeni hüquq və vəzifələrin formalaşdırılması;
· yüksək rəqabət və bazar münasibətləri şəraitində milli mütəxəssislərin yetişdirilməsi üçün kurrikuluma yeni
fənlərin və peşələrin daxil edilməsi, tədris proqramlarında əsas diqqətin praktik vərdişlərin aşılanmasına və
problemlərin həllinə yönəldilməsi, bütün şagirdlər tərəfindən minimum standartların mənimsənilməsi;
· təhsil sisteminin səmərəli fəaliyyətini təmin edən məktəbdaxili qiymətləndirmə sisteminin yaradılması
məqsədi ilə müasir məzmun standartlarına cavab verən yüksək keyfiyyətli qiymətləndirmə vasitələrinin
hazırlanması, təhsil pillələri üzrə buraxılış imtahanları üçün müvafiq prosedurların daha ədalətli və şəffaf
tətbiq edilməsi və bu məsələlərin tənzimlənməsi üçün normativ hüquqi bazanın yaradılması;
· təhsilin keyfiyyətinin idarə edilməsi, onun təşkilinin səmərəliliyinin artırılması və təsir dairəsinin
genişləndirilməsi istiqamətində hökumətə və digər strukturlara kömək edən milli qiymətləndirmə sisteminin
yaradılması, beynəlxalq qiymətləndirmə və müqayisəedilmə tədqiqatlarında ölkənin iştirakının təmin
edilməsi.
1.5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri
Qiymətləndirmə sistemindəki islahatlar təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə olduğundan,
yeni qiymətləndirmə sisteminin yaradılması prosesinin kurrikulum və müəllim hazırlığı sahəsində aparılan islahatlarla sıx
əlaqəli şəkildə həyata keçirilməsi, dərslik və təlim materiallarının yaradılmasına yeni yanaşmaların formalaşdırılması ciddi
vəzifələrdən hesab olunur. Bu istiqamətdə görülən işlər vasitəsilə aşağıdakıların reallaşdırılması nəzərdə tutulur:
ölkədə kurrikulum hazırlanmasını və qiymətləndirmə fəaliyyətini bir-biri ilə əlaqələndirən tam milli sistemin
yaradılması;
qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsi;
təhsilin keyfiyyəti haqqında obyektiv məlumatları əldə etmək məqsədi ilə səmərəli idarəetmə üçün məktəbdaxili və
milli qiymətləndirmə sistemlərinin yaradılması, ölkənin beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının təmin
edilməsi.
Bu məqsədlərə nail olunması üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir:
şagird nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyətinin uzunmüddətli strategiyasının, məktəbdaxili və milli
qiymətləndirmə konsepsiyalarının işlənib hazırlanması;
məktəbdaxili və milli qiymətləndirmənin, habelə yeni imtahan sisteminin yaradılması, şagird nailiyyətlərinin
qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda ölkənin iştirakının təmin edilməsi;
şagird nailiyyətlərinin qiymətləndirilməsi tədbirlərinin səmərəli təşkili üçün təlimatların, metodiki vəsaitlərin,
idarəetmə və maddi-texniki təchizat planının hazırlanması;
kurrikulum islahatı çərçivəsində müvafiq qiymətləndirmə üsullarının və vasitələrinin yaradılması üzrə
mütəxəssislərin hazırlanması, bu üsul və vasitələrin istifadəsi istiqamətində müəllimlərin təliminin təşkili;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılması, hesabatların hazırlanması və ölkədə təhsilin keyfiyyətinin
qiymətləndirilməsi sisteminin qurulması.
1.6. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri
Fənlər üzrə məzmun standartlarının müəyyən edilməsində əsas məqsəd həmin standartların şagird tərəfindən
mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail
olmaq üçün şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün
müvafiq şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli,
əksinə, hər bir şagirdin nailiyyəti diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi
davamlı, dinamik və rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif
işlərini və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları vacibdir.
Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə
dərəcədə cavab verməsi, habelə kurrikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti
haqqında qərar qəbul etməyə şərait yaradır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq
bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
- şagirdin nailiyyətinin (və ya geriləmələrinin) izlənilməsi (monitorinqi);
- təlim prosesində qərarların qəbulu;
- şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;
- kurrikulumun qiymətləndirilməsi.
Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Sistemli proses olan
qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri
əhatə etməklə qurulur:
qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq
səviyyəsini, fənn kurrikulumlarının xarakterik cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və
fəaliyyətlərin icra mexanizmləri daxildir;
məlumatların toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin
aparılması, fənn kurrikulumlarının icra keyfiyyətinin, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət
cədvəlləri və digər məktəb sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir;
qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi, qiymət
ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən
digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin
monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurrikulumun və tədrisin keyfiyyətinin dəyərləndirilməsi zamanı
istifadə olunur, eləcə də geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır;
qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir,
şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və
vasitələrinin keyfiyyətini təsvir edir, qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir;
şagird nailiyyətlərinin qiymətləndirilməsində əsas prinsiplər.
Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:
məqsədəuyğunluq. Nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşma təmin olunur. Qiymətləndirmə
əvvəlcədən planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir, şagird haqqında toplanılan zəruri
məlumatların mahiyyəti, texniki keyfiyyəti və əsas xüsusiyyətləri göstərilir, məlumatların toplanılması və təhlili üsulları
seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir. Qiymətləndirmənin nəticələri müəyyən olunmuş məqsədləri əks etdirir.
Qəbul edilmiş qərarlar və toplanılmış məlumatlar arasında əlaqələrin şəffaflığı təmin edilir. Qiymətləndirmə prosedurları
daxilən ardıcıl qurulur və vəhdət təşkil edir;
nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi. Müvafiq indikatorlar vasitəsilə təhsil imkanları
haqqında aşağıdakı məlumatlar toplanır: sinifdaxili indikatorlar vasitəsilə - müəllimin peşəkarlıq səviyyəsi, təlimin
məzmunu, irəliləyişlərin, qiymətləndirmələrin koordinasiya səviyyəsi, təlim üçün ayrılmış vaxt, şagirdin tələblərini
ödəyən resurslar və tədris vasitələrinin keyfiyyəti;
bilavasitə təhsil sistemi ilə bağlı indikatorlar vasitəsilə - dövlət standartları, tədris proqramları, adambaşına düşən
təhsil xərcləri;
digər indikatorlar vasitəsilə - məişət problemləri ilə bağlı məsələlər;
toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin edilməsi (validlik və relevantlıq).
Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin münasibliyinə təminat verir. Qiymətləndirmə məqsədləri
real seçilir və ölçülə bilən xüsusiyyətlər qiymətləndirilir. Şagirdin nailiyyətləri ona yaradılmış imkan daxilində müəyyən
sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə qiymətləndirilir.
Qiymətləndirmə məqsədləri və nəzərdə tutulmuş müvafiq məlumatlar müxtəlif vaxtlarda istifadə edildikdə belə, eyni
qərar verməyə imkan yaradır və kifayət qədər dayanıqlıdır;
qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq. Məlumatların toplanılması prosesi,
müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları və hətta onun özünün peşəkarlıq səviyyəsi şəffafdır və
qiymətləndirmə tapşırıqlarında şablonların, fərziyyələrin, şagirdlərin diqqətini yayındıran digər məsələlərin istifadəsinə
yol verilmir. Onlar şagirdlərin maraqlarına və imkanlarına görə müxtəlif kontekstlərdə (etnik xüsusiyyətlər nəzərə
alınmamaq şərtilə) qurulur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün qiymətləndirmə tapşırıqları müvafiq qaydada
uyğunlaşdırılır. Qiymət mükəmməl və düşünülmüş, məqsədəmüvafiq, tədris proqramlarına və digər normativ sənədlərə
müvafiq verilir;
təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin edilməsi. Nəticələr əsasında sinifdaxili
fəaliyyətlər təşkil edilir, kurrikulumun hazırlanması və idarə edilməsi (təhsilin məzmun münasibliyinin tənzimlənməsi,
məzmunda şagird maraqlarının təmin edilməsi, arzuolunan təlim nəticələrinin mənimsənilməsi üçün fəaliyyətlərin və
seçilmiş tapşırıqların səmərəliliyi, onların şagird bacarıqlarının inkişafında əhəmiyyətinin təmin edilməsi) həyata keçirilir.
Şagird tədqiqatçılığının inkişaf etdirilməsi, onun idrak qabiliyyətlərinin qiymətləndirilməsi (müəyyən qanunauyğunluğun
başa düşüldüyünü əks etdirən hissəni seçmək və ya sorğu keçirmək bacarığı, qavramanın təsdiqini əks etdirən şifahi,
yazılı və ya təsviri tapşırıq nümunəsini yerinə yetirmək bacarığı, yerinə yetirilən tapşırıq nümunəsində tənqidi təhlil
aparmaq bacarığı, digər şagirdlərin yerinə yetirdiyi tapşırıq nümunələrində səmərəli tənqidi təhlil aparmaq bacarığı)
aparılır.
