Blogda axtar

Məktəbə hazırlığın təşkili qaydaları

 "Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Məktəbə hazırlığın təşkili
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və məktəbə
hazırlığın təşkili məsələlərini tənzimləyir.
1.2. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək
vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini
təmin edir.
1.3. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.
1.4. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə
istiqamətləndirilməlidir.
1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və
mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar
üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
1.6. Beşyaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında
(məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna
bilər.
1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq
strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə
getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif
xidmətlər təşkil edilə bilər.
1.8. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını
müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.
2. MƏKTƏBƏ HAZIRLIĞIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq
mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
2.2. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin
inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-
sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
3. MƏKTƏBƏ HAZIRLIĞIN TƏŞKİLİ ÜÇÜN QOYULAN TƏLƏBLƏR
Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:
məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;
məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;
gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;
istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın
fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;
uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü,
intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:
fiziki hazırlıq:
uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;
hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;
fiziki və əqli qabiliyyətin inkişafı;
şəxsiyyətyönümlü hazırlıq:
müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;
başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;
müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;
ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;
intellektual hazırlıq:
obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;
idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas
formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm,
yapma və müxtəlif oyunlar) yiyələnmək;
prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə
çıxarmağı bacarmaq.
sosial hazırlıq:
yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;
böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;
öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.
4. UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞININ TƏŞKİLİ
[1]
4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlifformalı inkişafyönlü
didaktik oyunların tətbiqi prioritet hesab olunur.
4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:
Məşğələlər
Kütləvi
qruplarda
Azsaylı xalqların
uşaqlarından
ibarət qruplarda
Ətraf aləmlə tanışlıq 1 1
Savad təliminə hazırlıq
və nitq inkişafı
2 4
Bədii təfəkkürün
inkişafı
1 1
Məntiqi və riyazi
təfəkkürün inkişafı
2 2
Təsviri fəaliyyət 2 1
Musiqi 2 1
Fiziki mədəniyyət 2 2
4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir.
Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 oktyabr 2016-cı il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2016-cı il, 226,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 10, maddə 1722 )
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 oktyabr 2016-cı il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2016-cı il,
226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 10, maddə 1722 ) ilə “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinin
mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.1. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır.
Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli
və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.
4.2. Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır.
O cümlədən:
Ana dili və bədii ədəbiyyat üzrə iş - 1 məşğələ
Savad təliminə hazırlıq və nitq inkişafı - 1 məşğələ
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi) - 1 məşğələ
Azərbaycan (rus) dili - 2 məşğələ
Sadə riyazi təsəvvürlərin inkişafı - 1 məşğələ
Təsviri sənət və kəsib yapışdırma (həftəaşırı) - 1 məşğələ
Quraşdırma, gil işi (həftəaşırı) - 1 məşğələ
Musiqi - 2 məşğələ
Fiziki mədəniyyət - 2 məşğələ.
Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir
idman dəqiqəsi keçirilir.
4.3. Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim
x

Комментариев нет:

Отправить комментарий