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin əvvəlində və sonunda şagirdin
tədris proqramının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi və digər nailiyyətləri barədə hesabatlar verilir.
1.7. Əsas qiymətləndirmə növləri
Məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə
olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:
ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən
dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər?
irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər
irəliləyə bilirlərmi?
yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən edilmiş
məqsədlərə nail olublarmı?
Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların
əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər;
ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün
qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın
təkrarına vaxt itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə
qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə
malik olduğunu, digərləri isə yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirilməsi
şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını
yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir;
şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata
keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun
verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.
Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə)
sinifdə hər bir şagirdin inkişafının hərəkətverici amilinə, təlimin həlledici komponentinə çevrilir. Müəllim yalnız belə
monitorinq vasitəsilə tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana
bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktiki fəaliyyətinin
nəticələri müəllim üçün real indikatorlara çevrilir.
Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etməklə və ev tapşırıqlarını nəzərdən keçirməklə,
yaxud daha formal qiymətləndirmə tipindən istifadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada
aparılmasından asılı olmayaraq, onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olmayaraq,
şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.
Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək
məqsədi ilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə
malikdir. Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:
- Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?
- Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?
- Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi?
- Əgər belədirsə, bunun üçün ən yaxşı yol hansıdır?
İlkin səviyyənin qiymətləndirilməsi ilə oxşar xüsusiyyətləri olan yekun (summativ) qiymətləndirmə standart və ya
standartlar qrupunda müəyyən edilmiş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Yekun
(summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir:
Şagird materialı mənimsəyə bilirmi?
Bildiklərini tətbiq edə bilirmi?
Daha irəli getmək üçün lazımi səviyyədədirmi?
Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri
dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata
keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə
nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.
Yekun (summativ) qiymətləndirmənin bu xüsusiyyəti müəllimlərin testyönümlü tədrislə bağlı narahatlığını aradan
qaldırır. Attestasiya (məktəbdaxili qiymətləndirmə) fənnin məzmun standartlarının tərtibi üçün aparıcı rol oynamır,
əksinə qiymətləndirmənin bu standartlar əsasında aparılmasını təmin edir. Bundan əlavə, attestasiya (məktəbdaxili
qiymətləndirmə) əldə olunan bilikləri tam əks etdirmir, lakin o, mənimsəmə səviyyəsinin etibarlı və adekvat
göstəricisidir.
[1]
1.8. Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması
Hər bir fənn kurrikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə edilən strategiyalarla
yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq
qiymətləndirmə standartlarının nümunələrindən də istifadə olunur.
Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla
səviyyəcə dəyişməsini təmin edir.
Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla, baş vermiş
dəyişikliklərin dərəcəsini müəyyən edir.
Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün maraqlı tərəflərin
razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun attestasiya (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla,
standartlar təyin edilir. Məsələn:
[2]
minimum - şagirdlərin 90-100 faizi tərəfindən nail olunan standartlar;
yüksək - şagirdlərin ən yaxşı halda 30 faizi tərəfindən nail olunan standartlar.
Qiymətləndirmə standartlarının təyin edilməsində kurrikulumyönümlü metoda daha çox üstünlük verilir. Bu
metoda görə:
qiymətləndirmə standartları milli kurrikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun hazırlanır və faktiki
olaraq şagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil, mütəxəssis mühakimələrinə əsaslanır.
bütün məktəblərin, müəllimlərin təmsil olunduğu təşkilatların və digər maraqlı tərəflərin müzakirələri əsasında
standartlara düzəlişlər edilir və arzuolunan nailiyyət səviyyələrinə dair ortaq fikir yaranır.
Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır. Qiymətləndirmə sxemləri
xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas sualı əhatə edir:
1. Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?
2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?
1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci səviyyə və 2-ci səviyyə əksər şagirdlər, 3-cü
səviyyə və xüsusilə 4-cü səviyyə isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.
Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan
verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq
şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin
sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə
almağa şərait yaradır.
Qiymətləndirmə sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə edilən meyarlarla bağlı şagirdlərin
məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və onlardan nələrin tələb olunduğunu aydın şəkildə
göstərməklə, konkret məqsəd və tələbləri (meyarları) müəyyən edir. Bu sxemlər şagird işlərinin keyfiyyətini daha yaxşı
qiymətləndirməklə, təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı
əks tərəfə məlumat verilməsini təmin edir. Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır.
Holistik qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət
səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ sxemlər sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri
üzrə ümumi mənzərəni təsvir edir.
Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə,
əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri
haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.
Qiymətləndirmə sxemlərinin elementlərinə qiymətləndiriləcək əsas sahələr, nailiyyətin müxtəlif səviyyələrini
dəyərləndirmək üçün qiymətləndirmə şkalası, nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm (səviyyə üzrə etiket),
nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz və ya ifadə (səviyyə deskriptoru), hər bir nailiyyət səviyyəsi üzrə diqqət
yetirilən məsələlərə aid konkret nümunələr (səviyyə indikatorları), nail olunması nəzərdə tutulan nəticə (standart)
daxildir.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış bacarıqlar üzrə yekun
(summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması aşağıdakı ardıcıllıqla
aparılır:
qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin məqsədəuyğunluğu (məhz "nəzərdə
tutulanı" qiymətləndirməsi) və etibarlılığı (real məlumatlara əsaslanması);
səmərəlilik üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun standartına malik olan iki fənn
qrupunun müəyyənləşdirilməsi;
yekun (summativ) testlərdə bütün standartların reprezentativ (təmsiledici) seçiminin təmin edilməsi;
yekun (summativ) testlərdə bütün səviyyələr üzrə də reprezentativ seçimin təmin edilməsi (1-ci səviyyə üzrə suallar
20%, 2-ci səviyyə üzrə suallar 30%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 20%).
2. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu
Yuxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə vasitələrinə əsaslanan məktəbdaxili
qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:
şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;
şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurrikulum üzrə qiymətləndirmə);
ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə yekun attestasiyanın (buraxılış imtahanlarının)
aparılması.
[3]
2.1. Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemi
Şagird nailiyyətləri və irəliləyişlərinin monitorinqi formativ qiymətləndirmə məqsədləri üçün məktəb səviyyəsində
müəllimlər və məktəb rəhbərləri tərəfindən aşağıdakı mərhələlərlə həyata keçirilir:
formativlər, bəhslər və bölmələr üzrə yekun (kiçik summativ) qiymətləndirmə:
mövcud qiymətləndirmə normalarını və şifahi sorğular əsasında aparılan cari qiymətlərləndirmə qaydalarını
təkmilləşdirmək məqsədi ilə həyata keçirilir;
şagirdin ayrı-ayrı mövzu və bəhslərin mənimsənilməsi ilə bağlı fəaliyyəti barədə məlumat toplamaq məqsədi ilə
müəllim tərəfindən müntəzəm, davamlı olaraq müşahidə və monitorinqlər vasitəsilə aparılır;
mövzular və fəaliyyət tapşırıqları üzrə əvvəlcədən hazırlanmış qiymətləndirmə sxemlərindən və digər diskriptiv
(təsviri) qiymətləndirmə üsullarından istifadə olunmaqla, şagirdin fəaliyyətini təsvir edir;
hər altı həftədən gec olmayaraq, tədris olunan mövzular üzrə müəllim tərəfindən hazırlanmış testlər və
standartlaşdırılmış prosedurlar vasitəsilə şagird nailiyyətlərinin kiçik summativ (bəhslər üzrə yekun) qiymətləndirilməsini
nəzərdə tutur;
yarımillər üzrə yekun (böyük summativ) qiymətləndirmə:
yarımillər üzrə mövcud qiymətləndirmələri təkmilləşdirmək məqsədi ilə ümumi monitorinqlərin davamı kimi
müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir;
yarımil ərzində keçilən tədris materialının mənimsənilməsi barədə şagirdlərə və valideynlərə ümumi məlumat
vermək məqsədi ilə aparılır;
qiymətləndirmə vasitələri (eyni çətinlik dərəcəli və müxtəlif variantlı testlər, yardımçı tədris materialları) nümunələrə
və müvafiq təlimatlara əsasən müəllimlər tərəfindən hazırlanır, məktəbin rəhbərliyi tərəfindən təsdiq edilir;
nəzarətçi və yoxlayıcılar cəlb edilməklə, dekabr və may aylarının sonuncu həftəsində xüsusi cədvəl əsasında aparılır;
nəticələri təhlil olunur, hesabat verilir, tədris və təlim prosesinin təkmilləşdirilməsində ondan istifadə edilir.
2.2. Kurrikulum üzrə qiymətləndirmə (şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun
müəyyənləşdirilməsi)
Kurrikulum üzrə qiymətləndirmə şagirdin təlim nəticələrinin məzmun standartlarına uyğunluğunu
müəyyənləşdirmək məqsədi ilə aparılır. Qiymətləndirmənin bu növü Milli Kurrikulum çərçivəsi kontekstində hazırlanmış
məzmun standartları və fənn kurrikulumları ilə yaxından əlaqəlidir.
Kurrikulum üzrə daxili qiymətləndirmə dərs ilinin sonunda hər bir sinifdə şagirdin fəaliyyətinin milli standartlara
uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən aparılır.
Kurrikulum üzrə xarici qiymətləndirmə şagirdin fəaliyyətinin milli standartlara uyğunluğunu müəyyənləşdirmək
məqsədi ilə tam standartlaşdırılmış formada, ibtidai (4-cü sinfin sonunda), ümumi orta (9-cu sinfin sonunda) və tam orta
(11-ci sinfin sonunda) təhsil səviyyələrinin sonunda müəllim və məktəb rəhbərləri tərəfindən aparılır (II yarımil üzrə
attestasiya ilə birləşdirmək olar).
[4]
Kurrikulum üzrə qiymətləndirmə vasitəsilə hər ilin sonunda şagirdin fərdi nailiyyətləri ölçülür, təlim-tədris
prosesinin hədəfləri təyin olunur və bu hədəflərə doğru irəliləyişlər qiymətləndirilir, məktəblərin, siniflərin və şagirdlərin
fəaliyyətləri arasında müqayisələr aparılır. Kurrikulum üzrə imtahanların əhəmiyyətinin və etibarlılığının artırılması
məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bütün sinifləri əhatə edən təhsil standartlarına
əsaslanmış testlər toplusunun və standartlaşdırılmış imtahanlar sisteminin yaradılması, müvafiq təlimatların
hazırlanması nəzərdə tutulur.
2.3. Buraxılış imtahanları (ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə yekun
attestasiya)
[5]
Buraxılış imtahanları ümumi orta və tam orta təhsil səviyyələri üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə
mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə qiymətləndirilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi məzunlara şəhadətnamə və attestatların verilməsini təmin edir.
[6]
Bu məqsədlə aşağıdakılar nəzərdə tutulmuşdur:
9-cu sinif buraxılış imtahanlarının nəticələri əsasında tam orta təhsil (10-cu və 11-ci siniflər) səviyyəsinin profillər
üzrə təşkil edilməsi;
[7]
9-cu və 11-ci sinif buraxılış imtahanlarının iki əsas - Ana dili və riyaziyyat fənləri üzrə müvafiq sayda sualları əhatə
edən testlər vasitəsilə aparılması;
ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri (ana dili və riyaziyyat fənləri istisna olmaqla)
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
müəyyən edir.
[8]
imtahanların maksimum təhlükəsizliyin təmin olunduğu şəraitdə keçirilməsi, şagirdlərin nəticələrinin qısa
müddətdə optik qurğu və xüsusi kompüter proqramları tətbiq olunmaqla yoxlanılması, təhlil edilməsi, internet və digər
vasitələrlə ictimaiyyətə çatdırılması.
3. Milli qiymətləndirmənin mahiyyəti və məzmunu
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq
həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə, 4-
cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5
ildən bir aparılır və əldə olunan nəticələr kurrikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər
dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir.
Təlimin aparıldığı şərait tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş verən
dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə əlavə məlumatların əldə edilməsinə imkan
verir.
3.1. Milli qiymətləndirmənin məqsədləri
Milli qiymətləndirmənin məqsədləri aşağıdakılardır:
şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar etməklə, ümumi mənimsəmə səviyyəsini və onun
dinamikasını müəyyənləşdirmək;
şagirdlərin təlim nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək və nəticələr arasındakı fərqləri müqayisə
etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi
və müzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdin təlim nəticələrinin və irəliləyişlərinin dəyərləndirilməsi vasitəsilə təhsilin dövlət standartlarının
monitorinqini aparmaq, təhsil sisteminin məqsədlərinin müvafiqliyini və səmərəliliyini tənzimləmək, sistemin təsir
dairəsini genişləndirmək;
təhsil siyasətini müəyyən edənlərin cavabdehlik səviyyəsini artırmaq.
ölkədə təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.
3.2. Milli qiymətləndirmə üzrə təlimatların məqsədi və strukturu
Təhsil siyasəti ilə bağlı qəbul edilmiş qərarların təhsilin keyfiyyətinə uzunmüddətli təsirlərini nəzərə alaraq, onların
həqiqi və etibarlı məlumatlara istinad edilməsi diqqət mərkəzində saxlanılır. Milli qiymətləndirmə vasitəsilə əldə edilən
həmin məlumatların etibarlılığını təmin etmək üçün nəzərdə tutulmuş prosedurların yüksək keyfiyyətlə planlaşdırılması,
qiymətləndirmə mərhələlərinin tam standartlaşdırılması, həmçinin cəlb olunmuş mütəxəssislərin vəzifələrinin
tənzimlənməsi müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
Milli qiymətləndirmə üzrə təlimatların strukturu ölkə səviyyəsində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə
fəaliyyətləri əks etdirən standartlardan və onların icrası məqsədi ilə seçilmiş üsulları təsvir edən prosedurlardan ibarətdir.
Təlimatlar hazırlanarkən Azərbaycanda həyata keçirilmiş sınaq qiymətləndirmələr zamanı qazanılmış təcrübədən və
qiymətləndirmə üzrə qəbul edilmiş bəzi beynəlxalq standartlardan istifadə olunmuşdur.
Təlimatlar aşağıdakı sahələr üzrə hazırlanır:
- planlaşdırma və idarəetmə;
- vasitələrin (alətlərin) hazırlanması;
- məlumatın toplanılması;
- məlumatın işlənilməsi və təhlili;
- nəticələrin ictimaiyyətə çatdırılması.
Bu çərçivə sənədində göstərilən sahələrin qısa icmalı aşağıda verilmişdir:
milli qiymətləndirmənin planlaşdırılması və idarə olunması
- müəyyən fənn/bölmə üzrə milli qiymətləndirmənin planı;
- seçimlərin aparılması planı;
- məlumatların toplanılması üçün metodların seçilməsi;
- məlumatların toplanılması üçün müvafiq planın hazırlanması;
- təhlilin aparılması və nəticələrin nəşr etdirilməsi üzrə plan;
vasitələrin (alətlərin) hazırlanması
- tədqiqatın konseptual çərçivəsinin hazırlanması;
- vasitələrin (alətlərin) xüsusiyyətlərinin (spesifikasiyasının) hazırlanması (sorğular, siyahılar);
- test məsələlərinin hazırlanması;
- testin ümumi tərtibatı;
- test kitabçalarının tərtibatı;
- sorğuların hazırlanması;
- vasitələrin qrafiki və texniki redaktəsi;
- vasitələrin çap etdirilməsi;
- tədqiqatın aparılması üçün təlimatların hazırlanması;
məlumatların toplanılması
- məktəblər üzrə məlumat bazasının tərtib edilməsi;
- təmsiledici seçimlərin aparılması;
- məktəblərin məlumatlandırılması;
- məlumatları toplayacaq işçilərin seçilməsi və təlimatlandırılması;
- testin və sorğunun keçirilməsi;
- məlumatların toplanması prosesinin keyfiyyət təminatı;
məlumatların işlənməsi və təhlili
- testlərin qiymətləndirilməsi (yoxlanılması);
- məlumatların sənədlərə daxil edilməsi;
- məlumatların dəqiqləşdirilməsi və təhlili;
- tərkib elementlərinin və şkalaların dəqiqləşdirilməsi;
nəticələrin ictimaiyyətə çatdırılması
- nəticələrin təqdim edilməsi;
- sualların açıqlanması;
- nəticələrin yayılması;
- texniki hesabatın yazılması və sənədləşdirmənin aparılması.
Milli qiymətləndirmə sisteminin geniş planı üçün təlimatlar nəzərdə tutulmuş tədbirin əsas məqsədini, bu tədbirin
əhatə etdiyi standartları, bu standartlara nail olmaq üçün istifadə olunan prosesləri və onların icra prosedurlarını təsvir
etməklə hazırlanır.
4. Beynəlxalq qiymətləndirmənin mahiyyəti və məzmunu
Beynəlxalq qiymətləndirmə ilə bağlı qeyd etmək lazımdır ki, artıq bu sahədə konkret tədbirlərə başlanılmışdır.
Azərbaycan Respublikası Təhsil Sektorunun İslahatı Layihəsi çərçivəsində PISA-2006 Proqramında iştirak edir.
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir.
Burada müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə
etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə
müqayisə etmək imkanı yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının
qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı
fərqləri izah edən amilləri (şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini)
öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət elmləri savadlılığı və əlavə olaraq müxtəlif tipli problemləri həlletmə
bacarıqlarını qiymətləndirməyə xidmət edir.
4.1. Beynəlxalq qiymətləndirmə Proqramının əsas məqsədləri
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri aşağıdakılardır:
ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə etmək, beynəlxalq səviyyəli müqayisələr aparmaq,
öyrənilməsi və müzakirəsi tələb olunan problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdlərin nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək, nəticələr arasındakı fərqləri təyin etmək üçün
şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun hazırlanması üçün əsas təlim
məqsədlərini təyin etmək, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar
aparmaq, gözlənilən və nail olunan təlim nəticələrini müqayisə etmək;
pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə istifadə olunan nəzəri və praktiki məsələlərini öyrənmək;
müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin təhlili üsullarını və hesabatlar hazırlanması
qaydalarını öyrənmək;
ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması istiqamətində ümumi orta təhsilin məzmunu
üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.
4.2. Beynəlxalq qiymətləndirmə proqramı üzrə həyata keçiriləcək əsas tədbirlər
Beynəlxalq qiymətləndirmənin həyata keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər aşağıdakılardır:
qiymətləndirmə tədqiqatı üçün təlimatların, test və sorğu vərəqələrinin hazırlanması;
ölkə üzrə bütün məktəblərin siyahısının hazırlanması, məktəblərin və şagirdlərin seçimi qaydalarının təyin edilməsi;
keçirilən tədqiqat nəticəsində əlavə olunmuş məlumatların qiymətləndirməni həyata keçirən təşkilata
göndərilməsini təmin etmək;
nəticələrin qiymətləndirən təşkilat tərəfindən təhlil edilməsi, müvafiq hesabatların hazırlanması və ictimaiyyətə
çatdırılması.
Tədqiqatın qiymətləndirilməsi vasitələri xarici beynəlxalq ekspertlərin və iştirakçı ölkələrin aparıcı mütəxəssislərinin
interaktiv birgə fəaliyyəti prosesində yaradılır. Riyazi savadlılığı, oxu savadını, təbiət elmləri üzrə savadlılığı və problemləri
həll etmək bacarığını yoxlamaq üçün kompleks şəkildə qurulmuş tapşırıqlar işlənib hazırlanır. Hər bir tapşırıq müəyyən
problemi şərh edən ayrıca mətndən və müxtəlif çətinlik dərəcəsi olan bir neçə sualdan ibarət olur. Tapşırıqların yerinə
yetirilməsi nəticələrinə görə şagirdlərin mətndəki situasiya ilə bağlı problemləri dərketmə və onları həlletmə qabiliyyətləri
qiymətləndirilir.
5. Qiymətləndirmə islahatından gözlənilən nəticələr
Qeyd olunduğu kimi, yeni Qiymətləndirmə Konsepsiyası xüsusilə məktəbdaxili qiymətləndirmə sahəsində yeni Milli
Kurrikulum çərçivəsi ilə sıx şəkildə əlaqəlidir. Yeni Kurrikulum və yeni təyin edilmiş standartlar olmadan şagirdlərin
kurrikulum üzrə fəaliyyətini qiymətləndirmək üçün tələb olunan vasitələri (alətləri) hazırlamaq mümkün olmayacaqdır.
Odur ki, qiymətləndirmə fəaliyyəti nəticəsində əldə edilən məlumatların həqiqi və etibarlı olmasını təmin etmək üçün
fənn kurrikulumlarını hazırlayan və qiymətləndirməni tərtib edən tərəflərin birgə fəaliyyəti təşkil edilməlidir.
Həmçinin, qeyd etmək lazımdır ki, müəllim hazırlığı ilə bağlı ciddi islahatlar və geniş proqramlar həyata keçirmədən
nə standartlar və kurrikulum, nə də qiymətləndirmə sahəsində arzuolunan nəticələr gözləmək olmaz. Kurrikulumu
hazırlayan tərəflər, müəllim hazırlığı ilə bağlı qurumlar və qiymətləndirmə mütəxəssisləri arasında sıx əməkdaşlığın
olması Azərbaycan Respublikasının ümumi təhsilində uğurlu islahatların aparılması üçün ilkin şərtdir.
Konsepsiya sənədinin və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf Proqramının həyata keçirilməsi
nəticəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi gözlənilir:
təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində islahat aparılması üçün uzunmüddətli strategiya
işlənib hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq, onların fəaliyyətləri vahid mövqedən koordinasiya
olunacaq;
təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçirilməsi metodologiyası, qiymətləndirmə standartları
və vasitələrinin yaradılması, tətbiq edilməsi üçün müvafiq təlimatlar hazırlanacaq və bu fəaliyyət kurrikulum islahatı ilə
əlaqələndiriləcək;
şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil sistemində yeni monitorinq xidməti
təşkil ediləcək, ümumtəhsil pilləsindən professional pilləyə keçiddə mərkəzləşdirilmiş buraxılış imtahanının keçirilməsi
təmin olunacaq;
milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ tələbləri, attestasiya prosedurlarını nəzərdə
tutan təlimatlar hazırlanacaq;
milli qiymətləndirmədə şagirdlər tərəfindən nail olunmuş təlim nəticələrinin dəyərləndirilməsi vasitəsilə təhsilin
dövlət standartlarının monitorinqi aparılacaq;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun hazırlanması üçün əsas təlim
nəticələri təyin olunacaq, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar
aparılacaq;
milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi aparılacaq, nəticələr təhlil olunacaq
və məntiqi əsaslandırılacaq hesabatvermə prosedurları əsasında nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
qiymətləndirməni həyata keçirmək məqsədi ilə müəllimlərin ixtisasartırma və maarifləndirilməsi işləri təşkil ediləcək
və müvafiq hesabatlar hazırlanacaq;
beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları, təlimatlar əsasında ölkədə şagirdlərin
beynəlxalq qiymətləndirilməsi proqramı və digər proqramlar həyata keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət
göstərən ölkədaxili və beynəlxalq qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 oktyabr 2012-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il,
228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1004)
2. 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, 288 ,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2239)
3. 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası”nda 1.7-ci bəndin iyirminci abzasının ikinci cümləsində “Yekun qiymətləndirmə” sözləri “Attestasiya (məktəbdaxili qiymətləndirmə)”
sözləri ilə və üçüncü cümləsində “yekun qiymətləndirmə” sözləri “attestasiya (məktəbdaxili qiymətləndirmə)” sözləri ilə əvəz edilmişdir.
[2]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası”nda 1.8-ci bəndin dördüncü abzasında “yekun qiymətləndirmə” sözləri “yekun attestasiya” sözləri ilə əvəz edilmişdir.
[3]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası”nda 2-ci hissənin dördüncü abzasında “ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin” sözləri “ümumi təhsil pilləsinin ümumi
orta və tam orta təhsil səviyyələri üzrə yekun attestasiyanın” sözləri ilə əvəz edilmişdir.
[4]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası”nda 2.2-ci bəndin üçüncü abzasında “əsas” sözü “ümumi orta” sözləri ilə, “orta” sözü “tam orta” sözləri ilə, “pillələrinin” sözü
“səviyyələrinin” sözü ilə və “yekun qiymətləndirmə” sözləri “attestasiya” sözü ilə əvəz edilmişdir.
[5]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası”nda 2.3-cü bəndin adında “(ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmə)” sözləri “(ümumi təhsil pilləsinin ümumi orta və tam
orta təhsil səviyyələri üzrə yekun attestasiya)” sözləri ilə əvəz edilmişdir.
[6]
10 oktyabr 2012-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il,
228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1004) ilə “Azərbaycan Respublikasının ümumtəhsil sistemində
qiymətləndirmə Konsepsiyası”nın 2.3-cü bəndində birinci hissədə “, Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara
şəhadətnamə və attestatların verilməsi təmin edilir” sözləri “qiymətləndirilir” sözü ilə əvəz edilmişdir və bu hissəyə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası”nda 2.3-cü bəndin birinci abzasın birinci cümləsində “təhsil pillələri” sözləri “ümumi orta və tam orta təhsil səviyyələri ” sözləri ilə
əvəz edilmişdir və ikinci cümləsindən “şəhadətnamə və” sözləri çıxarılmışdır.
[7]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47 , Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası”nda 2.3-cü bəndinin üçüncü abzasında “orta təhsil (10 və 11-ci siniflər) pilləsinin ” sözləri “tam orta təhsil (10-cu və 11-ci siniflər)
səviyyəsinin” sözləri ilə əvəz edilmişdir.
[8]
10 oktyabr 2012-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il,
228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1004) ilə “Azərbaycan Respublikasının ümumtəhsil sistemində
qiymətləndirmə Konsepsiyası”nın 2.3-cü bəndində ikinci hissənin dördüncü abzasının ikinci cümləsində “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ” sözləri ilə əvəz edilmişdir.
23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, 288 ,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2239) ilə “Azərbaycan Respublikasının ümumtəhsil sistemində
qiymətləndirmə Konsepsiyası”nın 2.3-cü bəndinin beşinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
yekun imtahanına Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya və xarici dil fənləri daxildir. Bu imtahanların hansı
formatda, nə vaxt və harada keçirilməsi barədə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
qərar qəbul edilməsi;
x

Комментариев нет:

Отправить комментарий